TEATRO

TEATRO

sənət portalı

post-title

Şah Mat Teatrı “Axır ki, qurtardı”

Müstəqil Şah Mat Teatrında avstriyalı dramaturq Peter Turrininin “Axır ki, qurtardı” adlı pyesi əsasında hazırlanmış eyniadlı mono-tamaşanın premyerası olacaq. Premyera oktyabr ayının 28-si saat 19:00-da “Salaam Cinema” həvəskar kino klubunda baş tutacaq. Şah Mat Teatrının bədii rəhbəri Mir Qabil Əkbərovun quruluş verdiyi mono-tamaşanın qəhrəmanını ifa edən aktyor Cavid Cavadzadədir.

Tamaşa psixoloji dram janrındadır. Hadisələr sevdiyi insandan uzaq düşmüş yalnız bir adamın təxəyyülü ilə canlandırılır. Yaşamaq üçün müxtəlif fantaziyalar quran qəhrəmanın səhnə təcəssümü sürrealist üslubda işlənilib.

Tamaşaçılar biletləri iticket.az saytından onlayn və ya tamaşa günü “Salaam Cinema” həvəskar kino klubundan əldə edə bilərlər.
 

Load Time (S) : 0.005548