03 noyabr 2023-cü il tarixdə Səmərqənd Dövlət Musiqili Dram Teatrının yaradıcı heyəti Azərbaycan Teatr Xadimləri İttifaqının qonağı oldu.
İttifaq Sədrinin vəzifə səlahiyyətlərini icra edən Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov və İttifaqın kollektivi qonaqları səmimi şəraitdə qarşıladılar. Hacı İsmayılov özbəkistanlı aktyorları Azərbaycanda görməkdən məmnunluq duyduğunu bildirdi. O, qonaqlara 150 yaşlı Azərbaycan teatrının keçdiyi zəngin inkişaf yolundan, milli teatrdan 27 il sonra yaranmış Azərbaycan Teatr Xadimləri İttifaqından danışdı, onları İttifaqın binası ilə, burada sənət adamları üçün, xüsusən gənclər üçün yaradılan şəraitlə tanış etdi.
Görüşdə Özbəkistan Respulikasının Əməkdar artistləri Baxtiyar Rahimov, Mehri Hakimova, Solican Hakimov, Mehnat Şohreti ordenli İskandar Sultanov, Şohret medalı laureatı Gulistan Cabbarova, Səmərqənd Dövlət Musiqili Dram Teatrının aktyorları - Abdulaziz Toştemirov, Turdimurad Xudaverdiyev, Gözəl Kurbanova, Şohsanam Obloqulova, Behruz Qurbonaliyev, Sarvinaz Saitova, Xusen Mahmudov və Azərbaycan Respublikasının Əməkdar artisti Sərvər Əliyev İttifaqın Fəxri fərmanları ilə təltif olundular. Qonaqlar səmimi qəbula və təltiflərə görə Azərbaycan Teatr Xadimləri İttifaqına dərin minnətdarlıqlarını bildirdilər.
Aida Qafarova
Azərbaycan TXİ-nin məsul katibi
Müəllifin digər yazıları
12 mart tarixində Azərbaycan Dövlət YUĞ Teatrının “Birinci akt” tamaşasının premyerası baş tutub. A.P.Çexovun “Albalı bağı” pyesi əsasında hazırlanmış “Birinci akt” YUĞ teatrının banisi, Əməkdar incəsən...
Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Teatr sənəti fakültəsi, Teatrşünaslıq kafedrasının təşkilatçılığı ilə “Teatr 2.0: Ruh və kod” mövzusunda beynəlxalq tələbə elmi konf...
10 mart – Milli Teatr Günündə CHARACTERS Müasir Dram Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə keçiri...
CHARACTERS Teatrı və Fluxus Space incəsənət qalereyası İsmayıl İmanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edirlər.
Tamaşa ağ durnaların qərb populyasiyasının son nümayəndəsi olan Omidi...
Şair xalq! Bu sözü bizə kənardanmı deyiblər, yoxsa özümüzmü söyləmişik bilmirəm. Ancaq onu bilirəm ki, bu sözdə böyük həqiqət payı var. Biz hamımız əlimizə qələm alı...
CHARACTERS Müasir Dramaturgiya Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə müsabiqənin ilkin nəticələrini açıqlayı...
Ötən gün Azərbaycan Teatr Xadimləri İttifaqında “Baxış-6” festivalı çərçivəsində rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda Anton Pavlovi&...
28 fevral 2026-cı il tarixində Şuşa Dövlət Musiqi Dram Teatrında Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü və “EMEDİA GROUP” Media Təşkilatının təşkilatçılığı ilə inklüziv və autizm spektrli uşaqların iştirakı i...
Şuşa Dövlət Musiqili Dram Teatrında Azərbaycan İncəsənət Məktəbi MMC-nin təşəbbüsü və "EMEDİA GROUP" Media Təşkilatının təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq həssas kateqoriyalı gəncin ifasında sürreal...
Yorğun adamın sayıqlamaları
“İçimizdəki köləni damla-damla sıxıb çıxarmaq lazımdır”
Anton Çexov
Planlı yaşamaqdan yorulmuşam – demək istədim, xatırladım ki, heç vaxt planlı yaşamam...