TEATRO

TEATRO

sənət portalı

post-title

Sumqayıt Teatrı yeni layihəyə hazırlaşır

Sumqayıt Dövlət Dram Teatrı hər yaş kateqoriyasından olan tamaşaçıları teatra cəlb etmək məqsədilə yeni layihəyə hazırlaşır.

Teatrın mətbuat xidmətindən aldığımız məlumata görə, mart ayının 27-si gerçəkləşəcək “Mən teatr haqqında danışmaq istəyirəm” adlı yeni layihənin məqsədi məktəb şagirdlərində qədim və zəngin tarixə malik Azərbaycan teatrının inkişaf yolları, habelə dünya teatrları haqqında dolğun təəssürat yaratmaq və onları tanınmış incəsənət xadimlərinin yaradıcılığı ilə tanış etməkdir.

Şagirdlər ilk növbədə teatrın yaradıcılıq və texniki imkanlarını, tamaşaların hazırlanması prosesini izləyəcəklər. Qrim, məşq otaqları, rəssam, butafor sexi və digər kompanentlərlə yaxından tanış olacaqlar. Daha sonra növbəti mərhələ başlayacaq. Bir tamaşaya baxışdan sonra azyaşlı tamaşaçılar öz təəsüratlarını bölüşəcək və diskusiya reallaşacaq. “Mən teatr haqqında danışmaq istəyirəm” layihəsi gənclərin teatr haqqındakı bilgi və maraqlarının öyrənilməsini, həmçinin onların bu mövzuda dolğun və səlis fikir mübadiləsi aparmaq qabiliyyətlərinə təkan verməyi hədəfləyir.

Load Time (S) : 0.020456