TEATRO

TEATRO

sənət portalı

post-title

Şah Mat Teatrının növbəti oyunu

Müstəqil Şah Mat Teatrında dünya şöhrətli alman yazıçısı Ştefan Çsvayqın (Stefan Zweig) “Şahmat” novellasının motivləri əsasında hazırlanmış eyniadlı səhnə əsərinin premyerası olacaq.

Psixoloji dram janrında hazırlanmış tamaşada, hadisələr; Buenos Ayresә gedәn sәrnişin gәmisindәki şahmat çempionu Çentoviç vә onun rәqibi Doktor B-nin arasında gedәn şahmat oyununun üzərində qurulub. Oyunun fonunda müharibәnin mәhv etdiyi insan hәyatları, fiziki vә mәnәvi işgәncәlәr, tәnhalıq, heçlik duyğusu, insanın qorxuları ilә üzlәşmәsi ortaya qoyulur. İnsanın hәyatı boyu apardığı әn çәtin mübarizә özü ilә olan mübarizәsidir ki, burada qalib olmaq vә ya mәğlub olmaq eyni dәrәcәdә önәmsizdir.

Xronometrajı 1 saat olan yeni səhnə əsərinin quruluşçu rejissoru və aktyoru, Şah Mat Teatrının bədii rəhbəri Mir Qabil Əkbərovdur.Tamaşada digər rolları Orxan Abışov, Cavid Cavadzadə, Zərifə Orucova, Rüstəm Bağırov, Murad Seyidzadə, Rəşan Məcidli, Aysiman Quliyeva, Fidan Əlizadə və Babək İsmayıllı ifa edəcək.

Qeyd edək ki, ilk tamaşası 28 oktyabr saat 19:00-da Şuşa Dövlət Musiqili Dram Teatrının səhnəsində oynanılacaq əsər 16 yaşdan yuxarı tamaşaçı auditoriyası üçün nəzərdə tutulub.

Load Time (S) : 0.004876