Ədəbiyyatımızın lirik-romantik cərəyanının ustadı Hüseyn Cavidin “İblis" fəlsəfi faciəsi uzun illərdən sonra yenidən ölkənin əsas teatrının səhnəsinə gəldi. Cəsarətli cəhd olaraq. Mehdi Məmmədovun quruluş verdiyi "İblis"i televiziya ekranından, videoyazı halında izləmişəm. Teatr tamaşalarının videoyazısı ayrı bir bacarıq tələb edən işdir. Bu səbəbdən əksər teatr tamaşalarının televiziya versiyaları o tamaşaların təsir gücünü, tamaşaçıya məna, məzmun enerjisi ötürmək keyfiyyətini ya xeyli azaldır, ya da tamamilə heçə endirir. Söhbət təbii ki, bizim teleməkanın son illər təklif etdiyi teatr tamaşalarının videoyazı versiyalarından gedir.
Lakin keçən əsrin 80-ci illərinin teatr tamaşalarının videoyazıları haqqında "tamaşanın orijinal halına xələl gətirib” kimi qeydlər etməyə hər hansı səbəb tapmaq ya mümkün deyil, ya da belə səbəblər çox azdır (qəribədir, texniki imkanlar inkişaf etdikcə yaradıcı imkanlar niyə sönükləşir, görəsən?...). Buna görə də Mehdi Məmmədovun "İblis"ini əvvəldən sonadək izləmiş hər bir teatralın yaddaşında, təəssürat saxlancında səhnə əsərinin bütün ovqatı, mizanları, dekorasiyası, əlbisələri və ən əsası dialoqları, replikaları, aktyorların oyun tərzi, canlandırdıqları obrazları duymaq bacarıqları ömürlük canlı olaraq qalmaqdadır.
Həmin əsərlərin bir neçə il sonrakı quruluşlarını teatr səhnəsində seyr edərkən köhnə quruluşun nə vaxtsa baxdığın videoyazısının cizgiləri gözlərinin qarşısında canlanırsa, yeni quruluş o cizgiləri arxa plana keçirməyin öhdəsindən gələ bilmirsə, bir teatr tamaşası üçün bundan dəqiq səciyyə, bundan ətraflı təhlil, bundan dolğun təəssürat və bundan aydın düşüncələr məcmuyu ola bilməz.
Arifin "arif(siz)liyi"
Dünya durduqca bəşəriyyəti düşündürən, amma təəssüf ki, bəd əməllərdən daşındırmayan sual-mətləb: cümlə-xəyanətlərə bais olan İblismidir, yainki hər kəsə xain olan insanmıdır? (Hüseyn Cavid əlbəttə ki, belə yazıb: “İblis nədir? Cümlə-xəyanətlərə bais. Ya hər kəsə xain olan insan nədir? İblis”). Məhz “nədir?” sualı qoyulur, “kimdir?” yox.
Sopenhauerdə oxuyuruq ki, insandan başqa heç bir varlıq öz mövcudluğuna təəccüb və heyrətlə yanaşmır. Hüseyn Cavid qələmə aldığı faciənin baş qəhrəmanının adını Arif qoyub. Bilirik ki, ədiblər qəhrəmanlarına ad seçərkən o adın məsuliyyətini də onlara vermiş olurlar.
Əsər müəllifinin mətləblərə yanaşma prinsiplərindən, həyat həqiqətlərini, dünyanın varolma düzənini sırf özünün dərketmə süzgəcindən keçirmək, fərdi baxış bucağı altında baxmaq xüsusiyyətlərindən asılı olaraq adların mənası ilə həmin adı daşıyan personajın süjetin gedişatındakı davranışı və finaldakı, epiloqdakı vəziyyəti bir-birilə birmənalı, yekrəng səkildə çulgaşır. Amma elə də olur ki, əsər muəllifi qəhrəmanına ad seçərkən incə istehza dalğasına koklənir, yaxud məsuliyyəti tamamilə ad sahibinin öhdəsinə buraxır.
Hüseyn Cavid qəhrəmanını Arif deyə adlandırıb. Və adın məsuliyyətini tamamilə onun öz öhdəsinə buraxıb. O isə bu güvəni doğrultmayaraq bütün şüurlu həyatını şəkk-şubhə, yanlış qənaətlər, səhv addımlar və hətta qətl dolanbaclarında sürərək lənətlənmiş heçliyə yuvarlanır.
Baş rolda Hüseyn Cavid oldu
Huseyn Cavid Mehriban Ələkbərzadənin ən sevimli müəlliflərindən biridir. Akademik Milli Dram Teatrının baş rejissorunun teatrın səhnəsində qoyduğu "İblis və..." tamaşasının əsas qəhrəmanı, ön plandaki obrazı, baş rolunun ifaçısı kimi Hüseyn Cavid bir sair-mutəfəkkir, bir filosof olaraq poetik kəlamı, lirik-romantik sözü ilə çıxış etdi. Onun fikir, düşüncə "yelkənləri" tamaşaçını alıb açıq dənizə çıxardı, zəkası, həyatı, dünyanı, insanları duyma, qavrama xüsusiyyətləri göründü, duyuldu, eşidildi və dinlənildi. İblisin alovu da bu söz təntənəsini pozub meydan sulaya bilmədi.
P.S. Hüseyn Cavid ədəbiyyatımızda maraqlı, parlaq qadın obrazlarının yaradıcısı kimi ayrıca bir əhəmiyyət kəsb edən azsaylı ədiblərimizdən biridir. Rejissorlarımıza bu cəhətə diqqət ayırmaq arzusu ilə...
Mənbə: “Ədəbiyyat” qəzeti
Müəllifin digər yazıları
Feyerbax kimdir?
"...Çox qısa zamanda aydın olur ki, o, yamsılamanın ustasıdır: duruşunu qəfil dəyişərək bircə hərəkətlə hansısa müəyyən bir şəxsiyyəti canlandırmaq bacarığına malikdir. Lakin onun bu aradabir cəsarətli təkəbbü...
Ədəbiyyatımızın lirik-romantik cərəyanının ustadı Hüseyn Cavidin “İblis" fəlsəfi faciəsi uzun illərdən sonra yenidən ölkənin əsas teatrının səhnəsinə gəldi. Cəsarətli cəhd olaraq. Mehdi Məmmədovun quruluş verdiyi "İblis"...
"Toros canavarı" Əziz Nesinin klassik dramaturgiyanın qanun-qaydalarına riayət edərək qələmə aldığı az sayda pyeslərindən biridir. Süjetin əsas qayəsi özü-özlüyündə haqqı çatdığı adicə dolanışığa nail ol...
Yeri gəlmişkən, vaxtilə Dövlət Pantomima Teatrının ilkin adı "Dəli yığıncağı" Pantomima teatr-studiyası idi. Beləliklə, pantomimmçilər 30-cu mövsümü yenilənmiş, bərpa edilmiş tamaşa ilə başa vurdular – 2011-...
Ədəbiyyat tarixində krallardan, şahlardan bəhs edən bir çoxəsərlər var, hakimi-mutləqlərin həyatı, taleyi, həyat fəlsəfəsiməhəbbət mövzusundan sonra ...
Gəlin, unutmayaq ki, Toyğun Orbayın əsas peşəsi və məşğuliyyəti beyin cərrahlığıdır. (“21:15 qatarı” pyesinin Birinci Kişi obrazı: “Azadlığımız ətrafımızdakı şəraitlə bağlı deyil, (əli ilə başını göstərib) bununla, daha doğrusu...
Tamaşa boyunca həm əsərin müəllifinin dəsti-xəttinin, təhkiyəsinin, həm quruluşçu rejissorun əsərə yanaşma üslubunun, həm də aktyor heyətinin personajlarını canlandırmaq bacarıqlarının aydın görünüb-duyuldugu bir tərz,...
Şəhər nəsri
Anar şəhər nəsrinin, konkret olaraq, Bakı və bakılılar, şəhərlilər, paytaxt sakinləri prozasının ən usta qələm sahiblərindən biridir. Bu nəsrdə Bakı və bakılıların, yaxud şəhərlilərin, paytaxt sakinlərinin vəsfi, tərənnümü, v...
Nə qədər "biz teatral xalq deyilik" desək də, deyəsən, əlahəzrət teatr Azərbaycanpərvər olduğunu hər dəfə yeni bir şəkildə sübut edir. Müşahidə və təhlillər o qənaətə əsas verir ki, teatr sənətimizdə davamlı yaradıcılıq axtar...
Gürcü yazıçısı, ssenariçisi və kinorejissoru Qoderdzi Çoxeli (1964-2007) "Küknarlara məktub" ibrətamiz hekayəsini, və ya pritçasını 1980-ci ildə qələmə alıb. 1986-cı ildə isə özü bu hekay...