TEATRO

TEATRO

sənət portalı

post-title

Şah Mat Teatrı premyeraya hazırlaşır

Müstəqil Şah Mat Teatrında rumın yazıçısı Matey Vişnekin “Qoca kloun tələb olunur” pyesi əsasında hazırlanmış “Üstdəki dərinliklər” adlı tamaşanın premyerası olacaq. Premyera oktyabr ayının 14-ü saat 19:00-da “Salam Sinema” həvəskar kino klubunda baş tutacaq. Şah Mat Teatrının bədii rəhbəri Mir Qabil Əkbərovun quruluş verdiyi tamaşada rolları Anar Bulud, Fərid Vəliyev, Fərid Bağırov, Səid Abbasov və Orxan Abışov ifa edəcək.

Xatırladaq ki, Matey Vişnekin “Qoca kloun tələb olunur” əsəri 1991-ci ildə Rumıniya Teatr Cəmiyyəti tərəfindən ilin ən yaxşı pyesi seçilib və dünyanın bir çox ölkələrində dəfələrlə tamaşaya qoyulub.

Tamaşaçılar biletləri iticket.az saytından onlayn və ya tamaşa günü “Salam Cinema” həvəskar kino klubundan əldə edə bilərlər.

Qeyd: Tamaşaçılar Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla mübarizə qaydalarına uyğun olaraq zala buraxılacaq və əyləşdiriləcəklər.

Cavanşir Qasımov

 

 

 

Load Time (S) : 0.005013