Sumqayıt Dövlət Dram Teatrının virtual repertuar planı rəhbərliyin iştirakı ilə müzakirə və təhlil olunaraq tərtib olunur və teatrın mətbuat xidməti tərəfindən göstərilən tarixdə və saatda sosial şəbəkələrə yerləşdirilir. Təbii ki, burada əlamətdar tarixlər, təqvim günləri də nəzərə alınır.
“Zəngin repertuara malik Sumqayıt Dövlət Dram Teatrının tamaşaları geniş tamaşaçı sevgisi qazanıb, eləcə də teatr ictimaiyyətinin də diqqətini cəlb edib. Koronovirus pandemiyasının başlandığı ilk vaxtlarda aylıq repertuar planını, həftədə 5 dəfə olmaqla təqdim edirdik. Amma prosesin uzandığını gördükdə planda müəyyən dəyişiklik edildi. Belə ki, daha çox arxiv tamaşalarına müraciət etdik. Arxiv tamaşalarının göstərilməsində məqsəd, əsasən, gənc nəslin nümayəndələrini teatrımızın zəngin tarixi ilə yaxından tanış etmək idi. Bu bir mənəvi proses olmaqla bərabər, karantin müddətində evdə qalan insanların teatra sevgi hissinin aşılanması sahəsində maariflənməsinə, onların mənəvi zənginləşməsinə, dünya və Azərbaycan dramaturgiyası ilə tanışlıqlarına, boş vaxtlarının faydalı dəyərləndirmələrinə xidmət edir.
Canlı tamaşalara yazılan rəylər rəbərlik tərəfindən təhlil edilir və heç şübhəsiz, bu rəylərdən gəldiyimiz nəticə növbəti ayın virtual repertuarı tərtib edilərkən nəzərə alınır. Təbii ki, onlayn tamaşaya baxan insanlar izlədikləri maraqlı tamaşanı sonradan gəlib canlı şəkildə görmək arzusunda olacaqlar. Çünki onlar da bilir ki, teatr canlı orqanizmdir. Arxiv tamaşalarında meydana çıxan texniki deffektləri bədii bütövlüyə xələl gətirmədən montaj edib tamaşaçıya təqdim edirik. Habelə, teatrın xeyli bayram ovqatlı ədəbi-bədii kompozisiyaları, təqvim günlərinə həsr olunmuş kütləvi tədbirləri, teatral xarakterli konsert proqramları da virtual repertuarda yer almaqdadır. Bu qəbildən olan videomateriallar həm izləyicinin mədəni istirahətini təmin edir, onu xoş ovqata kökləyir, həm də yaradıcı heyətimizin peşəkarlıq keyfiyyətləri ilə tanışlıq yaranır. Bundan əlavə yeni tamaşalarımızın anonsunu veririk. Məsələn "Uşaqlıq" monotamaşasından anons xeyli rezonans doğurub. Çox sayda izləyici kütləsi bu monotamaşanı teatrın səhnəsində izləmək istəyi haqda düşüncələrini sosial şəbəkələrdə bizimlə bölüşüblər. Karantin günlərində teatrımızın yaradıcı heyəti, demək olar ki, evdə qalmaqla, yaradıcılıqdan qalmayıblar. Aktyorlarımızın iştirakı ilə pandemiya ilə mübarizə çərçivəsində “Evdə qal, tamaşa izlə”, “Biz birlikdə güclüyük” devizi ilə bir neçə maarifləndirici videoçarxlar çəkilib, sosial şəbəkələrdə yayımlanmaqdadır. Teatrın baş rejissoru F.Məhərrəmov tanınmış teatrşünas, professor A.Talıbzadənin monopyesi əsasında onlayn məşqlərə başlayıb. İlk dəfə olaraq, yeni tamaşanın onlayn məşqi, onlayın qəbulu və nümayişi üçün direktorumuzun təklifi ilə gənc rejissor Fuad Kazımzadəyə Ə.Haqverdiyevin “Kimdir müqəssir" tamaşasının hazırlanması həvalə edilib.
Karantin rejimi başa çatdıqdan sonra tamaşaçılarımız Sumqayıt Dövlət Dram Teatrının səhnəsində Əməkdar artist Namis Şirməmmədovun quruluşunda dahi Ü.Hacıbəylinin "O olmasın, bu olsun", C.Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları", klassik inciləri, Xalq artisti Firudin Məhərrəmovun quruluşunda Ü.Heydərovanın "Uşaqlıq", gənc rejissor Ümid Abbasın quruluşunda "Pələng" monotamaşalarını izləyə biləcəklər. Tearımıza dəvət olunmuş rejissor Gulnar Hacıyeva isə uşaqlara "Göyçək Fatmanın nağılını" hədiyyə edəcək. Ümumilikdə 6 yeni tamaşa tezliklə sevimli tamaşaçılarımıza tədqdim ediləcək.
Teatrın mətbuat xidməti
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...