Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalının 5-ci mövsümünün təntənəli açılış mərasimi baş tutdu. 5 iyul Kapellhausda keçirilən tədbirdə festivalın beynəlxalq qonaqları da iştirak edirdi. Qırğızıstanın əməkdar incəsənət xadimi Gülbara Talamuşova, Simone de Beauvoir Audiovizual Mərkəzinin rəhbəri Barbara Alves Angel, Bakı-Göte mərkəzinin rəhbəri Sonya Launun çıxış edərək festival barədə düşüncələrini qeyd etdilər. Qeyd edək ki, 5-ci SevilFest Bakı Göte-Mərkəzi və Fransız İnstitutunun dəstəyi ilə keçirilir.
Fransanın Azərbaycandakı səfiri Ann Buayon bildirdi ki, Azərbaycanda keçirilən bu önəmli sənədli film festivalına dəstək olmaqdan böyük sevinc hissi keçirirlər. Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı Azərbaycanda mədəni mühitin formalaşması üçün olduqca önəmli işlərə imza atır.
Bakı-Göte mərkəzinin direktoru Sonya Lau isə "SevilFest"ə ilk dəfə əməkdaşlıq etdiklərinə baxmayaraq bundan məmnunluq duyduqlarını bildirdi.
"Azərbaycan izləyicisi üçün zəngin bir festival proqramı yaradılıb. Hər kəsi bu yaradıcı günlərin dadını çıxarmağa səsləyirəm."
Parisdə yerləşən feminist arxiv “Simone de Beauvoir Audiovizual Mərkəzi”in baş direktoru Barbara Alves Rangel çıxışında festivala dəvət üçün Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalına təşəkkür etdi.
" Azərbaycanda olmaq və belə uğurlu, zəngin proqrama sahib festivala qatılmaq mənim üçün çox sevindiricidir. Sevilfest komandası Azərbaycan sənədli film sevərlərin üçün böyük bir töhfədir."
Qeyd edək ki, festivalın bu il Yaponiya, Fələstin, Macarıstan, Almaniya və sair ölkələrdən 8 beynəlxalq qonağı var.
Beynəlxalq mütəxəssislər müxtəlif mövzulu masterklas və təlimlərlə festival izləyicisi ilə yaradıcı kommunikasiya quracaq.
Film nümayişlərindən əlavə masterklas və panel müzakirələrin bəziləri aşağıdakılardır.
"KADRARXASI: Kamera işi və gender rolları
Operator Tera Pexmannova ilə kinosənayenin pərdəarxasına baxırıq
" (6 iyul, 18:00,Landmark)
Qara qutu gündəlikləri Şiori İto Yaponiya, Birləşmiş Krallıq, ABŞ. Filmin rejissoru Şiori İto ilə sual-cavab sessiyası (7 iyul 21:30, Landmark)
Feminist arxivlərə giriş:
Simona de Bovuar Audiovizual Mərkəzinin direktoru Barbara Alves Rangelin təqdimatı (8 iyul, Kapellhaus, 18:30)
Fələstin kinosu: ssenarist və rejissor Nadin Naos ilə müzakirə (9 iyul, 21:00,Landmark)
“Mən tək kontrabasda”: Təkbaşına film çəkə bilərəmmi? İlona Szereks ilə müzakirə, masterklas (11 iyul, Landmark, 18:00)
12 iyul 19:00-da Festivalın təntənəli qapanış mərasimi baş tutacaq. Tədbirdə yerli və beynəlxalq qalıb filmlər elan ediləcək. V “SevilFest”in yerli müsabiqədəki qalibi Yıhlava Beynəlxalq Sənədli Filmlər Festivalına akkreditasiya qazanacaq!
Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı sənədli filmlər vasitəsilə gender bərabərliyi müstəvisində var olan problemlərə fərqindəlik yaratmaq və təmsil olunmayan qrupların səsini yüksəltmək missiyası ilə yerli incəsənət mühitində əhəmiyyətli mövqeyə sahibdir.
V mövsümünə "Qoy bir kəlimə də mən deyim" şüarı ilə yola çıxan Sevilfest 5-12 iyul tarixlərində paralel olaraq Bakı, Şəki, Lənkəran və Şabran şəhərlərində tamaşaçılarına olduqca zəngin və çoxşaxəli proqram təqdim edəcək.
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...