TEATRO

TEATRO

sənət portalı

post-title

Rusiyanın tanınmış aktyoru Leonid Kuravlev vəfat edib

Bu barədə Rusiyanın Birinci televiziya kanalı məlumat yayıb.

Aktyor bu gün 85 yaşında dünyasını dəyişib.

Daha əvvəl xəbər verilmişdi ki, aktyor pnevmoniya diaqnozu ilə Kommunarkadakı 40 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. Onda COVID-19-un olması təsdiqlənməyib.

Leonid Kuravlyov yaradıcılığı dövründə 200-dən çox rol ifa edib. Ən məşhur personajlarında biri Georgi Daneliyanın “Afonya” (1975) filmindəki çilingər Afanasi Borşov obrazıdır. Bu kino əsəri həmin ildə sovet prokatının lideri olmuşdu: ona 62 milyon tamaşaçı baxmışdı.

2015-ci ilədək kinoda çəkilməyə davam edən Kuravlyov, həmçinin “İvan Vasilyeviç peşəsini dəyişir”, “Görüş yerini dəyişmək olmaz”, “Ən füsunkar və cazibədar”, “Qızıl buzov” və digər filmlərdəki rolları ilə tanınır.

Load Time (S) : 0.047099