Tanınmış aktyor, pedaqoq, bədii qiraət ustası, Azərbaycan Respublikasının Əməkdar müəllimi Nadir Hüseynov bu gün 73 yaşında vəfat edib.
Nadir Hüseynov Qəribağa oğlu 25 aprel 1952-ci il tarixindəNeftçala rayonunun Qırmızıkəndkəndində dünyaya gəlmişdi.
1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. İki il Lənkəran Dövlət Dram Teatrında işləyib. 1977-ci ildən ADİİ-nin Tədris teatrında aktyor və Səhnə danışığı kafedrasında müəllim kimi fəaliyyətə başlayıb və ömrünün son gününədək bu tədris ocağında çalışıb. Səhnə danışığı kafedrasının professoru olan Nadir Hüseynov tələbələrin ən sevimli müəllimlərindən idi.
N.Hüseynov uzun illər AzTV-də “Ozan” folklor toplusu verilişinin aparıcısı olub.
“Axırıncı aşırıma qədər”, “Ali məqam”, “And”, “Cəsarətin heyrət məqamı”, “İlham Əliyev. “Olimp”infəthinə doğru”, “İlham Əliyev. Yeni neftin strategiyası”, “Uzaq sahillərin əfsanəsi”, “Yeddi duyum”, “Ali sevgi”, “Dan qızartısından qürub şəfəqlərinədək”, “Dar günün dostu”, “Dünənə ehtiramla, sabaha ümidlə”, “İlham Əliyev. Diplomatiyada uğur rəmzi”, “İlham Əliyev. Ümidlərin gerçəklik məqamı”, “Ötən əsrdən gələn adam” və s.bədii və sənədli televiziya filmlərini səsləndirib.
“Ev” adlı qısametrajlı bədii və “Əsrim, taleyim mənim” sənədli televiziya filmlərində çəkilib. 1975-ci ildə Leninqradda (Sankt-Peterburq) keçirilən V.Yaxontov ad. Ümumittifaq bədii qiraətçilər müsabiqəsinin diplomantı olub.
2023-cü ildə Azərbaycan Respublikasının Əməkdar müəllimi fəxri adına layiq görülmüşdü.
Allah rəhmət eləsin.
Müəllifin digər yazıları
10 mart – Milli Teatr Günündə CHARACTERS Müasir Dram Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə keçiri...
CHARACTERS Teatrı və Fluxus Space incəsənət qalereyası İsmayıl İmanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edirlər.
Tamaşa ağ durnaların qərb populyasiyasının son nümayəndəsi olan Omidi...
Şair xalq! Bu sözü bizə kənardanmı deyiblər, yoxsa özümüzmü söyləmişik bilmirəm. Ancaq onu bilirəm ki, bu sözdə böyük həqiqət payı var. Biz hamımız əlimizə qələm alı...
CHARACTERS Müasir Dramaturgiya Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə müsabiqənin ilkin nəticələrini açıqlayı...
Ötən gün Azərbaycan Teatr Xadimləri İttifaqında “Baxış-6” festivalı çərçivəsində rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda Anton Pavlovi&...
28 fevral 2026-cı il tarixində Şuşa Dövlət Musiqi Dram Teatrında Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü və “EMEDİA GROUP” Media Təşkilatının təşkilatçılığı ilə inklüziv və autizm spektrli uşaqların iştirakı i...
Şuşa Dövlət Musiqili Dram Teatrında Azərbaycan İncəsənət Məktəbi MMC-nin təşəbbüsü və "EMEDİA GROUP" Media Təşkilatının təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq həssas kateqoriyalı gəncin ifasında sürreal...
Yorğun adamın sayıqlamaları
“İçimizdəki köləni damla-damla sıxıb çıxarmaq lazımdır”
Anton Çexov
Planlı yaşamaqdan yorulmuşam – demək istədim, xatırladım ki, heç vaxt planlı yaşamam...
Fevralın 18-də Akademik Milli Dram Teatrının səhnəsində Füzuli Dövlət Dram Teatrının "Ruh" tamaşası nümayiş olunub.
Xalq yazıçısı Kamal Abdullanın eyniadlı əsəri əsasında hazırlanan tamaşanın quruluşçu re...
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “Pillə 4” Respublika Tələbə Tamaşaları Festivalına tamaşa qəbulu elan edir. 4-8 may 2026-cı il tarixinəd baş tutacaq festival tələbələri yaradıcılığa ruhlandırmaq, gənc istedadla...