Rober Lepaj : Mənim tamaşa–saqam Hirosima hadisələrindən yaranıb
Tarix: 2019-12-20 10:27:15
Oxunma: 1530
Yazı ölçüsü
Teatro.az sənət portalı fransız əsilli Kanada rejissoru Rober Lepajın Rusiyanın “RİA novosti” informasiya agentliyinin müxbiri Vladimir Vyatkinə verdiyi müsahibəni təqdim edir.
Rober Lepaj teatr və kino rejissoru, aktyor, dramaturq və ssenaristdir. Müxtəlif teatrlarda aktyor və rejissor kimi çıxış edib. Ex Machina (deus ex machina) teatrının (1994-cü il) yaradıcısı və rəhbəridir. Daha çox Sirk de Soleyin “Ka” və “Totem” adlı şoularına və opera tamaşalarına verdiyi quruluşlarla, eləcə də Piter Qebrielin konsert proqramları ilə yadda qalıb. Tənqid Lepajı teatrda yüksək texnologiyalar maestrosu adlandırır.
“Yer dövriyyəsi”, “Əjdahaların trilogiyası, “Vinçi”, Yalan detektoru”, “Tektonik plitələr”, “Exo”, “Opium iynələri” (Kokto haqqında), “Ayın o biri tərəfi”, “Andersen layihəsi”, “ELsinor”, “Buskersin operası”, “Lipsink” (9 saat), “Mavi əjdaha”, “Hanlet. Kollaj”, “Yay gecəsində yuxu”, “Fırtına”, “Kariolan”, “Maqbet” kimi tamaşalara, eləcə də bir çox operalara quruluş verib.
-Böyük bir məkanda insan taleləri və bir çox hadisələri əhatə edən mürəkkəb tamaşanı hazırlamağa necə başlamısınız?Layihənin ideyası necə yarandı?
- Yaponiyada ilk dəfə 1992-ci ildə oldum, bu ölkədə qalmağımdan istifadə edərək Hirosimaya baş çəkdim. Orada mən hibakusyalarla rastlaşdım, qorxunc Hirosima fəlakətindən sağ çıxmış insanları hibakusya adlandırırlar. Mənim orada tanış olduğum şəxs bu hadisələrdən sağ çıxmış, zamanla teatr xadimi olmuş və özünə məktəb açmışdı. Mənə isə belə bir nağıl danışdı: Atom bombası nəticəsində qorxunc hala düşmüş bir qızın yaşadığı evdə bütün güzgüləri ondan gizlədirlər. Lakin bir dəfə qonşular onun evində yastığının altından dodaq boyası və kiçik bir güzgü tapırlar. O dodağını boyayır, sonra isə heç kəs görməsin deyə onu silib, “xəzinəsi”ni yastığın altında gizlədir. Sonuncu cümləsi isə belə oldu: “Müharibə kişini eybəcər hala sala bilər, onun həyatını məhv edə bilər, ancaq qadın həmişə qadın olaraq qalacaq”.
- Tamaşanı yaratmaq üçün məhz bu hadisə başlanğıc nöqtə oldu?
- Bəli, bu hadisə məni çox ilhamlandırdı və mən başa düşdüm ki, balaca hadisənin əsasında böyük bir dastan doğula bilər. Öz aktyorlarımı ətrafıma yığdım və biz işə başladıq. Mən hər hansı bir layihəyə başlayanda onun neçə saat davam edəcəyini bilmirəm. Bu bir saat,iki saat, yeddi saatda ola bilər. Tamaşamızda ümumi 50 hekayə danışırıq. Orada Hirosima, Holokaust faciələri olacaq.
-Yeddi saatlıq saqanın ilk versiyasını o dəhşətli hadisələrdən 50 il ötən zamanda - 1994-cü ildə qurmuşdunuz...
- Bəli... O dəhşətli faciə özündən sonra sağalmaz izlər buraxıb. Gələn il biz bu faciəvi tarixin 75 illiyini qeyd edəcəyik. Əvvəla bu tamaşaya yenidən qayıtmaq təklifi Çexov festivalının təşkilatçılarından gəlib, yəni bu birgə layihəmizdir. İkincisi isə Yaponiyada keçiriləcək Olimpiada oyunları ilə bağlıdır. Məncə, orada baş verənlər bizim tamaşamızla səsləşir.
- “Ota çayının yeddi qolu” tamaşasının əsas mövzusu yaddaşdır, qorxulu nəticələri olan hadisənin yaddaşıdır.
- Demək olar ki, yaddaş, memuar mövzusu mənim üçün üstünlük təşkil edir, bu mövzu məni izləyir. Əlbəttə, hər şey yaşla bağlıdır. Bilirsiniz, mən gənc aktyorlarla işləməyi sevirəm. Lakin bəzən mədəni kodlarda qeyd olunan və şəxsən mənim üçün gün kimi aydın olan mətləbləri gənclər anlamaqda çətinlik çəkirlər. Hətta bu gənc adamlar, ümumiyyətlə, mənim danışdığım heç nəyi başa düşmür. Mən belə başa düşürəm ki, teatr sənəti məhz yaddaşın saxlanılması üçün yaradılıb və bu vəzifənin böyük hissəsi məhz teatra aid edi"lir.
"Ota çayının yeddi qolu" tamaşasından səhnə. Rober Lepaj
- Tamaşanın yeni versiyası birincisindən nə ilə fərqlənir - böyüklüyünə ya iştirakçıların sayına görə?
- Tamaşanın ilk versiyasında yalnız 7 aktyor iştirak edirdi. Onda bizə elə gəlirdi ki, bu böyük epopeyadır, mahiyyətcə hələ beləsi olmayıb. İndi aktyor ansamblı 9 nəfərdən ibarətdir. Aktyorlar belə saqaları sevirlər, ona görə ki, bu onlara konkret zamanda oynamaq, istirahət etmək, daha sonra isə nəsə başqa şey göstərmək şansı verir. Tamaşanın yaranmasında musiqi, səhnəqrafiya, işıq, geyim, rekvizit, videoyardla məşğul olan böyük quruluş hissəsi iştirak edir. Mətn üzərində mənimlə bərabər 13 müəllif işləyir.
- Eşitdim ki,Mixail Bulqakovun “Master və Marqarita” əsəri üzərində işləyirsiniz...
- Bəli, artıq işə başlamışıq. İlk oxunuş sentyabrda baş tutdu, indi isə Moskvada stolarxası məşqlər gedir. Bu haqda çox danışmaq istəmirəm, çünki bu layihə uzun müddətə hesablanıb.
- Yəqin ki, premyeranın tarixi məlumdur?
- Premyera 2020-ci ilə planlaşdırılıb. Ümid edirik ki, o baş tutacaq. İş prinsipi Millətlər Teatrında Yevgeni Mironovla qoyduğum "Hamlet&Kollaj" tamaşasında olduğu kimidir. Bir müddət Moskvada işləyirik, sonra isə aktyorlar mənim yanıma Kvebekə gələcəklər.
- Artıq aktyor heyəti və əsas rolların ifaçıları məlumdurmu?
- Bəli, artıq Yevgeni Mironov da daxil olmaqla13 aktyor yığılıb.Lakin onlar nə edəcəklərini hələ bilmirlər. “Hamlet”də olduğu kimi onların hərəsi bir rolu ifa edəcək. Və bu işdə aktyor müxtəlif rollarda çıxış etmək şansı əldə edir,bu da onlar üçün, sözsüz ki, ruhlandırıcıdır.
- Bəs sizin üçün? İşinə bələd olduğunuz teatr və onun aktyorları ilə yeni görüşə hazırsınızmı?
- Nə deyim?! Hamı bilir ki, mən Rusiyada işləməyi və rus aktyorlarını sevirəm.
Sovet və gürcü rejissoru, senaristi, dramaturqu, rəssamı, heykəltəraşı və Qabriadze teatrının yaradıcısı Revaz (Rezo) Levanoviç Qabriadze 1981-ci ildə Tbilisidə Marionet Teatrının əsasını qoyub. Bir çox filmlərin müəllifi...
"Teatro.az" sənət portalı Rusiyanın tanınmış teatr, kino və televiziya rejissoru Kirill Serebrennikovun yəhudi jurnalist Maşa Xiniçə verdiyi müsahibəni təqdim edir.
Kirill Semyonoviç Serebrennikov 2012-ci ildən M...
Teatro.az sənət portalı yapon rejissor Tadasi Sudzukinin Rusiyanın "Mədəniyyət” qəzetinə verdiyi müsahibəsini təqdim edir:
Qısa arayış:
Tadasi Sudzuki işləri dünya teatrına çox böyük təsir edən, d&uum...
Teatro.az sənət portalı fransız əsilli Kanada rejissoru Rober Lepajın Rusiyanın “RİA novosti” informasiya agentliyinin müxbiri Vladimir Vyatkinə verdiyi müsahibəni təqdim edir.
Rober Lepaj teatr və kino rejissoru, a...
Teatro.az sənət portalı Beynəlxalq Teatr Olimpiadasının sədri, “Attis” teatrının yaradıcısı və rəhbəri, məşhur yunan rejissoru Teodoros Terzopulosun Rusiyanın “Vedomosti” qəzetinə verdiyi müsahibəni təqdim edir:
...
“1789” (1970)
Bu, 1964-cü ildə on parisli tələbə ilə birgə sənətdə kollektiv yaradıcılığa və gündəlik həyatda bərabərliyə inanan könüllü insanların icmasını - Günəş teatrını yaratmış Ariana Mnuşkinan...
Misteriya–buff tamaşası, 1918-ci il
Misteriya–buff
Mövzusuna, estetikasına, bədii həllinə görə ilk inqilabi tamaşadır. Mayakovskinin bu pyesini o vaxtkı xalq komissarı maarifçi Anatoli Lunaçarsk...
Teatro.az sənət portalı Rusiyalı teatrşünas Kristina Matvienkonun məqaləsini təqdim edir.
“2019 Teatr Olimpiadası” Arzamas jurnalı ilə birlikdə gündəlik olaraq “Günün tamaşası” layihəsini keç...
Yunan mifologiyasında insanlarla tanrılar sanki bir evin içərisində yaşayırlar. Tanrılar insanlarla eynidir, onlara bərabərdir. Tanrılar da insanlar kimi sevinə, kədərlənə bilir, insanlar kimi yeyib-içir, törəyə, xəyanət edə, evlən...
Bu gün biz dünyanın 10 ən yaxşı, ən prestijli teatrlarından danışacağıq. Hər bir teatr öz teatr ənənəsinə və unikallığına görə fərqlənir.
Onluğumuzun ilk sırasında La Skala teatrı yer alır.
La-Skala
La Ska...