nekroloq
Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Görkəmli rejissor və aktyor Rövşən Əziz oğlu Almuradlı 2019-cu il aprel ayının 2-də ömrünün 64-cü ilində vəfat etmişdir.
Rövşən Almuradlı 1954-cü il aprelin 19-da Bakı şəhərində anadan olmuşdur. 
1972-1976-cı illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində ali təhsil almış, aktyor kimi Tədris Teatrında fəaliyyətə başlamışdır. 
1984-1987-ci illərdə Moskva SSRİ Mədəniyyət Nazirliyi nəzdində Təkmilləşdirmə İnstitutunda ali rejissorluq kursunu bitirmiş, Moskva Dövlət Akademik Satira Teatrında təcrübə keçmişdir. SSRİ xalq artisti V.N.Pluçekin kursunu bitirən rejissor vətənə qayıtmış, müxtəlif teatrlarda tamaşalar hazırlamışdır. 
1976-1980-ci illərdə Şəki Dövlət Dram Teatrında aktyor kimi çalışan R.Almuradlı həmin illərdə Şekspirin “Kral Lir”ində Kral Lir, Cəfər Cabbarlının “Aydın”ında Dövlət bəy, Anarın “Adamın adamı”nda İbiş İbişli və Xoca Zıq-zıq, Əkrəm Əylislinin “Kür qırağının meşələri”ndə Qasım obrazlarını yaratmışdır. O, 1980-1985-ci illərdə Sumqayıt Dövlət Dram Teatrında Əkrəm Əylislinin “Vəzifə” tamaşasına quruluş verərək özünü rejissor kimi sınamışdır. Bundan sonra o, Şəki Dövlət Dram teatrında M.Salimoviçin “Dərviş və ölüm” (1987), Sumqayıt Dövlət Teatrında N.Hikmətin “Bayramın birinci günü” (1987), M.Süleymanlının “Dəyirman” (1988) əsərlərinin quruluşçu rejissoru olmuşdur. 
R.Almuradlı 1988-1989-cu illərdə Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru olarkən Y.Səmədoğlunun “Qətl günü”, V.Sergeyevin “Bağlı qapı arxasında iki nəfər” əsərlərinə quruluş vermişdir. 
1991-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının nəzdində açılan müstəqil “İstiqlal” teatrının bədii rəhbəri olmuşdur. O, 1991-ci ildə M.Suleymanlının “Zirzəmi”, 1992-ci ildə M.Dostoyevskinin “Şıltaq qız”, 1992-ci ildə M.Qoqolun "Dəlinin qeydləri", 1992-ci ildə Gəncə Dövlət Dram teatrında Anarın “Beş mərtəbəli evin altıncı mərtəbəsi” əsərlərini tamaşaya qoymuşdur.
2005-ci ildə Akademik Milli Dram Teatrında İ.Şıxlının “Ölüləri qəbiristanlıqda basdırın” əsərinə quruluş verən R.Almuradlı 2006-cı il oktyabr ayının 25-də Akademik Milli Dram Teatrına quruluşçu rejissor vəzifəsinə qəbul edilmişdir. O, Bakı Bələdiyyə Teatrında M.Süleymanlının “Bəylik dərsi” (2010), Anarın “Qaravəlli” (2011), M.F.Axundzadənin “Mürafiyə vəkilləri əhvalatı” (2012), Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında F.Dürrenmattın “Yaşlı xanımın gəlişi” (2012) əsərlərinə quruluş vermişdir. 
R.Almuradlının Azərbaycan kinosunda da xidmətləri danılmazdır. O, 1989-cu ildə “Azərbaycanfilm” kinostudiyasının “Debüt” studiyasında “Hücum” adlı qısametrajlı bədii filmin quruluşçu rejissoru, 1990-cı ildə çəkilən “Azadlığa gedən yollar” filminin rejissorlarından biri olmuşdur. 1993-1995-ci illərdə “Bəri bax” müstəqil kinostudiyasında tammetrajlı “Yük” bədii filminin quruluşçu rejissoru, 1994-cü ildə “Doğma” kino-povesti əsasında çəkilmiş “Ümid” bədii filminin müəllifidir.
2006-2008-ci illərdə Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilmiş “Cavad xan” bədii filminin quruluşçu rejissorudur.
R.Almuradlının Azərbaycan teatrındakı, kinosundakı xidmətləri böyükdür. O, ifa etdiyi rollarla, quruluş verdiyi tamaşalarla, çəkdiyi filmlərlə Azərbaycan mədəniyyəti tarixində əbədi olaraq qalacaqdır. 
Amansız ölüm onu aramızdan aparsa da, zaman keçəcək, onun bizə miras qoyub getdiyi gözəl sənət nümunələri yaddaşlarda və tarixin səhifələrində yaşayacaqdır.
Rövşən Almuradlının əziz xatirəsi onu sevənlərin qəlbində qalacaqdır.
Allah rəhmət eləsin!
 
 
                        
                        
                        
                        
                        
                        
                        
                        
                            Müəllifin digər yazıları
                            
                                                                
                                    
                                    
                                        
                                            
                                            CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                             Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                             
          Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Bakı Uşaq və Gənclər Teatrı yeni  layihə həyata keçirməyi planlaşdırır.  “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində  kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            26 sentyabrda Bakı Uşaq və Gənclər  Teatrında 24-cü teatr mövsümünün  açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...