Ədəbiyyat tarixində krallardan, şahlardan bəhs edən bir çoxəsərlər var, hakimi-mutləqlərin həyatı, taleyi, həyat fəlsəfəsiməhəbbət mövzusundan sonra ədibləri ən çox maraqlandıranmövzu olub tarix boyunca. Bu mövzuda qələmə alınmış nəzmvə nəsr əsərlərinin əksəriyyəti rejissorların da daim diqqətində olduğu üçün geniş kütlə müxtəlif dövr və məmləkətlərin iqtidar sahiblərinin ən azı adları ilə kifayət qədər yaxşı tanışdır. Bədii söz yaradıcılığının absurdizm, dadaizm deyilən cərəyanlarında əsər yaradan qələm sahiblərinin daha çox üz tutduqları mətləblərin mərkəzində də məhz imperatorlar, şahlar, krallar dayanır - tamamilə anlaşılandır, təbiidir məntiqlidir; bir ölkəni, bir xalqı idarə etmək kimi çətin vəməsuliyyətli işdə absurddan sığortalanmaq elə də asan deyil.
Bu və ya digər dilin quruluşunu dağıtmadan oxunaqlı, esidimli,.təfəkkür yeniləyib təxəyyül zənginləşdirən söz oyunuqura bilən, verbal ekvilibr yaradan sürrealist, absurdist, dadaistədəbiyyat yaradıcıları və bu ədəbiyyatı dilləndirib canlandıranrejissorlar təzadlar teatrı yaxud antiteatr qurucuları nitq və təsvirallüziyalarndan, assosiasiyalarından istifadə edərək özlərinə, oxuculara və tamasaçılara yozum sərbəstliyi, qavrama azadlığıverirlər. Məsələn, Kral I Beranje: "Niyə siz hamınız mənə belə baxırsınız? Məgər nəsə qaydasında deyil? Heç bir qeyri-normallıq ola bilməz, çünki bütün qeyri-normallıqlar artıq çoxdan adiləşib")
Gəncə teatrını dünyaya tanıdan Birinci Beranje
Növbəti dəfə belə bir imkan Gəncə Dövlət Milli Dram Teatrınınsəhnəsində baş tutdu. "Yuğ" Dövlət Teatrının və S.Vurğunadına Dövlət Akademik Rus Dram Teatrının rejissoru TuralMustafayevin Gəncə truppasının istirakilə quruluş verdiyi "Kralölür" tamaşasında bir teatr səhnəsi üçün qurulmuş oyunun(absurd dram əsərinin tamaşasının təhlilində "oyun" təyini dahaartıq uzvilik qazanır) səhnə əsəri statusuna kimi yüksəlməsiüçün bir çox amillər var. Gəncə Dövlət Milli Dram Teatrınınözünü surrealizm cərəyanından daha çox dadaizm cərəyanınınnümayəndəsi sayan rumın-fransız dramaturqu Ejen İoneskonun1962-ci ildə qələmə aldığı "Kral ölür" pyesi əsasında təqdimetdiyi eyniadlı tamaşasının diqqətçəkən məziyyəti əhvalatın ab-havasının ilk dəqiqələrdən hiss olunub sonadək qüvvədəqalmasıdır. Hər hansı vizual əsərin uğur qazanmasından ötrü buson dərəcə vacib amildir. Təəssüf ki, son illərdə istər yerli, istərsə də digər ölkələrin tamaşa və filmlərində bu, axtardığımız, lakin tapmadığımız cəhətə çevrilib. Oynanılan, təsvir edilən əhvalatın, halın, vəziyyətin ab-havasını bərqərar edən nədir? Əlbəttə ki, rejissorla aktyor heyətinin anlaşma dərəcəsi. Bu dərəcə optimaldırsa, aktyorlar səhnədə mizanlara robotdsayağı riayət edib personajlarının sözlərini deklamasiya etmirlər, hər bir aktyor hər bir personajın ən yaxşı mənada cildinə girir, əsər tarixi əsərdirsə, əlbisələr aktyorların əyninə nəinki fizioloji ölçülər baxımından, ən əsası obrazın dilini, xarakterini, danışığını, yerişini dəqiq tapmaq bacarığına koklənərək düzgün biçilir. Bütün bunlar isə yaradıcı prosesə məsuliyyət və səliqə ilə yanaşmadan başlayır. Vurğulamağa ehtiyac yoxdur ki, məsuliyyətli və səliqəli yanaşma istənilən işdə çox əhəmiyyətlidir. Gəncə Dövlət Dram Teatrının "Kral ölür" tamaşasında quruluşçu rejissorla aktyor heyətinin anlaşma dərəcəsi, məsuliyyət hissi, səliqə keyfiyyəti bütün tamaşa boyunca tamaşaçının ilkin təəssüratına sadiq qalır.
Təbii ki, hər bir zövqlü səhnə əsərində olduğu kimi burda da kontekstə xidmət edən, ideyanı açan əlavələr və dəyişikliklər var. Məsələn, ədəbi mətndə kraliça Marqarita ilə kraliça Mariya ikisi də fərqli çalarlı qırmızı libasdadırlar, Tural Mustafayevin quruluşunda isə kraliça Marqarita qara libasdadır, kəməri isə çoxlu sayda kiçicik skelet kəllə fiqurları ilə, belə demək mümkünsə, bəzədilib. Bu libas kraliça Marqaritanın kral Birinci Beranjenin həyatında və deməli süjetdə tutduğu yeri aydın ifadə edir (Beranje Marqaritaya işarə edərək: “...O həmişə mənim ölümümü arzulayıb...”).
Müasir tamaşaçıya hesablanmış və həm də əsərin ruhunu saxlayan əlavə Qarovulçunun qulaqcıq taxaraq musiqi dinləməsidir. Qarovulçu demişkən, kralın son anlarında o hökmdarının, komandirinin dünya mədəniyyətinin yaradıcısı olmasına aid çoxlu sadalamalar edir. Şekspir təxəllüsü ilə əsərlər yazdığını deyəndən sonra Doktor “dayan, dayan, Gəncə teatrını da o yaradıb?” sualından ibarət əlavə replika atır. Bundan sonrakı səhnələrin birində kraliça Marqarita kral Beranjeni ölümə hazırlayarkən süngəri ləyəndəki suda isladıb onun əlini-qolunu yuyub-təmizləyir və Gəncə ləhcəsində deyir: “Bir az da döz, bir azdan yüngülləşəcən, yaxşılaşacan...”. Bu mental leksikon da çoxsözlü farsda öz məntiqli yerini tutur.
Personajların xarici görkəmi mövzusunu davam etdirərək o da qeyd edilməlidir ki, Gəncə teatrının tamaşasında kraldan başqa bütün personajların üzü mimsayağı ag rəngdə qrimlənib. Bunu Beranjenin özünü digər insanlardan ifrat dərəcədə fərqləndirməsi, üstün tutması kimi dağıdıci, məhvedici xasiyyətinə işarə kimi nəzərdən keçirmək olar.
Mənbə: "Ədəbiyyat" qəzeti
Müəllifin digər yazıları
Feyerbax kimdir?
"...Çox qısa zamanda aydın olur ki, o, yamsılamanın ustasıdır: duruşunu qəfil dəyişərək bircə hərəkətlə hansısa müəyyən bir şəxsiyyəti canlandırmaq bacarığına malikdir. Lakin onun bu aradabir cəsarətli təkəbbü...
Ədəbiyyatımızın lirik-romantik cərəyanının ustadı Hüseyn Cavidin “İblis" fəlsəfi faciəsi uzun illərdən sonra yenidən ölkənin əsas teatrının səhnəsinə gəldi. Cəsarətli cəhd olaraq. Mehdi Məmmədovun quruluş verdiyi "İblis"...
"Toros canavarı" Əziz Nesinin klassik dramaturgiyanın qanun-qaydalarına riayət edərək qələmə aldığı az sayda pyeslərindən biridir. Süjetin əsas qayəsi özü-özlüyündə haqqı çatdığı adicə dolanışığa nail ol...
Yeri gəlmişkən, vaxtilə Dövlət Pantomima Teatrının ilkin adı "Dəli yığıncağı" Pantomima teatr-studiyası idi. Beləliklə, pantomimmçilər 30-cu mövsümü yenilənmiş, bərpa edilmiş tamaşa ilə başa vurdular – 2011-...
Ədəbiyyat tarixində krallardan, şahlardan bəhs edən bir çoxəsərlər var, hakimi-mutləqlərin həyatı, taleyi, həyat fəlsəfəsiməhəbbət mövzusundan sonra ...
Gəlin, unutmayaq ki, Toyğun Orbayın əsas peşəsi və məşğuliyyəti beyin cərrahlığıdır. (“21:15 qatarı” pyesinin Birinci Kişi obrazı: “Azadlığımız ətrafımızdakı şəraitlə bağlı deyil, (əli ilə başını göstərib) bununla, daha doğrusu...
Tamaşa boyunca həm əsərin müəllifinin dəsti-xəttinin, təhkiyəsinin, həm quruluşçu rejissorun əsərə yanaşma üslubunun, həm də aktyor heyətinin personajlarını canlandırmaq bacarıqlarının aydın görünüb-duyuldugu bir tərz,...
Şəhər nəsri
Anar şəhər nəsrinin, konkret olaraq, Bakı və bakılılar, şəhərlilər, paytaxt sakinləri prozasının ən usta qələm sahiblərindən biridir. Bu nəsrdə Bakı və bakılıların, yaxud şəhərlilərin, paytaxt sakinlərinin vəsfi, tərənnümü, v...
Nə qədər "biz teatral xalq deyilik" desək də, deyəsən, əlahəzrət teatr Azərbaycanpərvər olduğunu hər dəfə yeni bir şəkildə sübut edir. Müşahidə və təhlillər o qənaətə əsas verir ki, teatr sənətimizdə davamlı yaradıcılıq axtar...
Gürcü yazıçısı, ssenariçisi və kinorejissoru Qoderdzi Çoxeli (1964-2007) "Küknarlara məktub" ibrətamiz hekayəsini, və ya pritçasını 1980-ci ildə qələmə alıb. 1986-cı ildə isə özü bu hekay...