TEATRO

TEATRO

sənət portalı

post-title

Şah Mat Teatrı Akademik Milli Dram Teatrının səhnəsində çıxış edəcək

Müstəqil Şah Mat Teatrı yanvarın 29-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində dünya şöhrətli fransız yazıçısı Viktor Hüqonun "Ölüm məhbusunun son günü " əsərinin motivləri əsasında "Edama Məhkumun Son Günü" adlı tamaşasını nümayiş etdirəcək.

Şah Mat Teatrının mətbuat katibi Turan Etibaroğlu bildirib ki, tamaşa Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə göstəriləcək. Tanınmış yazıçı-şair Salam Sarvanın tərcüməsi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov, quruluşçu rəssamı Səbinə Abutalıbzadədir.Tamaşanın rejissoru Mir Qabil Əkbərov fransız dramaturqunun klassik romanına tamamilə fərqli aspektdən yanaşmağı bacarmış, maraqlı bir mono tamaşa ərsəyə gətirə bilmişdir. 40 dəqiqə davam edən səhnə əsərində hadisələr bir yoxsul oğlanın xəstə qızına çörək oğurlayanda istəmədən birini öldürməsi ilə başlayır..

Psixoloji dram janrında hazırlanan tamaşada  Anar Bulud çıxış edəcək. 

Load Time (S) : 0.004071