2 dekabr tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq məktubuna əsasən, Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasını təmin etmək, eyni zamanda, ölkə teatrlarının qarşılıqlı yaradıcılıq fəaliyyətinin dəstəklənməsi məqsədilə Şəki Dövlət Dram Teatrı "Dar ağacı" tamaşası ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində çıxış edib.
Tarixi dramda Azərbaycanın Ərəb xilafətinə, yadelli işğalçılara qarşı azadlıq mübarizəsindən bəhs edilir.
Tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli, quruluşçu rəssamı və geyim üzrə rəssamı Nicat Məmmədov, mahnıların bəstəkarı Xatirə Orucova, baletmeysteri Çingiz Novruzəliyev, vokal üzrə müəllim Fərqanə Salamovadır. Tamaşanın musiqisi bəstəkar, Azərbaycan SSRİ Xalq artisti Aqşin Əlizadəyə, səhnə döyüşlərinin qurulması Sahib Novruzova məxsusdur.
Səhnə əsərində rolları Əməkdar artistlər Xanlar Həşimzadə (Ağsaqqal), Əbülfət Salahov (İbn Zeyd), Rəhim Qocayev (Babəkin teyfi), aktyorlar Xəyal Salahov (Akşin), Rəşid Mirizadə (Sabutay), Lalə Məmməd (Ana), Gülxar İmamhüseynova (Çılğın), Fərahim Fətəliyev (İbn Tahir), Pərviz İsmayılov (İbn Süheyl), Elvin Mabudov (Altay), Nazilə İmamhüseynova (Xala), Azad Məmmədov (Yarqıtay), Arzuman Abdullazadə, Cavidan Eminov (ərəb əsgərləri) ifa ediblər.
Tamaşadan öncə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov və Əməkdar incəsənət xadimi, milli teatrımızın tədqiqatçısı İlham Rəhimli çıxış ediblər, Bəxtiyar Vahabzadə ilə olan xatirələrini bölüşüb tədbirin keçirilməsinə göstərdikləri dəstəyə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına təşəkkürlərini bildiriblər.
Tamaşaçılar Akademik Milli Dram Teatrının foyesində Şəki Dövlət Dram Teatrı tərəfindən təşkil olunan Bəxtiyar Vahabzadənin fotolarından və kitablarından ibarət sərgi ilə də tanış olublar.
Müəllifin digər yazıları
Preambula.
“Klinik A” teatr laboratoriyası ənənəvi teatr anlayışından köklü şəkildə fərqlənir. Bu, aktyorun, dramaturji materialın və ya rejissor dominantlığının əsas olduğu bir teatr deyil. Burada tamaşaçı psixol...
Dekabrın 24-də Bakıda İrəvan Dövlət Azərbaycan Dram Teatrının binası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilib. Bu münasibə...
Şota Rustaveli adına Gürcüstan Milli Teatrı ilə bağlanmış əməkdaşlıq haqqında Memorandumun üçüncü mərhələsinin icrası ilə bağlı bu teatrın Baş rejissoru David Sakvarelidze Akademik Milli Dram Teatrının qonağıdır.
De...
Tanınmış aktyor, pedaqoq, bədii qiraət ustası, Azərbaycan Respublikasının Əməkdar müəllimi Nadir Hüseynov bu gün 73 yaşında vəfat edib.
Nadir Hüseynov Qəribağa oğlu&nbs...
Azərbaycanda yeni teatr studiyası yarandı – “Eynək” ilk tamaşasını təqdim etdi
Azərbaycan Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov səhnəsində yeni yaradılmış “Eynək” İncəsənət Studiyası ilk tamaşasını teatrsevənlə...
Qırx İl Sonra Açılan Qapı: Vicdanın Labirinti və Zamanın tələsində “Ruh”- Sprit seance: ruh yolçuları üçün konseptual cığırlar...
"Bənövşə...bənövşə..."
...gecə bitib-tükənmək ...
Aleksandr Vampilovun “Ördək ovu” əsərində baş verən hadisələr nə bir məkan, nə də zaman çərçivəsində məhdudlaşır. Əsərin əsl hadisəsi Zilovun özüdür. Çünki onun daxili sükutu, həyatdan be...
- Azərbaycan teatrında bu gün ən aktual problemlər hansılardır?
Azərbaycan teatrının problemləri kompleks xarakterli problemlərdir və onların arasından hər hansını fərqləndirmək olduqca çətindir. Bu gün Azərbaycan teatr sənətindən...
Dekabrın 2-də YUĞ Dövlət Teatrında “Mən-Dədə Qorqud: Epizod 1. Başlanğıc” tamaşasının premyerası keçirilib.
Tamaşa “Kitabi-Dədə Qorqud” dastanının “Dirsə xan oğlu Buğac” boyu əsasında səhnələşdirilib...
2 dekabr tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq məktubuna əsasən, Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasını təmin etmək, e...