"1 SƏHNƏ" prodüser mərkəzinin nəzdində yaradılmış "Səhnə TV" YouTube kanalı artıq bir ildir fəaliyyətdədir. O öz fəaliyyətində müxtəlif mədəniyyət verilişlərinə üstünlük verir. Televiziyanın rəhbəri Mirzəağa Mirzəyevin məlumatına görə, yaxın vaxtlarda Səhnə TV kanalında teatr tamaşaçılarını sevindirəcək "TEATR EMALATXANASI" adlı yeni veriliş təqdim ediləcək.
Verilişin layihə rəhbəri "1 SƏHNƏ" prodüser mərkəzinin direktoru, aktyor Elçin Hacı, ideya müəllifi və aparıcısı isə Akademik Rus Dram Teatrının aktyoru, Boris Şukin adına Moskva Teatr İnstitutunun məzunu Abdulla Elşadlıdır. Layihənin məqsədi dünya və Azərbaycan mədəniyyətini və incəsənətini təbliğ etməkdir. Hər verilişin birinci hissəsinin dünya teatrlarına yenilik gətirmiş teatr novatorlarına, onların teatr sistemi, məktəb və yanaşmalarına həsr edilməsi nəzərdə tutulur. Verilişin "Emalatxana qonağı" rubrikasında isə bir aktyor və ya bir rejissor qonaq çağrılır və onların iştirakı ilə barəsində söhbət açılan novotorun nəzəri fikirlərinin praktiki tərəfi tamaşaçılara göstərilir.
Artıq verilişin "STANİSLAVSKİ SİSTEMİ. TEATR-ƏMƏLDİR" adlı birinci bölümü tamaşaçılara təqdim edilib. Verilişin ilk qonağı Gənc Tamaşaçılar Teatrının və Səhnə teatrının aktyoru Ramil Məmmədovdur.
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...