TEATRO

TEATRO

sənət portalı

post-title

T.Cücənoğlunun 27 Mart Dünya Teatr Günü müraciəti

Teatro.Az sənət portalı Tüncər Cücənoğlunun 2011-ci ildə 27 Mart Dünya Teatr Günü münasibəti ilə yazdığı müraciəti təqdim edir:

Teatrın mahiyyəti, yazıçının mətni ilə başlayan, onunla yanaşı irəliləyən və əgər zamanın sınaqlarından keçə bilsə, onunla davam edən bir macəradır.

Burada izah etməyə çalışdığım əsas şey, pyes mətninin teatr sənətinin əsas komponenti olduğu və olmağa da davam edəcəyi gerçəyidir. Çünki teatr sənətində hər zaman yaşayan, yenilənən, dərinləşən, yozulan, yüz illər boyunca, bəlkə də dünya var olduğu müddət ərzində yaşayacaq yeganə şey pyesin mətnidir.

Şübhəsiz ki, teatr hadisəsənin həqiqi mənada mövcud olması üçün rejissor, aktyor, işıqçı, dekorçu, bəstəkar, qrimçi və bəlkə də xoreoqraf kimi yaradıcı və icraçıların kollektiv işdə iştirakı zəruridir.

Bütün bu sənət sahələrini birləşməyə sövq edən əsas amil isə tamaşaçıdır.  

Mahiyyət etibarilə, haqqında danışdığımız yaradıcı şəxslər birlikdə hərəkətə keçdikdə və tamaşaçılarla vəhdət halına çatdıqda cansız pyes mətni, teatr hadisəsinə çevriləcək.

Teatr bəşər övladının var olduğu gündən bu yana öz təsirini göstərməkdə, kino, televiziya və buna bənzər incəsənət formalarına, texnoloji inkişafa baxmayaraq, insan oğlunun imtina edə bilmədiyi bir sənət növü olaraq, öz varlığını davam etdirməkdədir.

Çünki teatr müxalifdir.

Çünki teatr, insanı insana insancasına izah edən və qarşılıqlı münasibətləri ilə öz canlılığını davam etdirməyə məvəffəq olan bir təqdimatdır.

Çünki teatr xəbərdar edir.

Çünki teatr insanın davranışlarını dəyişdirir.

Çünki teatr sarsıdır.

Çünki teatr ruhlandırır.

Çünki teatr ayrı-seçkilik etmir, birləşdirir.

Çünki teatr hər cür irqi yanaşmalardan yüksəkdədir.

Çünki teatr dinlərdən üstündür.

Çünki teatr heç bir ayrı-seçkilik etmədən, dünyamızda var olan bütün insanları və canlıları əhatə edir.

Çünki teatr azaddır.

Çünki teatr sosial fərqlərdən üstündür.

Çünki teatr sülhdür.

Çünki teatr sülh uğrunda mübarizədir.

Çünki teatr bərabərliyi təbliğ edir.

Çünki teatr hələ yaşanılması bir dünya xiffətidir.

Çünki teatr şərəfdir.

Çünki teatr müqavimətdir.

Çünki teatr hər cür zülmə qarşıdır.

Çünki teatr eşqdir.

Çünki teatr hüquqlarını axtarır və qoruyur.

Çünki teatr sevgidir.

Yaşanılası dünya uğrunda döyüşən bütün teatroçuların

27 Mart Dünya Teatr Gününü təbrik edirəm!

Tuncer Cücenoğlu, 26 Mart 2011, İstanbul.

Qeyd: Tüncer Cücenoğlu (1944-2019) çağdaş Türkiyə dramaturgiyasının görkəmli nümayəndələrindən biridir. Yazarın dövrümüzün ən aktual problemlərindən bəhs edən əsərləri dünyanın müxtəlif ölkələrində səhnəyə qoyulur. T.Cücənoğlunun əsərləri rus, ingilis, alman, fransız, bolqar, yunan, makedon, isveç, gürcü, yapon, azərbaycan, tatar, çin, ərəb, fars, ukrayna, macar, çərkəz, litva, özbək olmaqla 32 xarici dilə tərcümə edilib. Dramaturqun "Uçqun”, "Matruşka”, "Rəngsaz”, "Gözəlçələr”, "Qızıl çay”, "Çıxmaz küçə”, "Sənət”, "Təyyarə”, "Şapka”, "Ziyarətçi”, "Qadın sığnağı” və s. əsərləri 40-dan çox ölkədə səhnə həllini taparaq bu gün də müxtəlif teatrların repertuarlarında yer alır. 

 

Tərcümə etdi: Cavanşir Qasımov

 

 

Load Time (S) : 0.000088