“Stanislavski Elektroteatrı” Bakıda ilk dəfə qastrol səfərində olacaq. Təşkilatçıların bildirdiyi məlumata görə iki tamaşa göstəriləcək və bu iki tamaşada məşhur rus aktrisasi Elena Morozova çıxış edəcək.
Tamaşaçılara ilk olaraq, “Puşkin + Yevgeni Onegin” monotamaşası göstəriləcək. Elena Morozova bütün Puşkin romanlarının qəhrəmanları adından çıxış edir.
Bakıda ilk dəfə “Stanislavskinin Elektroteatrı”nın qastrolları çərçivəsində, Yelena Morozovanın səhnələşdirdiyi “Mənim və anam haqqında” tamaşası təqdim olunacaq. Müasir dramaturq və prozaik Yelena İsayevanın pyesi əsasında hazırlanmış tamaşada anası ilə münasibətləri haqda xatirələrini paylaşan, artıq böyümüş bir qız tərəfindən danışılan hekayədən bəhs olunur. Anası Çay Donanması Nazirliyinin kino şöbəsində işləyən qızcığaz məktəbdə oxuyur və o anası ilə müştərək həyatlarında müxtəlif, dramatik və məzəli macəralar yaşayır. Ən sevimli gəlinciyini rəfiqəsinə vermək, ədəbiyyat dərsi üçün inşa yazmaq, anasının iş yerində yatan sərxoş rejissoru tutmaq — bütün bu hadisələr qəhrəmanın yaddaşında silinməz iz buraxıb. Bir qadının xatirələri vasitəsi ilə, tamaşaçılar həm də artıq mövcud olmayan bir ölkənin daha “böyük” tarixi haqda öyrənəcəklər. Elektroteatrın səhnəsində aktrisalar Yelena Morozova və Diana Rəhimova tamaşaçılara zərif və məzəli üslubda, bizə böyüməyin bütün əsrarəngizliyindən bəhs edəcəklər.
Yelena Morozovanın səhnələşdirdiyi ikinci tamaşa isə “Puşkin+“Yevgeni Onegin”dir. Öz monotamaşasında Yelena Morozova Puşkinin “Yevgeni Onegin” əsərinin bütün qəhramanlarını canlandırır və hamısının adından danışır. Qayğısız yuxarı təbəqə qadınlar, generallar, aşiq olmuş Tatyana və baş qəhramanın özü qarşımızda sanki həqiqətən canlanır: Yelena Morozova, ən yaxşı müasir “oxuculardan” biri kimi, materialın öhdəsindən ustalıqla gəlir və tamaşaçılara Puşkini “yeni qulaqla” eşitmək şansını verir.
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...