Open Space | Vizual və Performans İncəsənət Mərkəzi (Tbilisi), "Cənubi Qafqaz Sənədli Teatrlar Şəbəkəsi" layihəsi çərçivəsində Ritual Mobil Teatr Laboratoriyası ilə birgə hazırlanacaq sənədli tamaşaya iştirakçı-aktyor qəbulu elan edir.
Tamaşanın mövzusu - “Azərbaycanda incəsənətlə məşğul olmaq nə deməkdir?”
Burada biz Azərbaycanda incəsənətlə məşğul olan adamların həyat və şəraitini araşdıracağıq. Ətrafda tez-tez Azərbaycanda incəsənətin inkişaf etmədiyini, yaxşı filmlərin, musiqilərin, rəsm əsərlərinin çoxunun Sovet dövründə çəkildiyini, o vaxtdan mədəniyyətimizin korlandığını eşidirik. Bu niyə baş verir? Yaxud insanlar niyə belə düşünürlər?
Müasir sənətkarların çətinlikləri nələrdir? Azərbaycanda incəsənətin ümumi durumu necədir? Birlikdə "Azərbaycanda incəsənət sahəsində nələr baş verir?" və "Bu, yaxşılığa doğru necə dəyişə bilər?" suallarına cavab verməyə çalışacağıq.
İş prosesi 2023-cü ilin mart-aprel aylarında baş tutacaq. Mart ayı əsasən materialların toplanması və mətnin işlənib hazırlanmasına həsr ediləcək. Martın sonundan aprelin sonuna kimi məşq prosesi həyata keçiriləcək və aprelin sonunda tamaşa nümayiş olunacaq. Bundan başqa tamaşanın may və iyun aylarında bir neçə nümayişi nəzərdə tutulur.
Prosesə Sənədli Teatr sahəsində xüsusi təhsil almış sənətçilər - dramaturq Zərif Bəkirova, rejissor Aynur Zərrintac və kurator David Xorboladze rəhbərlik edəcək.
Mövzu sizin üçün maraqlıdırsa və real həyat hekayələrini araşdıran teatrı sevirsinizsə, müraciət etməkdən çəkinməyin. Seçilmiş sənətçilər üçün kiçik qonorar nəzərdə tutulub.
Müraciətlər üçün son tarix: 28 fevral 2023-cü il.
İştirakçılarla 1-2 mart tarixlərində əlaqə saxlanılacaq.
Bütün proses Azərbaycan dilində həyata keçiriləcəkdir.
Yaş həddi: +18
İştirak etmək istəyənlərdən müraciət formasını doldurmaları xahiş olunur - MÜRACİƏT FORMASI
***
Zərif Bəkirova - 10 ildən çoxdur ki, teatr sahəsində işləyir. O, 2014- 2016-cı illərdə Missuri Universitetində teatr üzrə magistr təhsili almışdır. Pandemiyadan əvvəl ADO müstəqil teatrında fəaliyyət göstərib. İndi isə əsasən sosial, sənədli teatr sahəsində öz bədii layihələrini həyata keçirir. Onun əsas ixtisas sahələri aktyorluq və dramaturgiyadır. O, 2019-cu ildə Azərbaycanda ilk yeni dramaturq festivalını təşkil etmişdi ki, orada 5 yeni pyes yazılmış və səhnələşdirilmişdir.
Aynur Zərrintac - Ritual Mobil Teatr Laboratoriyasının təsisçisi, teatr rejissoru, aktrisa və mədəniyyət üzrə tədbirlər kuratorudur. O, 2021-2022-ci illərdə İngiltərənin York Universitetində Teatr Rejissorluğu ixtisası üzrə magistr təhsili almışdır. Birləşmiş Krallığın Chevening təqaüdü, Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyinin təcrübə və ABŞ hökümətinin Beynəlxalq Könüllü Liderlər proqramlarının məzunudur. Azərbaycanda əsas təhsil və teatr sahəsində 5 ildir ki, təlimçi-rejissor kimi fəaliyyət göstərir. İngiltərədə I və II Qarabağ Müharibəsindəki şəxsi təcrübələri və Bosniya müharibəsindən bəhs edən uşaq gündəlikləri əsasında hazırladığı "Mimi" adlı sənədli tamaşa ilə diplom işini təqdim etmişdir. Bundan başqa o, sosial problemlərdən bəhs edən "Gender Güzgüsü", inklüziv cəmiyyət mövzusuna həsr edilmiş "Bizimlə ol!" sosial tamaşaların rejissoru, "Tısbağa Conatanın Macərası" adlı VR Kölgə tamaşasının həm-rejissorudur.
David Xorbaladze - Tiflisdə yerləşən Open Space | Vizual və Performans İncəsənət Mərkəzinin təsisçisi, teatr rejissoru, dramaturq və bəstəkardır. O, həmçinin Cənubi Qafqaz Sənədli Teatrlar Şəbəkəsinin kuratoru və mentorudur. 2016-cı ildən sənədli tamaşalar və yaradıcılıq emalatxanalarında multimedia rəssamı kimi fəaliyyət göstərməklə yanaşı, həm də sənədli materialların musiqi və tamaşaya çevrilməsi ilə məşğuldur. Yaradıcılıq işlərinə aşağıdakı tamaşalar daxildir: Kədər, Aclıq tanrısı - Mixail Çarkviani ilə birlikdə; Valideynlərin görüşü - Mixail Çarkviani ilə birlikdə; Ölü Şəhərlər (dramaturq və bəstəkar kimi); Birinci Akt - Mixail Çarkviani ilə birlikdə; Yerlər, Məkanlar - audio-tamaşa. David 2022-ci ildə Venesiyada keçirilən 59-cu Beinnale di Venezia Forumunda Gürcüstanı təmsil edən qrupun heyətində olub.
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...