Məşhur “Game of Thrones” (“Taxt-tac oyunları”) teleserialının yaradıcısı Corc R.R. Martin özünün fantastik kitab seriyasının əsasında teatr tamaşası hazırlayır.
“Buz və Alovun nəğməsi” romanlar silsiləsinin müəllifi R.R.Martinin hazırladığı teatr tamaşası üzərində dramaturq Duncan MacMillan və rejissor Dominic Cek də onula birlikdə çalışır.
NTV the Hollywood reporterin məlumatına görə, hələlik adı açıqlanmayan layihə silsilə romanlarda və televiziya serialında ölən bəzi personajları həyata geri gətirəcək ilk teatr tamaşası olacaq.
Martinin kitab seriyasındakı hadisələrdən 16 il əvvəli təsvir edəcək tamaşa Robert Baratheonun üsyanının başlaması və Böyük Turnir (The Great Tourney) ətrafında formalaşacaq.
Teatr tamaşasının rəsmi tanıtımı bu sözlərlə ifadə edilib: “Tamaşa izləyiciləri bu günə qədər sirr olaraq qalan və dönüş nöqtəsi kimi qiymətləndirə biləcəyimiz bir hadisənin pərdə arxasına aparacaq”.
Serialın ən simvolik və tanınan obrazlarından bir çoxunun yer aldığı tamaşada eyhamlarla dolu sirlərin və yalanların üzə çıxması ilə yanaşı sevgi, intiqam, dəlilik və peyğəmbərliklə məşğul olma təhlükələrinin ətrafında baş verən bir hekayə təsvir ediləcək.
Martin bu mövzu ilə bağlı açıqlamasında “Müharibə toxumları çox vaxt sülh zamanında əkilir. Yalançı Bahar ilində krallığın ən yaxşı cəngavərlərinin yarışmasını izləmək üçün həm zadəganlar, həm də sadə insanların toplandığı Herrenhalda baş verəcək qətliamı çox az adam bilirdi. HBO-da yayımlanan Game of Thrones serialında və “Buz və Alov”un nəğməsi romanlarında tez-tez bəhs olunan turnir və sair kimi hekayələrin tamamını nəhayət ki, hazırlanacaq tamaşada izah edə biləcəyik” - deyə, bildirib.
Dünya turnesinə çıxmağı hədəfləyən komanda ilk tamaşanı 2023-cü ildə oynamağı planlaşdırır.
Müəllifin digər yazıları
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyi münasibəti ilə “ADMİU 99+” layihəsi çərçivəsində “Dünya və teatr Qodonu gözlərkən” adlı beynəlxalq elmi konfrans ke&cce...
Qara dənizin Efesi adı ilə məhşur olan Prusias Ad Hypiumda 2 min il sonra ilk dəfə teatr tamaşası oynanılıb. Tamaşa eramızdan əvvəl 3-cü yüzilliyə aid Prusias Ad Hypiumda uzun müddətdir aparılan arxeoloji qazıntılardan sonra baş ...
“…Klassiklərimizin həyat hekayətlərindən məlum olur ki, onların əksəriyyəti sanki səhnə üçün doğulublar. Müqayisə edilməyəcək dərəcədə bir-birindən güclü sənətkarlarımızın sənət aşiqliyinin bəhrəsidir ki, ...
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində teatrşünas, AMEA Memarlıq və İncəsənət İnstitutunun "Teatr, kino və televiziya" şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlə...
Gəncə Dövlət Kukla Teatrı Estoniyanın Vilyandi şəhərində keçirilən “Teatr çamadanda” 24-cü Beynəlxalq Kukla tamaşaları festivalında iştirak edib. Pandemiya dövrünün tələblərinə uyğun şəkildə ke...
Theodor Fontane deyirdi ki, “başqalarının həyatından dərs almağı bacaran insan xoşbəxtdir”. Dramaturqları bu baxımdan xoşbəxt insan hesab edirəm. Çünki onlar başqalarının həyatından dərs almaqla yanaşı, şahid olduqları hadisəl...
“Öyrətmək olmasın” adlı YouTube layihəsinin növbəti buraxılışı yayımlanıb. İlk buraxılışından geniş tamaşaçı auditoriyası qazanan, ideya müəllifi və rejissoru Elvin Rüstəmzadə, operatoru Sübhan Quluzadə ola...
Məşhur “Game of Thrones” (“Taxt-tac oyunları”) teleserialının yaradıcısı Corc R.R. Martin özünün fantastik kitab seriyasının əsasında teatr tamaşası hazırlayır.
“Buz və Alovun nəğməsi” romanlar si...
“Öyrətmək olmasın” adlı yeni YouTube layihəsinə start verilib. Layihənin ideya müəllifi gənc rejissor Elvin Rüstəmzadə, operatoru Sübhan Quluzadədir.
Artıq ilk buraxılışı yayımlanan layihə müəllim və tələbələrin ...
Bildiyiniz kimi, artıq bir ildir, Azərbaycanda koronavirus pandemiyası səbəbilə teatr-konsert müəssisələrinin fəaliyyəti məhdudlaşdırılıb. Buna görə də teatrlar ötən ilin aprel ayından etibarən, tamaşalarını onlayn platformalar v...