Orta əsrlərin Avropada sona çatması ilə dramaturgiya müstəqil şəkildə kilsə mövzularından ayrılaraq Qərb teatrını formalaşdıran əsas amilə çevrildi. Dinlə heç bir bağlılığı olmayan yeni Avropa teatrı, mətnin dominantlığı ilə xaraketirzə olundu. Mətnin bu və ya digər formada teatrın digər elementlərinə hökmranlıq etməsi XIX əsrin sonlarına kimi davam etdi.
Həmin zaman kəşiyində, Uzaq şərqdə var olan yapon teatr ənənələri buddist dini ayinləri əsasında yaranan dramaturgiya və rəqslərə əsaslanırdı – ta o zamana kimi ki, növbəti əsrin ilk illərində Kabuki fenomeni yarandı.
Kabuki avropalı rəqiblərindən və sələfi Nogakudan fərqli olaraq tamaşanın ərsəyə gəlməsi üçün dramaturgiyaya ehtiyac duyulmaması ilə fərqləndi: burada tamaşanı yaradan əsas amillər vizual elementlər, musiqi, səs, rəqslər və qısa sinopsislər idi.
Lakin Kabukini sələfi ilə birləşdirən bir neçə amil mövcud idi: bunlardan ilki, buddizmə əsaslanan dini-fəlsəfi ideyaların qəlpələrinin hələ də tamaşaların əsas ideyasını təşkil etməsi, tamaşadakı vizual elementlərin və musiqinin hekayənin nəql olunmasında iştirakı və aktyor oyununun sinxronik, stilizə olunmuş hərəkətlər üzərində qurulması idi.
Kabuki teatrının yaranması Edo dövrünün başlanğıc illərinə təsadüf edir. Tokuqava şögünatının təməlini qoyduğu bu dövrün əsas səciyyəvi xüsusiyyəti xariclə hər növ əlaqələrdən imtina edilərək, daxili inkişafa yönəlmək idi. Bu siyasətin nəticəsində Yaponiya özünü dünyadan təcrid edərək, diqqətini intensiv formada sosial-mədəni və iqtisadi inkişafa yönəltdi.
Edo dövrünün mədəni həyatının mühüm hissəsini təşkil edən teatrlar iki qrupa bölünürdü: yüksək rütbəli samuraylar üçün nəzərdə tutulmuş Noo və sadə insaların üz tutduğu Kabuki və Coruri teatrları. Kabuki yeganə dram idi ki, digər iki teatrın estetikasından gen-bol yararlanırdı.
Digər teatrlar ilə yaranan rəqabət Kabuki üçün yalnız bir fürsət idi ki, rəqiblərindən adoptasiyalar edərək daha da zənginləşsin.
Edo dövrünün ikinci yarısından etibarən Kabuki müstəsna şəkildə inkişaf edərək gələcəkdə Qərb teatrlarına bəxş edəcəyi yenilikçi səhnə texnikaları, aktyor oyun ifadələri və performans elementləri ilə zəngin, püxtələşmiş, möhtəşəm sənət nümunəsinə dönüşdü.
Uzun illərin sınaq və təcrübələri nəhayət Kabuki dramaturgiyasının ərsəyə gəlməsinə gətirib çıxartdı. Kabuki pyeslərini digərlərindən ayıran əsas xüsusiyyət onların bu teatrın performans və aktyor-oyun ənənələrinin əsasında yazılmış olmaları idi. Bu pyeslər müstəqil şəkildə mövcud deyildi. Kabuki dramaturgiyası və performansı birlikdə Kabuki janrını müəyyən edən əsas amillərə çevrildi.
XIX əsrin altmışıncı illərindən etibarən Meyci dövrünün gətirdiyi Qərblə yaranan əlaqələrin sayəsində Kabuki teatrı öz qapılarını dünyaya açdı. Bu dövrdən etibarən yapon incəsənəti ilə yaxından tanış olmaq fürsəti əldə edən Avropa, Kabukinin teatr texnikası, performans elementləri və aktyor texniklarını yenilikçi eksperimentlərində sınaqdan keçirdi. Eyni zamanda, Qərb mədəniyyəti Kabuki dramında da öz təsirlərini hiss etdirdi.
Kabuki fenomeninin populyarlığı teatr sferasını aşaraq, siyasi sahədə də özünü göstərdi. XX əsrin otuzuncu illərində Kabuki dramı anidən Yaponiyanın hərbi əməliyyatlarını dəstəkləyən vətənpərvər hərəkatın ünvanlarından biri oldu.
İkinci dünya müharibəsindən sonra Kabuki, Edo və Meyci dövrlərində keçdiyi əzəmətli sənət yolunda formalaşdırdığı estetikasını qoruyub saxlamağa davam edir. Dünya sənət incisi kimi Kabuki, saysız hesabsız oyun texnikaları və performans ünsürləri ilə aktyor və rejissor sənətində yaradıcı axtarışlara mühüm təkan verməyə qadirdir.
Sara Kərimli
ADMİU-nun magistrı
Müəllifin digər yazıları
C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı Türkiyənin Samsun şəhərində keçirilən 8-ci Beynəlxalq Teatr Festivalında iştirak edib. Teatrın kollektivi festivalda görkəmli dramaturq Hüseyn Cavidin “A...
2001-ci ildə yaradılmış və 30 dil komitəsindən təxminən 300 mütəxəssisi birləşdirən EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi tərcümə vasitəsilə Avropa, Mərkəzi Asiya və Aralıq dənizi regionundan olan yeni pyeslərin ...
Yaşar Qarayev dramla bağlı araşdırmalara faciə janrından, bu janrla bağlı araşdırmaya isə “Nə üçün Şərq ədəbiyyatında faciə janrı gec meydana çıxır?” sualından yol alır. Bu suala cavab axtararkən ilk istinad nö...
19 mart tanınmış teatr xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəcəb Məmmədovun 65 yaşı tamam olur. Bu münasibətlə Teatro.az sənət portalı olaraq, hörmətli Rəcəb müəllimi təbrik edir, ona cansağlığı arzulayır və sənət dost...
12 mart tarixində Azərbaycan Dövlət YUĞ Teatrının “Birinci akt” tamaşasının premyerası baş tutub. A.P.Çexovun “Albalı bağı” pyesi əsasında hazırlanmış “Birinci akt” YUĞ teatrının banisi, Əməkdar incəsən...
Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Teatr sənəti fakültəsi, Teatrşünaslıq kafedrasının təşkilatçılığı ilə “Teatr 2.0: Ruh və kod” mövzusunda beynəlxalq tələbə elmi konf...
10 mart – Milli Teatr Günündə CHARACTERS Müasir Dram Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə keçiri...
CHARACTERS Teatrı və Fluxus Space incəsənət qalereyası İsmayıl İmanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edirlər.
Tamaşa ağ durnaların qərb populyasiyasının son nümayəndəsi olan Omidi...
Şair xalq! Bu sözü bizə kənardanmı deyiblər, yoxsa özümüzmü söyləmişik bilmirəm. Ancaq onu bilirəm ki, bu sözdə böyük həqiqət payı var. Biz hamımız əlimizə qələm alı...
CHARACTERS Müasir Dramaturgiya Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə müsabiqənin ilkin nəticələrini açıqlayı...