Məlumdur ki, sənətçi nə qədər populyardırsa, rejissorlar ona bir o qədər çox qonorar təklif edirlər. Rusiyada bu baxımından ən məşhur aktyor Oleq Menşikovdur. Prodüser Sergey Morozovun sözlərinə görə, Oleq Yevgeniyeviç 12 saatlıq bir çəkiliş günü üçün 100 min dollar tələb edir ki, bu da təxminən 7,5 milyon rubla (170 min manat) bərabərdir. Lakin belə təkliflər sovet və rus kinosunun ulduzuna elə də çox olmur. 62 yaşlı aktyorun karyerasında sonuncu belə layihə Rusiyanın böhrandan əvvəlki dövründə baş tutub. Eyni hal digər yüksək qonorarlı ulduzlara da aiddir.
Təbii ki, ildə bir neçə layihədə iştirak edərək yaxşı pul qazanan daha “ucuz” məşhurlar da var. Məsələn, Dmitri Nağıyev və Sergey Burunov. Birincisi bir gün üçün 1 mln. 500 000 rubl (33 000 manatdan çox) alırsa, Burunov bir çəkiliş günündə 1,2 milyon (26 000 manatdan çox) qazanır. Amma bir məqamı da qeyd etmək lazımdır ki, sənətçilər öz gəlirlərindən agentlərinə, hüquqşünaslara və komandalarının digər üzvlərinə müəyyən faiz ödəyirlər.
Rusiyada serial aktyorunun bir çəkiliş günü üçün orta qiyməti isə təxminən 300-500 min rubldur (6 600-11 000 manat).
Xəbər rambler.ru saytının məlumatı əsasında işlənib.
https://kino.rambler.ru/actors/50368837-stalo-izvestno-imya-samogo-vysokooplachivaemogo-aktera-v-strane/#rcmrclid=96b45f842168659d
Müəllifin digər yazıları
“YUĞ” Dövlət Teatrı Azərbaycan teatrı tarixində ilk dəfə olaraq Meksika Birləşmiş Ştatlarında keçirilən 35-ci Kimera Beynəlxalq İncəsənət və Mədəniyyət Festivalında ölkəmizi təmsil edib. Bu münasibətlə iştirakç...
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...