Dünyada bütün teatr sənətçi dostlarıma,
Bu mesajı sizə Ümumdünya Teatr Günündə yazıram və sizinlə danışdığım üçün özümü hədsiz xoşbəxt hiss etsəm də, bizim – teatr və qeyri-teatr sənətçilərinin – məruz qaldığımız basqı altında varlığımın hər bir zərrəsi tir-tir titrəyir; hamımız bizi əzən təzyiqlərin və dünyanın bugünkü vəziyyətinin gətirdiyi ziddiyyətli hisslərin ağırlığı altındayıq. Yalnız maddi deyil, həm də mənəvi dünyamıza və psixoloji rahatlığımıza dağıdıcı zərbə vuran qeyri-sabitlik, bu gün dünyamızın yaşadığı münaqişələr, müharibələr və təbii fəlakətlərin birbaşa nəticəsidir.
Bu gün sizinlə danışarkən bütün dünyanın təcrid olunmuş adalara və ya dumanlı üfüqdə xilas olmağa çalışan gəmilərə bənzədiyini hiss edirəm. Onların hər biri yelkənlərini açaraq kor-koranə üzürlər, istiqamət tapmaq üçün üfüqdə heç nə görmürlər və buna baxmayaraq, təlatümlü dənizin ortasında uzun sürən səfərdən sonra sakit limana çatmaq ümidi ilə üzməyə davam edirlər.
Bizim dünya nə indiki qədər bir-biri ilə sıx bağlanmış, nə də eyni zamanda indiki qədər ahəngsiz və bir-birindən uzaq olmamışdır. Çağdaş dünyamızın qarşımıza çıxardığı dramatik paradoks da bundan yaranır. Coğrafi sərhədlərin yaratdığı maneələri qıran xəbər dövriyyəsi və müasir kommunikasiyalarda yaxınlaşmanın şahidi olduğumuza baxmayaraq, dünyanın üzləşdiyi münaqişələr və gərginliklər məntiqi qavrayış limitini aşıb və bu bariz yaxınlaşma arasında bizi ən sadə formada insanlığın əsl mahiyyətindən uzaqlaşdıran əsaslı bir ayrılıq yaradıb.
Teatr mahiyyət etibarilə insanlığın, həyatın özündən qaynaqlanan tamamilə insani bir aktdır. Görkəmli islahatçı Konstantin Stanislavskinin dediyi kimi: “Teatra heç vaxt ayağı palçıqlı girməyin. Üstünüzdəki bütün toz və kiri elə girişdə çırpın. Xırda narahatlıqlarınızı, çəkişmələrinizi, həyatınızı məhv edən və diqqətinizi sənətinizdən yayındıran hər şeyi paltarlarınızla birlikdə kandarda qoyun”. Biz səhnəyə qalxanda yalnız bir insan varlığına məxsus həyatı daxilimizdə ora gətiririk, lakin bu həyatın bölünüb çoxalaraq, bir-neçə ömürə çevirilmək kimi güclü bacarığı da var və biz bu dünya ilə paylaşıraq ona yeni nəfəs veririk, çiçəkləndiririk, ətrini başqalarına yayırıq.
Bizim – dramaturq, rejissor, aktyor, ssenarist, şair, musiqiçi, xoreoqraf və texniki işçilər - heç bir istisna olmadan, teatr aləmində gördüyümüz iş səhnədə öncə mövcud olmayan bir həyatı yaratmaqdır. Bu həyat onu tutan qayğıkeş ələ, onu qucaqlayan sevgi dolu sinəyə, ona rəğbət bəsləyən mehriban ürəyə, onu davam etdirmək və yaşaması üçün lazımi əsasları təmin edən sağlam şüura layiqdir.
Bizim səhnədə etdiyimizin həyatın özü olduğunu, onun qaranlıqda parlayan, gecənin qaranlığını işıqlandıran və soyuğunu isidən alov kimi heçlikdən yaranmağını deyəndə heç də şişirtmirəm. Həyata əzəməti verən bizik. Onu təcəssüm etdirən bizik... Onu canlı və mənalı edən də bizik. Və bunu anlamaq üçün əsasları da təmin edən bizik. Cahilliyin və hər cür radikallığın zülməti ilə qarşı-qarşıya durmaq üçün sənətin işığından istifadə edən də bizik. Məhz biz həyat doktrinasını qəbul etmişik ki, bu dünyada həyat yayılsın. Bunun üçün biz bütün səylərimizi, vaxtımızı, alın tərimizi, göz yaşlarımızı, qanımızı, əsəblərimizi sərf etməkdən çəkinmədən həqiqət, yaxşılıq və gözəllik dəyərlərini qorumaq və ömrü yaşamağa dəydiyinə dərindən inananaraq bu ali mesajı ötürmək üçün lazım olan hər bir işi görməyə hazırıq.
Mən bu gün sizə sadəcə danışmaq, ya da bütün sənətlərin atası olan “teatr”ı Ümumdünya Teatr Günü münasibətilə qeyd etmək üçün müraciət etmirəm. Əksinə, hamımızı ələ-ələ verib, çiyin-çiyinə birlikdə mübarizə aparmağa, səhnədə öyrəşdiyimiz kimi ən uca səslə qışqırmağa və bütün dünyanının vicdanını oyatmaq, insanlığın itirilmiş mahiyyətini daxilimizdə axtarmaq üçün sözlərimizi ifadə etməyə dəvət edirəm. Azad, tolerant, sevgi dolu, rəğbətli, mülayim insanın, vəhşiliyin, irqçiliyin, qanlı münaqişələrin, qapalı düşüncənin və ekstremizmin iyrənc görüntüsünə etiraz etmə gücünə sahib olan mənliymizi axtarmağa çağırıram. İnsan min illərdir ki, bu yer üzündə, bu səma altında gəzib və bundan sonra da belə davam edəcək. Odur ki, onun ayaqlarını müharibələr və qanlı münaqişələr bataqlığından çıxarın və onların hamısını səhnənin qapısında qoymağa çağırın. Bəlkə onda şübhə buludları içində itmiş insanlığımız yenidən hamımızın insan olmaqdan, qardaş olmaqdan qürur duya biləcəyimizi təmin edəcək bir reallıq halına gəldi.
İlk aktyorun ilk səhnəyə çıxmasından bəri maarifçilik məşəlinin daşıyıcıları olan biz dramaturqların missiyası çirkin, qanlı, insanlığa sığmayan hər şeyin qarşısında durmaqdır. Biz bu qarşıdurmaya gözəl, saf və insani məsələlərlə çıxırıq. Biz və yalnız biz həyatı yayma bacarığına malikik. Gəlin, həyat işığını vahid dünya və vahid insanlıq naminə birlikdə yayaq.
Tərcümə edən Minaxanım Qurbanova
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...