"Rok-n-roll" Akademik Musiqili Teatrın səhnəsinə gəldi
Tarix: 2021-07-10 13:26:00
Oxunma: 497
Yazı ölçüsü
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının balet truppası növbəti maraqlı layihəyə imza atıb. "Rok-n-roll"un əsasında hazırlanan rəqs kompozisiyası klip formatında təqdim olunub. Rəqsin quruluşu gənc balet artistləri Kamran Həsənov və Aynurə Əsgərovaya aiddir. Onlar həm də həmkarları – Rəbiyyə Əliyeva, Elvira Əzizova, Süsən Orucova, Məhəmməd Abdullayevlə birgə səhnəni bölüşüblər. Teatrın rejissor assistenti, eyni zamanda istedadlı aktyoru Elməddin Dadaşov da bu layihənin iştirakçısıdır. Kompozisiyanın quruluşçu rejissoru və montajçısı Alvin Mahmudov, musiqi tərtibatçısı Azər Məhərrəmovdur. Video-çarxda teatrın texniki heyəti – işiq, geyim, qrim sexlərinin əməkdaşlarının da zəhməti qabarıq görünür. Ritmik musiqi sədaları ilə səhnənin bədii tərtibatı – dekorasiya elementləri, işıq effektləri, ifaçıların kostyumları və digər komponentlər harmoniya təşkil edir. Qeyd edək ki, "Rok-n-roll" istedadlı balet artistləri Kamran və Aynurənin birgə hazırladıqları ilk layihə deyil, bundan öncə də "Flomenko” balet kompozisiyasını onlayn şəkildə sosial şəbəkə izləyicilərinə təqdim etmişdilər.
Qorxu bəşər övladı üçün qəliblər yaradan ən güclü fenomendir. İnsan əvvəlcə öz varlığının səbəbini axtarır, tapa bilmədikdə, bununla barışmır və sadəcə gözləyir. Bəzilərimiz qəflət yuxusunda ikən dünya &...
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə dünyanın müxtəlif teatrları arasında yaradıcılıq əlaqələri ildən-ilə daha da genişlənir.
Bu dəfə Moskvanın "Pyotr Fomenkonun emalatxanası" teatrı Musiqili Teatrın qonağı...
Tanınmış publisist, tərcüməçi Eldar Quliyev (Eldar Qutlu) ötən gün uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.
Qeyd edək ki, "Kitabi-Dədə Qorqud"un redaktoru kimi tanınan Eldar Quliyev uzun müddət &ldquo...
Zorakılıq və ədəbiyyat
Minillik tarixə sahib olan ədəbiyyat az qala ilk nümunələrindəncə zorakılığı özündə əks etdirdi. Zorakılıq ədəbiyyatın ən çox işlənən mövzularındadır. Çünki zorakılıq insan...
XX əsr başqa müstəvilərdə olduğu kmi teatrda da mürəkkəb bir dövr, ziddiyyətlərin dərinləşdyi bir əsr olmuşdur. Dram sənətindəki fundamental dəyişikliklər, intellektual paradiqmalarda baş verən qırılmalar, siyasi-bədi...
08 aprel 2024-cü il tarixində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə həyata keçirilən “QONAQ TEATR” layihəsi çərçivəsində Ağdam D...
...«Məxfi axşam» əsərini yaradarkən Leonardo da Vinçi çox böyük çətinliklə rastlaşmışdı – o, İsa obrazında Xeyiri və onu bu axşam yeməyində satmağa hazırlaşan İuda obrazında Şəri göstərməli idi. B...
Aprelin 1-də Azərbaycanda keçirilən Belarus Mədəniyyət Günləri günləri çərçivəsində Bakıda Nizami Kino Mərkəzində Belarus Kino Günlərinin açılışı olub.
Belarusun Azərbaycandakı səfirliyinin nümayəndə...
Əməkdar artist Rahib Əliyev vəfat edib.
Bu barədə APA-ya mərhumun oğlu Rəşad Əliyev məlumat verib.
Onun sözlərinə görə, Rahib Əliyevin cənazəsi sabah günorta saat 12-də Qurd qapısı qəbiristanlığında torpağa tapşırılacaq.
...