Xalqların milli kimlik mövzusu ətrafında sual və müzakirələri millət pilləsinə qədəm qoymalarına doğru atılmış addımdır. Sözsüz ki, ədəbiyyat və onun vizuallaşmış söz məbədi olan teatr bu addımın sirayət gücünün enerji mənbəyidir.
Bəxtiyar Vahabzadənin dövlət səviyyəsində qeyd edilən 100 illik yubiley tədbirlərinin yekun "akkordunu" S.Rəhman adına Şəki Dövlət Dram Teatrının baş rejissoru Mirbala Səlimlinin "Dar ağacı" səhnə əsəri vurdu. Həm də çox layiqli şəkildə, Bəxtiyar Vahabzadə tərzində, üslubunda ibrətamiz, didaktikadan çox uzaq ruhda, görk, nümunə, görüb-götütüb nəticə çıxarıb məğz, mahiyyət əxz etmək ruhunda.
İlk danışan səhnə dekorasiyası oldu – tamaşanın quruluşçu rəssamı və geyim üzrə rəssamı Nicat Məmmədovun müəllifliyində fabulanın ilkin “açarını” tamaşaçıya təqdim edən bədirlənmiş ay, bir az bürüncə, bir az qızılıya çalan rəngdə tikililər, daha doğrusu, hansısa tikililərin fraqmentləri və personajların müvafiq əlbisələri. Mövzunun tamaşaçıya başlanğıc nəqlinə hesablanmış, obrazların səciyyəsinin incələnməsinə hədəflənmiş bütün bu yığcam olduğu qədər məzmunlu və ifadəli detallar, başqa sözlə, tamaşanın fakturası səhnə əsərinin məramını, süjetin fabulasını, mövzunun ab-havasını, xarakterlərin nitqini, yerişini, dünyagörüşünü, həyatı qavramasını dolğunlaşdırıb eşidimli və baxımlı edir. Bəs bu eşidimliliyi, baxımlılığı şərtləndirən daha hansı cəhətlər zəruridir? Əlbəttə ki müəllifin qələmə aldığını illüstrasiyalaşdırmadan, onun yaradıcı şəxsiyyət və vətəndaş olaraq məziyyətlərini, səciyyələrini bir süzgəc kimi istifadə edib mövzunu, əsəri, süjeti əsl və tam mənada canlandırmaq. Quruluşçu rejissor əsərin müəllifi ilə mütləq dialoq qurmalıdır. Söhbət əlbəttə ki, həyatda olan müəlliflə tamaşanın məşqləri mərhələsində aparılan dialoqlardan getmir. Amma təbii ki, bu da zəruri amildir. Söhbət böyük mənada, səhnədə oynanılan tamaşaya baxdıqca quruluşçu rejissorla müəllif arasında bir-birilə razılaşıb-razılaşmamalarından asılı olmayaraq, konstruktiv dialoqun qurulmasından gedir. Və "quruluşçu rejissor" söz birləşməsinin, incəsənət peşəsinin birinci kəlməsi olan "quruluşçu" sözü məhz müəlliflə dialoq qurub bu dialoqu tamaşaçıya təqdim etmək bacarığına aiddir. Mirbala Səlimlinin "Dar ağacı" səhnə əsəri məhz belə bir təsiri, təəssüratı, effekti yarada bildi. Şəki Dövlət Dram Teatrının "Dar ağacı" səhnə əsəri Bəxtiyar Vahabzadənin eyniadlı dramının mütaliəsi deyil, quruluşçu rejissor başda olmaqla yaradıcı heyətin zövq və dünyagörüşünə dayaqlanan dərketmə aksiyasıdır. Ötəri nəzərin, səthi baxışın fokusunda Bəxtiyar Vahabzadənin "Dar ağacı" mənsur dramı və Şəki teatrının bu dramın qayəsinin verdiyi imkanlara söykənib eyniadlı, lakin əsərin sətiraltı mətləblərini, sətirarası mənalarını oxuyub anlayaraq ərsəyə gətirdiyi səhnə əsəri İslam dini ilə atəşpətəstliyin qarşı-qarşıya üoyulması kimi qavranıla bilər. Lakin hadisələrin inkişafı, xarakterlərin açılması tamaşaçını daha dərin qatlara baş vurmağa, özünün və ətrafındakı insanların davranışını, həyat həqiqətlərini, dünyanın işləri haqqındakı qənaətləri, gəldiyi qərarları, atdığı addımları yenidən nəzərdən keçirib qiymətləndirməyə çağırır. Süjeti ədəbi mətndə olduğu kimi səhnə əsərində də teyf şəklində vaxtaşırı görünən, lakin bütün tamaşa boyuuca duyulan Babək Xürrəmidin ruhunun (Rəhim Qocayev) ərəb xilafətinin işğalçılıq siyasətinə qarşı edam edilməkdən belə çəkinməyərək dönməz mübarizəsindən sonra ərəblərə xidmətinin müqabilində taxt-tac sahibi olan qardaşı Akşinin (Xəyal Salahov) özünü tanımaq prizmasından xalqının böyüklüyünü dərk etməsi (təəssüf ki, bu idraka yetmə onu “taclı müqəvva” adlandıran ərəblər tərəfindən dar ağacından asılmaq ərəfəsində baş verir) üzərində qurulub inkişaf etdirilən əsər tamaşaçıları biganə qoymadı.
Şəki Dövlət DramTeatrının digər tamaşalarında olduğu kimi “Dar ağacı” tamaşasında da aktyorların tərəf-müqabili mədəniyyətini, tamaşanı inkişaf etdirmək əzmini və bacarığını müşahidə etmək yaradıcı mühit mədəniyyətindən xəbər verir. Tamaşanın ən təsirli səhnələri Babəklə Akşinin anasının (Lalə Məmməd) Akşinlə olan dialoqları, Ananın xalqına və özünə xəyanət etmiş bu oğlu ilə görüşdə söylədiyi monoloqlar idi. Ümumiyyətlə, Lalə Məmmədin Ana obrazı sanki Azərbaycan adlı məmləkətin isimləşmiş təzahürüdür – bu dərəcədə yekcinslikdən uzaq və ifadəli. Digər obrazları canlandıran aktyorlardan Xanlar Həşimzadə Ağsaqqal rolunda, Əbülfət Salahov İbn Zeyd obrazında, Rəşid Mirizadə Sabutay olaraq, Fərahim Fətəliyev İbn Tahir cildində xüsusilə yaddaqalan aktyorluq bacarığı nümayişlədilər. Tamaşanın musiqi tərtibatı ayrıca diqqət ayrılası quruluş hissəsidir. Səhnə əsərinin bütövlükdə musiqisi Aqşin Əlizadəyə məxsusdur. Bundan əlavə Xatirə Orucova mahnılar da bəstələyib. Və bütün bu musiqi çələngi azdlıq aşiqi Babək Xürrəmidin başına qoyulur sanki.
Şəki truppasının “Dar ağacı” tamaşasını baxımlı və yaddaqalan edən məziyyətlərdən biri də səhnə əsərinin film-tamaşa effektləri ilə süslənməsidir. Səhnədə heç bir videoinstalyasiya, kinoxronika yoxdur. Amma fırlanan səhnə və ən əsası mizanlarla işıq tərtibatçısının (İlqar Orucov) işinin bir-birini tamamlaması tamaşaya belə bir fərqli keyfiyyət də əlavə edərək təsir gücünü artırır, bizi özümüzlə həm baş-başa qoyur, həm də özümüzü özümüzə tanıdır.
Samirə Behbudqızı
Mənbə: “Ədəbiyyat” qəzeti
Müəllifin digər yazıları
Xalqların milli kimlik mövzusu ətrafında sual və müzakirələri millət pilləsinə qədəm qoymalarına doğru atılmış addımdır. Sözsüz ki, ədəbiyyat və onun vizuallaşmış söz məbədi olan teatr bu addımın sirayət güc&u...
Yeni teatrlar yaranmaqdadırlar yazmaq istədim, amma cücərməkdədirlər tərzi-halı daha uyğun göründü. Yəqin ki, bu teatrların əksəriyyətinin, konkret olaraq məqalədə haqqında bəhs edəcəyimiz teatrın aktyorluq və rejissorluq sənətinə...
Maqsud İbrahimbəyov imzası nəsr, teatr və kino dramaturgiyası tarixində özünəməxsus yer tutur. Keçən əsrin 60-cı illərinin ədəbiyyat, teatr və kino mənzərəsini bu imzasız, imzaya baxmadan belə dərhal tanınan xəfif yumorlu, incə isteh...
В рамках Международного фестиваля искусств в Баку BIAF 2025 с грандиозным успехом состоялся показ спектакля «Анна Каренина, созданного два с года назад всемирно известным театром «Гешер» (Израиль) совместно с театром Les Gemeaux (Франция). ...
Bu teatrı ilk dəfə 2021-ci ildə 1-ci 4.4 Qısa Tamaşalar Festivalında kəşf etmişdim. Pandemiya dövrü idi deyə, tamaşalar karantin rejiminə uyğun olaraq videoyazı formatında təqdim edilirdi. İştirakçılar arasında “ƏSA” teat...
Məqaləyə əsərin bədniyyətli, şəxsi mənafeyindən savayı gözünə heç nə görünməyən bir obrazın özünəməxsus ustalıqla təqdimatının yaratdığı parlaq təəssüratla başlamaq istəyirəm. Söhbət Dövlət Milli Gə...
Ən irihəcmli nəsr əsəri janrı olan romanı müasir dövrdə teatr səhnəsinə adaptasiya edib tamaşaya qoymaq rejissorun özünə inamından xəbər verir. Xüsusilə, əgər həmin rejissorla əsərin müəllifi arasında bir neçə ild...
Uilyam Şekspir... “Hamlet” mənzum pyesi... Və ya faciəsi... Yaxud “Danimarka şahzadəsi Hamletdən bəhs edən faciəli əhvalat”. Bu müəllif (1564-1616) və onun həcmcə ən böyük əsəri (1599-1601-ci illər arası yazıldı...
Tamaşanın əvvəlində belə bir mövzuda qadın müəllifin, dramaturq və rejissor Birgül Yaşıloğlu Gülərin qələmə aldığı sosial drama məhz kişi rejissorun, Gəncə Dövlət Milli Dram Teatrının baş rejissoru Elşad Əhmədlinin səhnə...
Tamaşa oynanıldıqca cilalanır. Teatr sənətinə aid bu, belə demək mümkünsə, səciyyə-xasiyyətnamə (canlı sənət növü olduğu üçün xasiyyətnamə sözünü də işlətmək yerinə düşər) Dövlət Milli Gən...