Open Space | Vizual və Performans İncəsənət Mərkəzi (Tbilisi), “Cənubi Qafqaz Sənədli Teatrlar Şəbəkəsi” layihəsi çərçivəsində Ritual Mobil Teatr Laboratoriyası ilə birgə hazırlanacaq sənədli tamaşaya iştirakçı-aktrisa qəbulu elan edir.
Mövzu ənənəvi Azərbaycan nağılı olan Tıq-Tıq xanımın yenidən düşünməsindən irəli gəlir. Bu tamaşada biz müasir insanların hekayələrini bir araya toplayaraq ənənəvi uşaqlıq nağılı “Tıq-tıq xanım”ı tənhalıq və ayrılıq prizmasından yenidən düşünmək istəyirik. Bu tamaşada biz sosiallaşmanın əhəmiyyətini və müasir cəmiyyətdə geniş yayılmış tənhalıq anlayışını araşdırmaq istəyirik.
İş prosesi 2024-cü ilin mart-may aylarında baş tutacaq. Mart ayı əsasən materialların toplanması və mətnin işlənib hazırlanmasına həsr ediləcək. Martın sonundan aprelin sonuna kimi məşq prosesi həyata keçiriləcək və aprelin sonu/mayın əvvələrində tamaşa nümayiş olunacaq. Bundan başqa tamaşanın il ərzində bir neçə nümayişi də planlaşdırılıb.
Prosesə Sənədli Teatr sahəsində xüsusi təhsil almış sənətçilər - dramaturq Zərif Bəkirova ( @zarifbakirova ), rejissor Aynur Zərrintac ( @aynurzarrintac ) və kurator David Xorboladze rəhbərlik edəcək. Keçən il onlar “Azərbaycanda Sənətçi Olmaq Nə Deməkdir?” tamaşasını qoymuşdular.
Mövzu sizin üçün maraqlıdırsa və real həyat hekayələrini araşdıran teatrı sevirsinizsə, müraciət etməkdən çəkinməyin. Seçilmiş sənətçilər üçün kiçik qonorar nəzərdə tutulub.
Müraciətlər üçün son tarix: 28 fevral 2023-cü il.
Tələblər
- 50-70 yaş aralığında yaşlı qadın obrazı oynaya bilən, azərbaycanca səlis danışan, araşdırma prosesinə maraqlı olan və aktyorluq təcrübəsi olan xanım.
Öhdəliklər
- Tamaşanın intervü alınma mərhələsində iştirak etmək
- Məşq prosesinə qoşumaq
Qeydiyyatdan keçmək üçün aşağıda yerləşdirilən linkə keçid edin:
https://shorturl.at/egzZ2
Müəllifin digər yazıları
Yaşar Qarayev dramla bağlı araşdırmalara faciə janrından, bu janrla bağlı araşdırmaya isə “Nə üçün Şərq ədəbiyyatında faciə janrı gec meydana çıxır?” sualından yol alır. Bu suala cavab axtararkən ilk istinad nö...
19 mart tanınmış teatr xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəcəb Məmmədovun 65 yaşı tamam olur. Bu münasibətlə Teatro.az sənət portalı olaraq, hörmətli Rəcəb müəllimi təbrik edir, ona cansağlığı arzulayır və sənət dost...
12 mart tarixində Azərbaycan Dövlət YUĞ Teatrının “Birinci akt” tamaşasının premyerası baş tutub. A.P.Çexovun “Albalı bağı” pyesi əsasında hazırlanmış “Birinci akt” YUĞ teatrının banisi, Əməkdar incəsən...
Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Teatr sənəti fakültəsi, Teatrşünaslıq kafedrasının təşkilatçılığı ilə “Teatr 2.0: Ruh və kod” mövzusunda beynəlxalq tələbə elmi konf...
10 mart – Milli Teatr Günündə CHARACTERS Müasir Dram Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə keçiri...
CHARACTERS Teatrı və Fluxus Space incəsənət qalereyası İsmayıl İmanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edirlər.
Tamaşa ağ durnaların qərb populyasiyasının son nümayəndəsi olan Omidi...
Şair xalq! Bu sözü bizə kənardanmı deyiblər, yoxsa özümüzmü söyləmişik bilmirəm. Ancaq onu bilirəm ki, bu sözdə böyük həqiqət payı var. Biz hamımız əlimizə qələm alı...
CHARACTERS Müasir Dramaturgiya Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə müsabiqənin ilkin nəticələrini açıqlayı...
Ötən gün Azərbaycan Teatr Xadimləri İttifaqında “Baxış-6” festivalı çərçivəsində rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda Anton Pavlovi&...
28 fevral 2026-cı il tarixində Şuşa Dövlət Musiqi Dram Teatrında Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü və “EMEDİA GROUP” Media Təşkilatının təşkilatçılığı ilə inklüziv və autizm spektrli uşaqların iştirakı i...