Biri vardı, biri yoxdu, dağlar qoynunda bir ailə kimi yaşayan azərbaycanlılarla gürcülər vardı. Əsrin iki çərəyi öncə Qaxda məskunlaşmış gürcü, Tbilisi Teatr Texnikumunun məzunu, Azərbaycan-gürcü, gürcü-Azərbaycan dillərindən ədəbi əsərlərin tərcüməçisi və teatr xadimi olaraq səmərəli fəaliyyətinə görə sonralar Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüş İsako Zeynalaşvili (sənət fədaisinin qızı Maya Zeynalaşvili hazırda teatrın bacarıqlı aktrisalarından biridir) dərnək yaradıb Orta Asiya xalq nağılı əsasında "Güllü və Güloğlan" adlı dərnəyin ilk kukla tamaşasını qoydu.
1971-ci ildə Qax rayon mədəniyyət evinin nəzdində fəaliyyətə başlayan bu dərnək elin-obanın rəğbətini qazandığı üçün 1976-cı ildə Xalq teatrı, ölkə əhəmiyyətli mədəniyyət ocağı kimi özünü təsdiq etdiyinə görə isə 1992-ci ildə Dövlət Kukla Teatrı boyda böyüdü. Repertuarı "Xutquçula" (gürcü xalq nağılı), "Necə boz ayı, aldı ev payı" (Ə.Əhmədova), "Danışan kukla", "Tikanlı yalanlar", "Başlı başına gəzən pişik" (R.Kiplinq), "Aşıq Qərib" (Azərbaycan xalq dastanı), "Mənim kuklam" (Ə.Səmədli) kimi səhnə yozumlarından başlayıb "Zınqrovlu pişik" (Ə.Orucoğlu), "Üç keçi balası və canavar" (H.Həsənli), "Göyçək Fatma" (Azərbaycan xalq nağılı), "Quyruqsuz ulağın sərgüzəştləri" (T.Kərimli), "Qoğal" (O.Abdullayev), "Turp" (rus xalq nağılı), "Diş əhvalatı" (O.Andullayev), "Cırtdan" (Ə.Səmədli), "Çirkin ördək balası" (H.X.Andersen), "Tülkünün uçuşu" (R.Əlizadə) və digər tamaşalaradək zənginləşdi.
Dövlət statusu alandan bir il sonra Qax Kukla Teatrı Azərbaycan Teatr Xadimləri İttifaqının keçirdiyi Monotamaşalar Festivalında kukla teatrı sənətini layiqincə təqdim etdi. Say və peşəkarlıq baxımından qol-qanad açan truppa Azərbaycanda keçirilən festivallarla kifayətlənmədi, dağlar aşıb, dərələr keçib Türkiyə, Rusiya, Ukrayna, Estoniya, Gürcüstan ellərində keçirilən festivallarda məmləkətimizin uğurlu təmsilçilərindən biri oldu. Say və peşəkarlıq demişkən, teatrın repertuarında ümumilikdə bu vaxtadək 150 tamaşa oynanılıb və bunun böyük əksəriyyəti teatr Dövlət statusu alandan sonrakı mərhələyə təsadüf edir. Kollektivin üzvləri arasında "Əməkdar artist", "Əməkdar mədəniyyət işçisi" fəxri adlarına layiq görülən və Mədəniyyət Nazirliyinin Fəxri fərmanı ilə mükafatlandırılan sənətçilər var.
2000-ci illərin əvvəllərindən bəri qaxlı kuklaçıların səsi-sorağı Bakıda və ölkə xaricində keçirilən festivallardan gəlməyə başlayır, nüfuzlu mükafatlar qazanıb kukla sənətinin sanbalını artırmaq missiyasını layiqincə daşıyırlar - Bakıda keçirilən Uşaq tamaşaları festivalındakı yaddaqalan çıxışına görə festivalın Diplomunu qazanırlar, Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl Dərviş” nüfuzlu mükafatına layiq görülürlər, Türkiyənin İzmir şəhərində keçirilən VII Beynəlxalq Kukla və Kölgə Oyunları Festivalındakı çıxışlarına görə vətənə Qran-pri ilə qayıdırlar, Avropa miqyasına çıxıb Estoniyanın Villandi və Tallinn şəhərlərində keçirilən festivalların yaddaqalan iştirakçılarından biri olurlar. Kollektivin sənət sevgisi sayəsində Qax şəhəri Mədəniyyət Nazirliynin təşkilatçılığı ilə baş tutan II Respublika Kukla Teatrları Həftəsinin məkanına çevrilir, I və II Bakı Beynəlxalq Kukla Teatrları Festivalındakı iştirakı Diplomlarla fərqləndirilir, Rusiya Federasiyasının Həştərxan, Ukraynanın İvano-Frankovsk şəhərlərində keçirilən festivallarda kukla sənətinin təblğinə öz töhfəsini verir.
İkinci bahar
Payızın son ayının tən ortasında Qax Dövlət Kukla Teatrının 50 yaşını qutlamaq üçün Teatrın direktoru Seymur Vəliyevin dəvəti ilə qaxlı kuklaçıların qonağı olarkən bu sənət ocağının ikinci baharına qədəm qoyduğunu aydın gördük - teatrın binasının yaradıcı və texniki heyətin rahatlıq və həvəslə çalışması üçün, səhnə əsərlərini seyr etməyə gələn tamaşaçılar üçün yaradılan şərait və bütün bunların repertuarın zənginləşməsinə, tamaşaların keyfiyyətinə və oynanılma intensivliyinə müsbət təsiri...
Yubiley tamaşası kimi hazırlanıb təqdim edilən 2 pərdəli, 5 şəkilli "Biz mehriban ailəyik" (müəllif Osman Abdullayev, quruluşçu rejissor Əməkdar artist Yusif Abdurrahmanov, quruluşçu rəssam Mais Abdullayev, musiqi tərtibatçısı Nicat Fətəliyev) tamaşasının bəyanına qüvvət olaraq Qax Dövlət Kukla Teatrının kollektivinə ailə kimi tam, möhkəm, mehriban, teatr kimi daim yaradıcılıq axtarışlarında olub, bunun gözəl nəticələrini sənət hadisəsinə çevirib tamaşaçılarını sevindirməyi arzulayırıq.
Yazardan aid digər yazılar
- Qardaş, çamadanında nə aparırsan?
- (qəribə təbəssümlə) Unutmuşam.
- Bəs sən mənim nə apardığımı soruşmayacaqsan?
- Qardaş, bəs sən nə aparırsan çamadanında?
- (eyni anlaşılmaz əhvalla) Yadımda deyil...
("Y&uu...
Biri vardı, biri yoxdu, dağlar qoynunda bir ailə kimi yaşayan azərbaycanlılarla gürcülər vardı. Əsrin iki çərəyi öncə Qaxda məskunlaşmış gürcü, Tbilisi Teatr Texnikumunun məzunu, Azərbaycan-gürcü, gürc&u...
I. Bizim daxilimizdə teatr necə yaranır
Teatr insan qədər qədimdir. O, sanki insanın əkizidir. Onlar bir-birindən ayrılmazdırlar; bundan əlavə, cilddən-cildə girmək bütün canlılara xas olan cəhətdir. İnsan odu kəşf etdi, Dionis...
Azərbaycan Kinematoqrafçılar İttifaqının sifarişi ilə sənətşünas Samirə Behbudqızı kitabdan bir hissəni tərcümə edib. Bu hissədə S. Fildin baxışlarının əsasını təşkil edən “ssenarinin ideal paradiqması”, ü&...
On üç il sonra
(Davamı)
Mən Jak Desayi və Andre Brüno ilə bağlanmış ilk iki müqavilənin şərtlərini həyəcanla xatırlayıram. Biz yoldaşlarımızı sentyabrın ilk tarixlərində topladıq. Madlenlə mən əlbəttə ki, bir qədər təəcc&...
Builki Milli Teatr Günü ikiqat əlamətdar oldu. Martın 10-da Azərbaycan Teatr Xadimləri İttifaqında qurumun yaranmasının 125-ci ildönümü qeyd edildi. Eyni zamanda, əlamətdar yubiley münasibətilə ittifaqın nəzdində fəaliyy...
Onun yaradılması
(davamı)
Pyeslərin fasiləsiz növbələşməsi çoxsaylı texniki personal tələb edir. Əlbəttə, bu ucuz başa gəlmir, amma əvəzində yüksək peşəkarlıq səviyyəsini qoruyub-saxlamağa imkan verir. Maşinistlər, işıq&c...
Teatro. Az Samirə Behbudqızının rus dilindən tərcüməsində görkəmli fransız aktyor və rejissoru Jan-Lui Barronun “Teatr haqqında düşüncələr” əsərini dərc etməyə başlayır.
Özünü Antonen Artonu...