Şəki Dövlət Dram Teatrında dramaturq Xaqani Əliyevin “Çələbi xana Qızılqaya xəyanəti” adlı iki hissəli tarixi dramının məşqlərinə başlanılıb.
Teatrdan verilən məlumata görə, ümummilli lider Heydər Əliyevin “Azərbaycan tarixinin bilicisi” adlandırdığı, görkəmli tarixçi alim, Dövlət mükafatı laureatı, akademik Yaqub Mahmudovun 80 illik yubileyinə həsr olunmuş tamaşanın bədii rəhbəri, teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimlidir.
Maraqlı hadisələrlə zəngin olan tarixi dram, Şəki xanlığının banisi, tariximizdə hikmətli və cəsur bir xan kimi ad qazanmış Hacı Çələbi xanın həyatından, parçalanmış Azərbaycan xanlıqlarını birləşdirmək istəyindən, Şəki torpaqlarını yadelli düşmənlərdən qorumaq uğrunda apardığı mübarizəsindən bəhs edir.
Müəllif, Çələbi xanın Azərbaycan xanları ilə, xüsusən Nadir şahın ölüm fərmanı verdiyi Qarabağlı Pənahəli xan və Kartli çarı Teymurazla olan münasibətinə aydınlıq gətirir. Tariximizin qara ləkəsi olan ”Qızılqaya xəyanəti”nin verdiyi ibrət dərsindən bəhs edən dramaturq, bu hadisə zamanı Çələbi xanın tutduğu əsl Azərbaycan kişisinə xas olan mövqeyinə, tarixçilərimizdən fərqli, bədii-baxış bucağından yanaşmaqla, geniş yer ayırır.
Əsərdə təkcə Şəki xanlığının yox, bütün Azərbaycan torpaqlarını gürcü çarlarından qorumağa çalışan Çələbi xan obrazı ideallaşdırılmır, tariximizə adını özəməlləri ilə yazmış fəlsəfi düşüncəli mübariz bir feodal xanı kimi təsvir edilir. Çələbi xanın Nadir şahla mübahisəsi, zülm və ədalətin əbədi mübarizəsi fonunda təsvir olunur və əsərin əsas süjet xəttini təşkil edir. Zülmkar Nadir şaha döyüşərək qalib gələn, hələ onun sağlığında Şəki xanlığını yaradan Çələbi xan, şahdan fərqli olaraq xalqını ədalətlə idarə etməyə çalışır. Buna nail ola bilirmi? Taxt-tac, hakimiyyət onun axıra kimi ədalətli olmasına imkan verirmi? Ədalətlə zülmü bir-birindən ayıran sərhədlərin arasında özünü itirmir ki? Ümumiyyətlə, mütləq zülmkar və ya mütləq ədalətli olmaq mümkündürmü?
Bu suallara cavab axtarılacaq tamaşanın quruluşçu rejissoru Orxan Həmidli, quruluşçu rəssamı Sahib Əhmədov, geyim üzrə rəssamı Günel Məmmədli, musiqi tərtibatçısı Zeynəb Orucovadır.
Tarixi şəxsiyyətlərin obrazlarının yer aldığı tamaşada rolları : Hacı Çələbi xan – Rəhim Qocayev (Əməkdar artist), Nadir şah – Əbülfət Salahov (Əməkdar artist), Heydərqulu xan – Akif Yusifov (Əməkdar artist), Pənahəli xan - Xəyal Salahov, Kazım xan – Fərahim Fətəliyev, Şahverdi xan – Pərviz İsmayılov, Hacı Şeyxəli – Aydın Əlibalayev, Vəzir Mirzə Mehdi – Rəşad Rüstəmov, Fəzləli xan – Rəsul Məmmədrəhimov, Bəyim xanım – Lalə Məmməd, Məmləkət – Fidan Lətifova, Həsən ağa – İlkin Rüstəmov, Ağakişi bəy – Rəşid Mirizadə, Fərrux kişi – Çingiz Novruzəliyev, Xatabala – Qurban Rəsulov, Carlı – Hüseynli Hüseyn, Lal Elçi – Türkan Xəlilova ifa edəcəklər.
Qeyd edək ki, tamaşanın premyerasının Milli Teatr Günü ərəfəsində, mart ayında keçirilməsi nəzərdə tutulub.
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...