TEATRO

TEATRO

sənət portalı

post-title

Şah Mat Teatrında “Medeya”

Müstəqil Şah Mat Teatrında antik yunan dramaturqu Evripidin “Medeya” faciəsinin motivləri əsasında hazırlanmış eyniadlı səhnə əsərinin premyerası olacaq.

Tamaşanın məzmunu xəyanətə uğramış qadının taleyindən bəhs edir. Medeya əri Yazonu çox sevir. Yazon isə bu sevgiyə biganədir. Yazonun xəyanəti onun üçün dözülməz olur və Medeya, bunun qisasını öz övladlarını qətlə yetirərək alır.

Səhnə əsərinin əsas ideyası isə, xəyanətə uğramış qadının nələrə qadir ola biləcəyini göstərməkdir.

Xronometrajı 1 saat olan yeni səhnə əsərinin quruluşçu rejissoru, Şah Mat Teatrının bədii rəhbəri Mir Qabil Əkbərov, xoreoqrafı isə Lamiyə Əliyevadır.

Tamaşada rolları Zərifə Orucova və Rüstəm Bağırov ifa edirlər.

Premyerası 25 noyabr saat 19:00-da Şuşa Dövlət Musiqili Dram Teatrının səhnəsində oynanılacaq tamaşa, 14 yaşdan yuxarı tamaşaçı auditoriyası üçün nəzərdə tutulub.

 

Load Time (S) : 0.000124