TEATRO

TEATRO

sənət portalı

post-title

Sankt-Peterburqda “Norma”nın premyerası olacaq

“Sankt-Peterburq Opera” Teatrının mətbuat xidmətindən verilən məlumata görə, 16-17 iyul tarixlərində Rusiyanın Xalq Artisti Yuri Aleksandrovun quruluşunda, Vinçenço Bellininin “Norma” operasının premyerası oynanılacaq. Əsər 1831-ci ildə fransız yazıçısı Aleksandr Sümenin “Norma və ya uşaq ölümü” faciəsinin süjeti əsasında yazılıb.

“Mən ilk növbədə, bu operaya klassik musiqiçi kimi yanaşdım. Mənim üçün ən önəmli məsələ, Bellininin əsərini müəllifin nəzərdə tutduğu variantda işləmək və bəstəkarın fikrini tamaşaçılara düzgün şəkildə çatdırmaq idi. Bu möhtəşəm musiqi özlüyündə, insanın hiss və həyəcanlarının dərinliyini birləşdirir!” - deyə, Aleksandrov bildirib.

Əsərin süjet xəttinə görə, druidlərin baş rahibəsi Norma, Roma fatehi Palliondan iki uşaq dünyaya gətirir. Lakin, Pallion gənc Adaljizaya vurulur və onu qaçırıb, Romaya aparmaq istəyir. Norma bundan xəbər tutur və xəyanətkar sevgilisindən qisas almağa qərar verir.

Mənbə: Премьера «Нормы» Беллини состоится в Петербурге

Tərcümə edən: Cavanşir Qasımov
 

Load Time (S) : 0.006984