TEATRO

TEATRO

sənət portalı

post-title

Rüstəm İbrahimbəyov vəfat edib

Uzun sürən xəstəlikdən sonra, Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, ssenarist, dramaturq, rejissor, prodüser Rüstəm İbrahimbəyov martın 10-dan 11-nə keçən gecə dünyasını dəyişib.

Rüstəm İbrahimbəyov 5 fevral 1939-cu ildə Bakıda anadan olmub. Azərbaycan Neft və Kimya İnsitutunu bitirib, sonralar Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda ssenarist və rejissor ixtisaslarına yiyələnib. Onun əsərləri əsasında 40-dan çox bədii film, televiziya filmləri və tamaşaları çəkilib.

Bütün dünyada peşəkar ssenarist, dramaturq və rejissor kimi məşhur olan R.İbrahimbəyovun 15 pyesi dünyanın 100 dən çox ölkə teatrlarında tamaşaya qoyulub.

O, 1989-cu ildə “İbrus” (İB- İbrahimbəyov, RUS-Rüstəm) şirkətini və eyni adlı teatrı təsis edib.

R.İbrahimbəyov şox sayda nüfuzlu festivalların mükafatçısı olub. Onun, ssenari müəllifi olduğu "Günəşdən usanmışlar" filmi Oskar mükafatına layiq görülüb.

Rüstəm İbrahimbəyovun xidmətləri həmişə yüksək qiymətləndirilib. Görkəmli mədəniyyət xadimi Azərbaycanın xalq yazıçısı (1998) fəxri adına, Azərbaycanın, SSRİ-nin və Rusiyanın (dörd dəfə) dövlət mükafatlarına layiq görülüb, Azərbaycanın “Şöhrət”,  Rusiyanın "Vətənə xidmətə görə" ordenləri, Fransanın “Ədəbiyyat və İncəsənət ordeni komandoru” kimi yüksək mükafatlarla təltiflənib.

Allah rəhmət eləsin.

 

Load Time (S) : 0.058491