Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi tanınmış xoreoqraf, Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi, Mariinski Teatrı Primorsk səhnəsinin baş baletmeysteri Eldar Əliyevi Bakıya dəvət etmişdir. O, iyunun 8-dən 17-nə kimi olan müddətdə gələcəkdə teatrımızın populyar klassik balet tamaşalarının quruluşunu həyata keçirmək məqsədilə Teatrın balet truppası və truppanın solistləri ilə tanış olacaq, eyni zamanda ustad dərsləri keçirəcəkdir.
Həmyerlimiz Eldar Əliyev Bakıda doğulmuş, Bakı Xoreoqrafiya Məktəbini, daha sonra Rusiya Balet Akademiyasını bitirmişdir. 1979-1992-ci illərdə Kirov adına (indiki Mariinski) Teatrın balet truppasının solisti olmuşdur. "Don Kixot", "Məhəbbət əfsanəsi", "Korsar", "Qu gölü", "Bayaderka","Spartak" və bir çox başqa klassik balet tamaşalarında əsas partiyaları böyük uğurla ifa etmiş, dünyanın 40-dan çox ölkəsində qastrol səfərlərində olmuş və ən mötəbər səhnələrdə - Vaşinqtonda Kennedi mərkəzində, Nyu Yorkda Metropoliten-operada, Paris, Berlin, Sidney və Roma operalarında, Milandakı La-Skala Teatrında, Londonun Kovent-Qarden və Kolizeum teatrlarında və s. çıxış etmişdir. O, həmçinin, dəvətli solist kimi Rusiya Akademik Böyük Teatrında və Avstraliya baletində çıxış etmişdir.
1992-ci ildən ABŞ-da çalışır. Əvvəlcə "Ballet İnternationale" balet truppasının aparıı solisti olmuş, az sonra truppanın bədii rəhbəri təyin edilmişdir. 1992-2005-ci illərdə E.Əliyevin rəhbərliyi altında "Ballet İnternationale" 30-dan çox tamaşanı (F.Əmirov "Min bir gecə", P.Çaykovski "Şelkunçik" və "Yatmış gözəl", A.Adan "Jizel", L.Minkus "Don Kixot", İ.Stravinski "Korsar", "Simurq quşu" və s.) səhnəyə qoymuşdur.
2015-ci ildən E.Əliyev Primorsk Opera və Balet Teatrının baş baletmeysteri, 2016-cı ildən Mariinski Teatrı Primosrk səhnəsinin baş baletmeysteridir.
2021-ci ildə Rusiya Prezidenti V.Putinin sərəncamı ilə E.Əliyev "Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüşdür.
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...