“Azərbaycan incəsənətinə ağır itki üz verib. Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, SSRİ Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, dünya şöhrətli fırça ustası Tahir Teymur oğlu Salahov 21 may 2021-ci ildə, ömrünün 92-ci ilində vəfat edib.
Tahir Salahov müasir rəssamlıq məktəbinin görkəmli nümayəndəsi olaraq uzunmüddətli səmərəli və bənzərsiz yaradıcılığı ilə zəngin mədəniyyət salnaməmizə yeni səhifələr yazıb. Onun milli sənət xəzinəmizin qızıl fondunda özünə həmişəlik layiqli yer tutan əsərləri Azərbaycan təsviri sənətinə geniş şöhrət qazandırıb. Fırça ustasının Azərbaycan incəsənətinin çoxəsrlik ənənələrini Avropa boyakarlıq məktəbinin nailiyyətləri ilə birləşdirən, mövzu, forma, janr əlvanlığı və estetik kamilliyi ilə seçilən ecazkar rəsmləri ülvi bəşəri dəyərlər və ali məqsədlər naminə humanist fikirlər təlqin edir.
Tahir Salahov teatr-dekorasiya sənətinə tez-tez müraciət etməmişdir, lakin onun yaratdığı səhnə nümunələri aktyorların oyunu, ifa olunan musiqi ilə dərin harmoniya təşkil edərək əsərin ruhunu ifadə edir.
O, ilk dəfə 1964-cü ildə səhnə əsərinin tərtibatını vermişdir. Bu, V.Şekspirin "Antoni və Kleopatra" faciəsi olmuşdur. Sonra rəssam "Hamlet" (1968-ci il), Cəfər Cabbarlının eyni adlı pyesi üzrə "Aydın" (1972-ci il) tamaşaları üçün, Ü.Hacıbəylinin "Koroğlu" (1973-cü il) operası, A.Əlizadənin "Babək" (1985-ci il) baleti, C.Əlibəyovun "Gülüstanda ölüm" (1988-ci il) pyesi üçün dekorasiyalar yaratmışdır.
Tənqidçilər yekdilliklə belə fikirdədirlər ki, xırda məişət mövzuları bu dekorasiyalara yabançıdır. Epik vüsət onlara xas olan xüsusiyyətdir, bu dekorasiyalarda doğma yurdun ümumiləşdirilmiş obrazları, milli koloriti verilmişdir. Buna görə də Tahir Salahovu epik-qəhrəmanlıq obrazı ustası adlandırırlar.
Bu əsərlərdən sonra rəssam uzun müddət teatr - dekorasiya sənətinə müraciət etməmişdir. Lakin Tahir Salahov teatr şedevrləri yaratmaqdan imtina edə bilməzdi. 2010-cu ildə o, yenidən teatr rəssamlığına qayıtmışdır. Dahi rəssam Azərbaycanın tanınmış bəstəkarı F.Əmirovun "Min bir gecə" baletinin tərtibatını vermişdir. Keçən ilin aprelində Moskvada "Kremlyovski balet" teatrında bu baletin yeni tərtibatda ilk tamaşası olmuşdur. Tahir Salahov "Min bir gecə" nağıllarının motivləri əsasında Maqsud və Rüstəm İbrahimbəyovların, Nailə Nəzirovanın yaratdıqları libretto üzrə tamaşaya qoyulmuş bu balet üçün səkkizdən çox dekorasiya yaratmışdır.
Tahir Salahov baletin dekorasiyalarında Şərqin fantastik nağıllar aləmini təcəssüm etdirə bilmişdir. O, qəhrəmanların məhəbbətini və igidliyini, dəbdəbəli sarayların nəfis arxitektura ornamentlərini ustalıqla əks etdirə bilmişdir. Rəssamın eskizlərinə baxarkən əmin olursan ki, sənətkar əsərin sehrli dünyasına nüfuz edərək obrazları dəqiq və parlaq əks etdirmiş, musiqi-aktyor ifasını məftunedici atmosferlə tamamlamışdır.
Rəssamın çəkdiyi dekorasiyalar tamaşanın bir çox səhnələrini canlandırmağa kömək etmişdir. Sonda Şəhrizadın bütün nağıllarının personajları bir yerə yığışıb onu və Şəhriyarı mədh edərkən sevgililər sehrli uçan xalçada yuxarı qalxırlar. Bu səhnə Tahir Salahovun yaratdığı dekorasiyada gözəl təsvir edilmişdir. Bu dekorasiya həmin epizodun sehrli aləmini duymağa imkan verir.
Dahi rəssam Tahir Salahov bu əsərləri ilə tamaşaçıya "Min bir gecə"nin nağıllar aləmini açmış, xəyali, mistik dünyanı təsəvvür etdiyi kimi təqdim etmişdir. Onun yaradıcılığı yeni məna çalarları kəsb etmişdir. Bu çalarlar hələ çox müzakirə olunacaq, araşdırılacaqdır. O, yaradıcılıq hüdudlarını genişləndirmiş, onu zənginləşdirmişdir. Bu, dahi insanın - Tahir Salahovun həqiqi yaradıcılıq yoludur.
Azərbaycanın (1963) və SSRİ-nin (1973) “Xalq rəssamı” fəxri adlarına layiq görülən sənətkar müstəqil respublikamızın da ən ali təltiflərinə – 1998-ci ildə “İstiqlal”, 2008-ci ildə “Heydər Əliyev” ordenlərinə, 2015-ci ildə Heydər Əliyev mükafatına, 2018-ci ildə isə 90 illik yubileyi ərəfəsində 1-ci dərəcəli “Əmək” ordeninə layiq görülüb.
Rəssamın müxtəlif ölkələrdə mötəbər məkanlarda sərgiləri keçirilib. Onun əl işləri hazırda da yüksək titullara layiq görülərək yalnız Azərbaycanda deyil, onun hüdudlarından kənarda da dünya muzeyləri və qalereyalarında nümayiş etdirilir.
Uzun illər SSRİ Rəssamlar İttifaqı İdarə heyətinin birinci katibi olan Tahir Salahov 20 ildən çox idi Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti kimi fəaliyyət göstərirdi.
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...