Qazaxıstan Milli İncəsənət Akademiyasının Teatr sənəti fakültəsinin dekanı Madina Kulseitova ilə ayaqüstü söhbət
20-22 may 2024-cü il tarixlərində TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən “TÜRKSOY” II Beynəlxalq Tələbə Tamaşaları Festivalı baş tutdu.
Mən də bu təcrübədə iştirak etdim. İşim Qazaxıstan Milli İncəsənt akademiyasından gələn heyətə bələdçilik etmək idi. Bu 3 günün hər biri öz- özlüyündə çox maraqlı və yaddaqalan keçdi. Bu məqamlardan biri də T.Jurgenev adına Qazaxıstan Milli İncəsənət Akademiyasının Teatr sənəti fakültəsinin dekanı Madina Kulseitova ilə ayaqüstü söhbətimiz old
- Madina xanım, festival necə keçir?
- Festival çox gözəl keçir. İndiyə kimi bir birindən maraqlı tamaşalar izləmişəm.
- Azərbaycan teatrları haqqında təəsüratınız necədir?
- Sizin çox gözəl teatr binalarınız var. Bu gözəl yerləri, sadəcə, gəzmək belə xoşdur.
- Festival tələbələrin işlərinə həsr olunub. Maraqlıdır, Qazaxıstanda teatr sahəsinə tələbə qəbulu necə aparılır?
- Bizdə tələbə qəbulu hər il qabilliyyət imtahanıyla aparılır. Aktyorluq ixtisasına 28-30 tələbə qəbul edilir. O tələbələrin içində isə çox azı tənbəl olur.
- Teatrşünaslığa necə?
- Hə, onda da eyni ilə, elə də çox olmur.
- Bəs, dərslər necə keçilir?
- Aktyorlara daha çox ixtisas dərsləri keçilir. Bununla yanaşı onlara, kareya, özbək, türk, alman, qırğız teatrlarının tarixi ilə bağlı tarixi və nəzəri fənlər tədris olunur.
- Bəs, aktyor sənətində hansı metoda, məktəbə üstünlük verirsiniz, Stanislaviski, Meyerhold, yoxsa?
- Ümumilikdə hamısı keçilir. Qrotovski də, Kantor da, Stanislavski də, Meyerhold da. Amma ən çox Efrosa üstünlük veririk. Bilirsiz ki, Efrosun rejissurasının əsasında Stanislaviski metodu dayanır.
- Bəs, qəbul necə aparılır?
- Qəbul dedikdə, bizim aktyorlarla bağlı xüsusi meyarlarımız var. Qızların boyu 1.65, oğlanların isə 1.75 sm-dən aşağı ola bilməz. Bizdə ən çox plastikaya önəm verildiyi üçün çox kök insanlar tərcih olunmur.
Bizdə də sizin kimi, musiqili, dram, opera, balet və s. teatrlar var. Bayaq da dediyim kimi, həm də alman, özbək, qırğız, türk teatrlar fəaliyyət göstərir. Hətta həmin teatrlar üçün Akademiyada ayrıca bölmə var, orda dərslər keçilir, aktyorlar və rejissorlar hazırlanır.
Azərbaycanlı müəlliflərdən kimləri tanıyırsız?
- Təssüf ki, tanıdığım Azərbaycan yazarlarının sayı o qədər çox deyil. Azərbaycandan tanıdığım və sevdiyim Nizami Gəncəvidir, əsərlərini oxumuşam, sevirəm.
- Bəs, sizdə dünya ədəbiyyatının tərcüməsinə münasibət necədir, kimə daha çox üstünlük verirsiniz?
- Müxtəlif ölkə müəlliflərinin əsərləri tərcümə olunur. Amma rus xalqından daha çoxdur, Tolstoy, Ostrovski, Çexov və s. Bunlarla yanaşı, Mopassan, Molyer, Şekspir, Dante. Antik dövrdən Aristotel, Esxil, Sofokl, Evripid və s. oxunur.
- Təşəkkür edirəm, Madina xanım, Yenidən görüşənə qədər.
- Çox sağ olun.
İlkin Tağıyev
Tələbə-tearşünas
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...