Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı çərçivəsində Fələstin, Fransa, Belçika, Qətər istehsalı Lina Sualemin "Hələlik, Tiberiya" filmi nümayiş edildi.
Film Hiyam Abbasın aktrisa olmaq arzusunun arxasınca gedərək kəndini, anasını, nənəsini və yeddi bacısını tərk etməsini poetik və sənədli bir dillə ələ alır. Otuz il sonra onun kinorejissor qızı Lina dörd nəsil cəsarətli Fələstin qadınlarının səpələnmiş xatirələri arasında itmiş yerləri gəzmək üçün anası ilə birlikdə kəndə qayıdır. “Hələlik, Tiberiya” filmi dünya kinofestivallarından onlarla mükafat alıb və 2024-cü il üzrə Fələstin tərəfindən “Oskar” mükafatına təqdim edilib.
Nümayişdən sonra festivalın qonağı olan filmin ssenaristi Nadin Naosla "Hələlik, Tiberiya" filmi və "Fələstin kinosu" üzərinə müzakirə baş tutdu.
İzləyicilərlə ssenarist və rejissor Nadin Naos arasında filmin hekayəsi, texniki detalları, ssenari strukturu, qəhrəmanları və çəkiliş prosesi barədə müzakirə baş tutdu. Həmçinin Nadin müasir Fələstin filminin ümumi mənzərəsi və spesifik detallarından bəhs etdi.
Qeyd edək ki, Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalının V mövsümü 5-12 iyul tarixlərində eyni anda Bakı, Şəki, Lənkəran və Şabran şəhərlərində baş tutur.
Festival boyunca bir birindən maraqlı sənədli film nümayişləri, xarici qonaq mütəxəssislərin icra edəcəyi müxtəlif növ masterklaslar yer alır.
Müəllifin digər yazıları
12 mart tarixində Azərbaycan Dövlət YUĞ Teatrının “Birinci akt” tamaşasının premyerası baş tutub. A.P.Çexovun “Albalı bağı” pyesi əsasında hazırlanmış “Birinci akt” YUĞ teatrının banisi, Əməkdar incəsən...
Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Teatr sənəti fakültəsi, Teatrşünaslıq kafedrasının təşkilatçılığı ilə “Teatr 2.0: Ruh və kod” mövzusunda beynəlxalq tələbə elmi konf...
10 mart – Milli Teatr Günündə CHARACTERS Müasir Dram Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə keçiri...
CHARACTERS Teatrı və Fluxus Space incəsənət qalereyası İsmayıl İmanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edirlər.
Tamaşa ağ durnaların qərb populyasiyasının son nümayəndəsi olan Omidi...
Şair xalq! Bu sözü bizə kənardanmı deyiblər, yoxsa özümüzmü söyləmişik bilmirəm. Ancaq onu bilirəm ki, bu sözdə böyük həqiqət payı var. Biz hamımız əlimizə qələm alı...
CHARACTERS Müasir Dramaturgiya Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə müsabiqənin ilkin nəticələrini açıqlayı...
Ötən gün Azərbaycan Teatr Xadimləri İttifaqında “Baxış-6” festivalı çərçivəsində rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda Anton Pavlovi&...
28 fevral 2026-cı il tarixində Şuşa Dövlət Musiqi Dram Teatrında Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü və “EMEDİA GROUP” Media Təşkilatının təşkilatçılığı ilə inklüziv və autizm spektrli uşaqların iştirakı i...
Şuşa Dövlət Musiqili Dram Teatrında Azərbaycan İncəsənət Məktəbi MMC-nin təşəbbüsü və "EMEDİA GROUP" Media Təşkilatının təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq həssas kateqoriyalı gəncin ifasında sürreal...
Yorğun adamın sayıqlamaları
“İçimizdəki köləni damla-damla sıxıb çıxarmaq lazımdır”
Anton Çexov
Planlı yaşamaqdan yorulmuşam – demək istədim, xatırladım ki, heç vaxt planlı yaşamam...