TEATRO

TEATRO

sənət portalı

post-title

Samirə Behbudqızı - Bol sözlü və bol mimikalı "Dəli Domrul"

Yeri gəlmişkən, vaxtilə Dövlət Pantomima Teatrının ilkin adı "Dəli yığıncağı" Pantomima teatr-studiyası idi. Beləliklə, pantomimmçilər 30-cu mövsümü yenilənmiş, bərpa edilmiş tamaşa ilə başa vurdular – 2011-ci ildə quruluş verdikləri “Kitabi-Dədə Qorqud” dastanının besinci “Duxa qoca oğlu Dəli Domrul” boyunun səhnə versiyası olan “Dəli Domrul”la. Tamaşa (quruluşçu rejissorlar Bəxtiyar Xanızadə və Nargilə Qəribova, plastik həll üzrə rejissor Bəxtiyar Xanızadə) məzhəkə-parodiya tərzində qurulub. Təkcə onu demək kifayətdir ki, Dədə Qorqud obrazı (Əli Əlizadə) kağızdan düzəldilmiş saçaq-saqqallı, gözü eynəkli, əlində qopuz əvəzinə davul olaraq tamaşa boyunca boy qəhrəmanları ilə zarafatlaşa-zarafatlaşa nağılçı missiyasını yerinə yetirdi.    

Lal dekorasiya

Bəri başdan qeyd olunmalıdır ki, səhnəni iki hissəyə ayıran dekorasiya (tamaşanın rəssamı Sənubər Səmədovadır) tamamilə gərəksiz təsir bağışladı; yəqin ki, ikitaylı qapı şəklində olan diyircəkli dekorasiyanın guya hər bir səhnəyə uyğun rəsmlərinin künclərinə venzel-monoqram naxısları çəkilmiş (halbuki bu ornamentin “Kitab-Dədə Qorqud” dastanı ilə heç bir uyğunluğu yoxdur)  albom vərəqi kimi çevrilərək növbələşməsi *Dədə Qorqud" eposuna, dastanın boylarının ruhuna uyğun və ən əsası peşəkar şəkildə islənsəydi gərəksizlik təsiri dogurmazdi. Təqdim edilən versiyada isə bu diyircəkli, ikitaylı qapısı olan, hər səhnədə acılıb-qapanan, donmuş mimlər, yaxud daşlaşmış "Dədə Qorqud" dastanı personajları effektini (oxu: effektsizliyini).yaradan arakəsmənin yerinə qaranlıq və işıqlı səhnə əvəzləmələri effektinin tətbiqindən tam dolgunluqla istifadə edib arzuolunan, məqsədəuyğun, məzmunlu görüntüyə nail olmaq mümkün idi. İndiki halda isə  səhnədəki ikitayli qapı dekorasiyası bədii materialın, tamaşanın kontekstini ifadə etməkdən, yaxud ayrıca olaraq müstəqil rəsm işi marağı dogurmaqdan çox uzaqdır; tamaşa boyunca bu qapı dəfələrlə acılıb-baglansa da, "Dəli Domrul" boyunu anladan hər hansı mətləb, məzmun, məğz yükü daşımadı. Lal dekorasiya olaraq qaldı...

İntibah dövrünün söz abidəsi

Təbii ki, türkdilli xalqların İntibah dövrünün düşüncə, zövq məhsulu, qənaət, nəticə təzahürü olan "Kitabi-Dədə Qorqud" dastanının boylarının fikri ifadə etmək rəngi, avazı, ovqatı fərqlidir. Bu rəngdə, avazda, ovqatda universal və həm də fərdi bir ruh var - yəqin ki, bu, eposun ayrı-ayrı, amma həm də ümumi kökənli  boylardan, əhvalatlardan, talelərdən ibarət olmasındandır. Biz hər dəfə bu dastanın boylarını mütaliə edəndə,.hər hansı təfsiri, təhlili, təsviri, quruluşu, yozumu, interpretasiyası ilə tanış olanda orda, yüzillikləri adlayıb gəlib bu günümüzə çatmış bu rəvayətlərdə mütləq özümüzü görürük, amma həm də uzaq qərinələrdən boylanan boy qəhrəmanları ilə tanış oluruq - bu iki təəssürat paralel baş verir. 

Yumorlu, şirin istehzalı ciddi mətləb 

Bu dəfə də belə oldu. Pantomimçilər Dəli Domrulun uzaqlığını yaxın, yaxınlığını uzaq edə bildilər (bunda hər kəsə tanış müasir musiqi parçaları da öz rolunu oynadı) - Nurlan Rüstəmovun təqdimatında Duxa qoca oğlu Dəli Domrul  çox balanslaşdırılmış şəkildə həm zarafat, yumor, şirin istehza ovqatli, həm də digər xalqların xalq yaradıcılığında, məsələn, hind mifologiyasına aid “Mahabharata” dastanında bu və ya digər dərəcədə analoqu olan  mifik qəhrəman kimi canlandı, insan həyatı, dünyanın gərdişi ilə bağlı ciddi mətləbləri çatdırdı. Biz Dəli Domrulun həm tamaşa personajı, aktyor olduğunun, həm də eposun vərəqələrindən qopub XXİ əsrin tamaşaçısı ilə görüşə gələn gerçək obraz kimi gördük. Və yaxud Əzrayıl obrazında çıxış edən Elnur İsmayılov gözəl yumor hissinə malik, eyni zamanda vahimələndirməyi bacaran, mimika ilə personajının xarakterini açan bir Əzrayıl surətini canlandırdı

Pantomim Teatrının bir çox digər tamaşaları kimi "Dəli Domrul" da süjetin, personajların daxilindən zala baxışla, oyunla başlamır, dastanın məzmununu ifadə edən obrazların özünə aktyorların kənardan baxışı - karnavalsayağı təqdimatı ilə başlanır. Və yalnız bundan sonra Dəli Domrulun başına gələnlər nəql olunur. Bu nəqletmədə boyun sözləri, personajların ifadələri aktyorlar tərəfindən söylənib qurtaran anlardakı səssiz kino effekti klassik pantomim teatrı ənənələri ilə həmahəng bir şəbəkə yaradır.

Mənbə:“Ədəbiyyat” qəzeti

Load Time (S) : 0.000321