May ayının 13-də Sankt-Peterburq şəhərində start verən 23-cü “Rusiyada görüşlər” Beynəlxalq Teatr Festivalı finala yaxınlaşır. MDB və Baltikyanı ölkələrin rusdilli teatrlarının iştirakı ilə hər il keçirilən festival ötən mövsüm pandemiya səbəbindən onlayn baş tutsa da bu il teatrsevərlər tamaşaları canlı izləmək sevincini yaşayırlar.
Festivalda iştirak edən səkkiz rusdilli teatr, ən maraqlı səhnə əsərlərini Sankt-Peterburq ictimaiyyətinə təqdim edir. “Baltik evi” teatr festivalının baş direktoru Sergey Şubanın sözlərinə görə, festivalda iştirak edənlər arasında həm tanış, həm də yeni iştirakçılar var.
Məsələn, A.S.Qriboyedov adına Tiblisi Dövlət Akademik Rus Dram Teatrı, Kişinyov Dram Teatrı, Brest, Donesk teatrları və həmçinin Sankt-Peterburq tamaşaçılarının xüsusilə sevdiyi Qrodno Vilayətinin Kukla Teatrı bu festivallarda dəfələrlə öz yaradıcılıqlarını nümayiş etdiriblər. Lakin bu ilki festival Qazaxıstan, İrəvan, Sxumi teatrları üçün debüt olacaq. Festival çərçivəsində keçirilən tədbirdə, teatr rəhbərləri bu dəvətə görə öz təşəkkürlərini bildiriblər.
Tədbirdə “Bu teatr forumunda iştirak etməyi çoxdan arzulayırdıq” deyən Fazil İskəndər adına Suxumi Rus Dövlət Dram Teatrının direktoru İrakli Xintba qeyd edib ki, festivala gətirdikləri Federiko Qarsia Lorkanın “Qanlı toy” pyesi əsasında hazırlanan eyni adlı tamaşa, rejissor Mariya Romanovanın rəhbərliyi ilə Sankt-Peterburqdan gəlmiş heyət tərəfindən hazırlanıb.
“Rusiya birləşdirici missiyanı yerinə yetirir!” deyən Tbilisi Dövlət Rus Dram Teatrının direktoru Nikolay Sventitsky, Rusiyanın və Sankt-Peterburqun icraçı funksiyasına görə öz minnətdarlığını çatdırıb.
Açılış mərasiminə Sankt-Peterburq Mədəniyyət Komitəsinin Sədri Konstantin Suxenkonun: “Rusiyada görüşlər festivalı” bizim üçün parlaq bir hadisədir! Biz sevinirik ki, rus teatrı yalnızca Rusiyada deyil, başqa ölkələrdə də yaşayır. Rus mədəniyyətini təmsil edən hər bir sənətkara uğurlar arzu edirəm! - sözləri ilə yekun vurulub.
Toy mövzusunda tamaşa ilə başlayan festival mayın 18-də Brest teatrının “Meşşan toyu” adlı əsəri ilə başa çatacaq. Ümumiyyətlə, festivala ev sahibliyi edən, Sankt-Peterburqun “Baltik evi” festival teatrının bədii rəhbəri Mariya Balyaevanın da dediyi kimi, festivalın afişası elə əvvəldən axıra qədər klassik tamaşalara həsr olunub. Burada, Nikolay Qoqolun “Dəlinin qeydləri”, “Çiçikov”, Daniel Xarmsın “Lyu-Bif”, Lermontovun “Demon”, Jan Anuylın “Romeo və Jenatta”, Ceyms Hedli Çeysin “Ağ dovşan və hər kəs evdə olmayanda” əsərləri yer alır.
“Rusiyada görüşlər”in əsas məqsədi, yalnızca maraqlı səhnə əsərlərini tamaşaçıların və tənqidçilərin diqqətinə çatdırmaq, tamaşaları müzakirə etməkdən ibarət deyil, həm də bununla yanaşı, izləyicilərə gələcəkdə qarşılacaqları problemlərdən çıxış yollarını göstərməkdir. Bundan əlavə festivalın keçirilməsində qarşıya qoyulan əsas hədəflərdən biri də, rus və xarici teatr nümayəndələrinin yaradıcılıq istiqamətlərinin qarşılıqlı şəkildə genişləndirilməsidir.
Qeyd edək ki, 1998-ci ildən etibarən hər il keçirilən “Rusiyada görüşlər” festivalında indiyədək 70-ə yaxın teatr 234 tamaşa ilə iştirak edib.
Tərcümə edən: Cavanşir Qasımov
Müəllifin digər yazıları
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Özbəkistan Respublikasına beynəlxalq festivala yollanıb.
Bu barədə Teatrın Mətbuat Xidmətindən məlumat verilib.
Verilən məlumata görə teatr "Birinci B...
Gənc Tamaşaçılar Teatrının səhnəsində vətən müharibəsinə həsr edilən “Balaca kişilər” tamaşasının premyerası olacaq.
Bu barədə Teatrın Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, tamaşa, 27-28 may tari...
Qusar Dövlət Ləzgi Dram Teatrının baş rejissoru Əliyar Əliyevlə müsahibə
– Əliyar bəy, bu yaxınlarda Qusar Dövlət Ləzgi Dram Teatrının baş rejissoru vəzifəsinə təyin edildiniz. Teatrın kollektivi sizdə hansı təəssüra...
“İnklüziv” termini latıncadan “daxil edirəm” mənasını verən “include” sözündən götürülüb. Daha sonra həmin termin fransızlar tərəfindən dilimizə “özünə daxil edən&...
Avstriya Akademik Burq Teatrında “Kremator” tamaşasının premyerası olacaq. Premyera oktyabr ayının 13-ü yerli vaxtla saat 20:00-da baş tutacaq. Tamaşanın rejissoru Nikolaus Habjan, bəstəkarı Klaus von Heydenaber, səhnə tərtibat&ccedi...
Human Teatrının direktoru Şamil İbrahimov ilə müsahibə
Şamil İbrahimov kimdir… aktyor, rejissor, yoxsa teatr rəhbəri?
Şamil aktyordur. Teatrı idarə etsəm də bu, gerçəyi dəyişə bilməz. Əslində, fərq eləmir,...
1989-cu ildən bəri mütəmadi olaraq gənc dramaturqların festivalı kimi keçiriliən “Lyubimovka” builki proqramını açıq elan edib. Lyubimovka Teatr Festivalının rəsmi saytından aldığımız məlumata görə, açılşı S...
“Sankt-Peterburq Opera” Teatrının mətbuat xidmətindən verilən məlumata görə, 16-17 iyul tarixlərində Rusiyanın Xalq Artisti Yuri Aleksandrovun quruluşunda, Vinçenço Bellininin “Norma” operasının premyerası o...
Moskvada Çexov Festivalı çərçivəsində Fransız şirkəti “Paul en Seine” və baletmeyster Murad Merzukinin “Folia” tamaşası nümayiş olunub. “Folia” portuqal dilindən tərcümədə “dəli...
Bu il 6-17 iyul aralığında keçiriləcək 74-cü Kann Film Festivalının münsiflər heyətinin və müsabiqədə iştirak edəcək filmlərin siyahısı açıqlanıb. Spike Lee-nin başçılıq etdiyi həmin siyahıda bir çox tanınmı...