“Tamaşaçılar teatra yaxşı pyeslərin yaxşı quruluşda oynanılmasnı seyr etmək üçün gedirlər, pyesin özünü görməkdən ötrü yox; pyesi mütaliə də etmək olar”.
A.N.Ostrovski.
Teatr Xadimləri İttifaqının 125 illiyinə həsr olunmuş Milli Klassika Festivalında (10-16 dekabr 2022-ci il) Ağdam Dövlət Dram Teatrı "Ağakərim xan Ərdəbili" (müəllif Nəcəf bəy Vəzirov, rejissor Kərim Həsənov), Akademik Opera və Balet Teatrı "Min bir gecə" (müəllif Fikrət Əmirov, quruluşçu baletmeystr Nailə Nəzirova), Qax Dövlət Kukla Teatrı "O olmasın, bu olsun" (müəllif Üzeyir Hacıbəyli, rejissor Yusif Abdurrahmanov), Qusar Dövlət Ləzgi Dram Teatrı "Hicran" (müəllif Sabit Rəhman, rejissor Bağır Əhmədov), Gəncə Dövlət Kukla Teatrı "Xeyir və Şər" (müəllif Nizami Gəncəvi, rejissor Fərmail Paşayev), Füzuli Dövlət Dram Teatrı "Yağışdan çıxdıq, yağmura düşdük" (müəllif Nəcəf bəy Vəzirov, rejissor Asif Şirinov), A.Şaiq adına Dövlət Kukla Teatrı Azərcaycan xalq nağılı əsasında "Məlikməmməd" (rejissor Anar Məmmədov), müsabiqədənkənar proqramda Lənkəran Dövlət Dram Teatrı "Casus" (müəllif Kamal Abdulla, rejissor Anar Babalı), ADMİU-nun III kurs tələbələri M.F.Axundzadənin əsərləri əsasında "Şeytan müsafirləri" (kurs rəhbəri Yaqut Paşazadə), ADMİU-nun III kurs tələbələri S.S.Axundovun "Tamahkar" (kurs rəhbəri Məmmədsəfa Qasımov), Sumqayıt Dövlət Dram Teatrı "Hacı Qara" (müəllif M.F.Axundzadə, rejissor Firudin Məhərrəmov), Şuşa Dövlət Musiqili Dram Teatrı "Ana" (müəllif Hüseyn Cavid, rejissor Loğman Kərimov), Gəncə Dövlət Dram Teatrı "Ana"(müəllif Hüseyn Cavid, rejissor Elşad Əhmədli) tamaşalarını təqdim etdilər.
Festivalın 3-cü günü təqdim edilən Füzuli Dövlət Dram Teatrının "Yağışdan çıxdıq yağmura düşdük" tamaşasında əsas personaj olan Hacı Qənbəri ifa edən aktyor (Qaçaq Qarayev) yalnız tamaşanın əvvəlində milli teatr sənətimizin "beşiyi başında" dayananlardan biri olan Nəcəf bəy Vəzirovun təklif etdiyi vəziyyəti canlandırmağın öhdəsindən gələ bildi. Aktyorun sonrakı səhnələrdəki ifası orijinallıqdan uzaq idi. Cəbi rolunda çıxış edən aktyor (Asif Şirinov) isə inandırıcılığını sonadək saxladı.
“Hacı Qara”, yoxsa “Bir dəfə Qarabağda”?...
Sumqayıt Dövlət Dram Teatrının festivalda təqdim etdiyi M.F.Axundzadənin "Hacı Qara" komediyasının növbəti səhnə həlli eyniadlı əsərin motivləri əsasında hazırlanmış tamaşa təəssüratı doğurdu. Buna görə tamaşanı (quruluşçu rejissor Azərbaycan Respublikasının Xalq artisti Firudin Məhərrəmov) seyr etdikcə "Hacı Qara" deyil, "Bir dəfə Qarabağda" adının uyğunluğu fikri möhkəmləndi. Çünki Sumqayıt teatrının tamaşasında Hacı Qara bir personaj və ya xəsis tacir xarakterinin bariz təcəssümlərindən, ümumiləşdirilmiş obrazlarından biri kimi arxa planda qalmışdı. Tamaşanın musiqi həllində "Evləri köndələn yar" kimi populyar televiziya tamaşasının hər kəsin tanıyıb-bildiyi musiqisinin istifadə edilməsini anlamaq isə ümumiyyətlə mümkün deyil.
Bu qeydlərlə bərabər o da vurğulanmalıdır ki, tamaşa hadisələrin baş verdiyi məkanın və zamanın ab-havasını canlandırmaq xüsusiyyəti, aktyorların obrazlarını təbii boyalarla təqdim etmək bacarığı, başqa sözlə, rejissor işinin ustalığı, peşəkarlığı tamaşaçının diqqətini özündə saxlayır. Belə bir təzadlı təəssüratlı səhnə əsəri...
Dramaturq Ramiz Fətəliyev, rejissor Bəhram Osmanov, aktyorlar Hacı İsmayılov, Məmməd Verdiyev, Azad Şükürov və teatrşünaslar Aida Qafarova, Dağlar Yusifovdan ibarət münsiflər heyətinin qərarı ilə balet sənətimizin “incisi” olan “Min bir gecə” baleti “Ən yaxşı tamaşa” nominasiyasının qalibi seçildi. Digər nominasiyaların qalibləri aşağıdakı kimi müəyyənləşdi:
“Ən yaxşı kukla tamaşası” nominasiyası üzrə “Məlikməmməd”, “Ən yaxşı aktyor oyunu” nominasiyası üzrə “Ağakərim xan Ərdəbili” tamaşasındakı Ağakərim xan Ərdəbili obrazına görə Kərim Həsənov, “Milli klassik poeziyanın səhnə həlli” nominasiyası üzrə “Xeyir və Şər”, “II dərəcəli rolun uğurlu ifası” nominasiyası üzrə “Yağışdan çıxdıq, yağmura düşdük” tamaşasındakı Cəbi obrazına görə Azərbaycan Respublikasının Əməkdar artisti Asif Şirinov, “Milli klassik dramaturgiyada yeni forma axtarışları” nominasiyası üzrə “Şeytan müsafirləri” tamaşası, “Uğurlu plastik həll” nominasiyası - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Tamahkar” (S.S.Axundov) tamaşası qalib seçildilər. Münsiflər heyətinin xüsusi diplomları ilə “Hacı Qara”, hər iki “Ana” səhnə əsəri, “O olmasın, bu olsun”, “Hicran” tamaşaları, münsiflər heyətinin Təşəkkürnaməsi ilə “Casus” tamaşası mükafatlandırıldı.
K.S.Stanislavskinin dediyi kimi, “biz teatrda teatrallığı sevmirik, səhnədə səhnəyə uyğunluğu isə yüksək qiymətləndiririk, bu isə çox böyük fərqdir”. Ötən payızın hər iki teatr festivalının nəticələri məqaləni bu iqtibas-qənaətlə tamamlamağa imkan verdi.
Samirə Behbudqızı
“Mədəniyyət/Culture”
Noyabr-dekabr (346) 2022
Yazardan aid digər yazılar
Nə qədər "biz teatral xalq deyilik" desək də, deyəsən, əlahəzrət teatr Azərbaycanpərvər olduğunu hər dəfə yeni bir şəkildə sübut edir. Müşahidə və təhlillər o qənaətə əsas verir ki, teatr sənətimizdə davamlı yaradıcılıq axtar...
Gürcü yazıçısı, ssenariçisi və kinorejissoru Qoderdzi Çoxeli (1964-2007) "Küknarlara məktub" ibrətamiz hekayəsini, və ya pritçasını 1980-ci ildə qələmə alıb. 1986-cı ildə isə özü bu hekay...
Bu və ya digər personajın mükəmməl şəkildə canlandırılması artistin öz sənətinə, əsərin müəllif(lər)inə ən böyük sevgi və ehtiramının ifadəsidir. Xüsusən əgər söhbət Məhmənəbanu kimi mürəkkəb xarakterə, təzadlı...
"В смутное сие время, по казацким дворам шатался неизвестный бродяга, нанимаясь то к одному, то к другому хозяину и принимаясь за всякое ремесло".
Из история пугачёвского бунта. 8 глав. Глава вторая.
"Сей исторический отрывок...
Людям, небезразличным к театральному искусству всегда интересно узнать, как протекает театральная жизнь в других странах. И особенно в такой театральной стране, как Россия. Недавно нашу столицу посетила российский театровед, доктор искусствоведения, ...
“Tamaşaçılar teatra yaxşı pyeslərin yaxşı quruluşda oynanılmasnı seyr etmək üçün gedirlər, pyesin özünü görməkdən ötrü yox; pyesi mütaliə də etmək olar”.
A.N.Ostrovski.
...
II "4.4" Qısa Tamaşalar Festivalı
“Tamaşaçılar teatra yaxşı pyeslərin yaxşı quruluşda oynanılmasnı seyr etmək üçün gedirlər, pyesin özünü görməkdən ötrü yox; pyesi mütaliə ...
- Qardaş, çamadanında nə aparırsan?
- (qəribə təbəssümlə) Unutmuşam.
- Bəs sən mənim nə apardığımı soruşmayacaqsan?
- Qardaş, bəs sən nə aparırsan çamadanında?
- (eyni anlaşılmaz əhvalla) Yadımda deyil...
("Y&uu...
Biri vardı, biri yoxdu, dağlar qoynunda bir ailə kimi yaşayan azərbaycanlılarla gürcülər vardı. Əsrin iki çərəyi öncə Qaxda məskunlaşmış gürcü, Tbilisi Teatr Texnikumunun məzunu, Azərbaycan-gürcü, gürc&u...
I. Bizim daxilimizdə teatr necə yaranır
Teatr insan qədər qədimdir. O, sanki insanın əkizidir. Onlar bir-birindən ayrılmazdırlar; bundan əlavə, cilddən-cildə girmək bütün canlılara xas olan cəhətdir. İnsan odu kəşf etdi, Dionis...