30 illik ayrılığın 30 dəqiqəsi
Xoreoqrafik sənədli tamaşa
Birinci hissə: Yeni tamaşa üçün ideya axtarışında.
Azərbaycanın Qarabağ regionunda 1988-ci ildən başlayan və 1994-cü ildə atəşkəslə başa çatanBirinci Qarabağ Müharibəsi yüz minlərlə yerli sakini məcburi köçkün həyatına məhkum edir. Və düz 30 il bu münaqişənin işğal, məcburi köçkünlük, travma, sosial problemləri ölkəinsanının həyatında iz qoya-qoya davam edir. 2020-ci ildə baş verən 44 günlük Qarabağ müharibəsinin nəticələri 30 ildən sonra məcburi köçkünlük həyatına son qoyur.
Birinci Qarabağ Müharibəsi ilə İkinci Qarabağ Müharibəsi arasında keçən 30 illik ömür özündəxronoloji tarixi bir yaddaşı daşıyır. Köç, sağ qalmaq üçün mübarizə, yeni məkanauyğunlaşma, yeni mədəniyyətdə toqquşma, təcrid, yenidən ayağa qalxma cəhdləri və s. Bir sözlə, məcburi köçkünlüyün məcbur yazılmış tarixini.
1992-ci ildə 1-ci sinifdə oxuyurdum. Bir gün sinifdə Daşaltı adını eşitdim. Bütün məktəbdən tənzif, pambıq, yod, yun corab ehtiyatı yığıldı. Daşaltı adlı yerdə Azərbaycan ordusunun əsgərləri mühasirəyə düşmüşdülər. Sonra yaşadığım kəndə, oxuduğum məktəbə qaçqın adlandırdığımız insanlar gəldi. Mən sinifə gələn ağdamlı bacı-qardaşdan, çörək üçün yaranan vəkütlənin basırığında qalıb əzildiyim növbələrdən, evdə yoxa çıxan çörəkdən, bir də saçlarıma düşən bitlərdən bildim müharibədir. Və bir də 30 il sonra müharibə ilə üzləşdim. Bu dəfə isə 2020-ci ildə. Bərdə rayonunda sentyabrın 30-u Tərtərdəki evlərindən qəfil çıxıb gələn və adi dərman, qida, geyim ehtiyaclarını götürəbilməyib əliyalın çıxan əhaliyə dəstək üçün gedəndə. Elə həmin gün də yaxınlığımda iki dəfəmərmi atıldı. Şəhər sürətlə boşaldı.
Bakıya qayıdışımda hadisələrdən təsirlənmişdim. Hisslərimi, mərmi səsindən təsirlənən əsəblərimi, sürətlə Bakıya və yaxın rayonlardakı hospitallara yol alan təcili yardım maşınlarını unutmaq üçün susdum. Ancaq rejissor təhsilimdən sonra əlavə olaraq, Geştalt Terapiyası üzrə aldığım təhsilin alt bilik bazası qulağıma pıçıldamağa davam edirdi: Tamamlanmamış ehtiyaclar, emosiyalar insan bədəninə yük, psixikasına isə ağırlıqdır. Susmağa davam edəcəksən?!
Bir neçə il ötdü. Böyük Qayıdış planı əsasında Qarabağın minadan təmizlənmiş, yaşayış üçün təchiz olunmuş bəzi rayonlarına tədricən qayıdış başladı. Sosial şəbəkədə qarşıma bu video çıxdı: Ağdamda sadəcə özül daşları qalmış evin özülünə 70 yaşlarında yaşlı qadın ağı deyir. Özül daşlarından birinin üstündə isə həyat yoldaşı oturub, ağır kədər içində susur. Təxmini belə bir dialoq keçir sonra:
- Nə vaxt tərk etmisiz evi?
- 40 yaşlarında.
Qoşa keçən bir ömrün bir gecədə yarımçıq qalmış hekayəsini sadəcə evin ot basmış özül daşları bilir. 30 il əvvəl 40 yaşlarında olan qadın 70 yaşında ağı deyib göz yaşı tökür, kişi isəsusqunluğu ilə bu kədərə yas tutub şahidlik edir.
Sualım yaranır: Axı sənədli teatr özü bir insanın, bir icmanın, bir həyatın, bir tarixi hadisənin şahid sənədidir. İndiyə qədər çəkilən sənədli filmlərin, fotoların yanında bir də hadisələri sənədləşdirən tamaşa olsa necə olar? Bəs bu tamaşa necə qurular? O, anidən gələn “Evlərinizi təcili tərk edin!”dən “Gözünüz aydın! Gələn ay Ağdama qayıdırsız!” xəbərinə qədər baş verən hadisələrin xronoloji xəttini özündə necə əks etdirər?
Mənim rejissor beynim özü üçün dayanmadan sual yaratdıqca, ürəyim sıxılır. Dolmuş bulud ağlayıb boşalmadıqca, deyəsən, mənim də başım bədənimə ağırlıq etməyə başlayır. Qəhrəman axtarışındayam. Necə bir material tapım? Fotolar? Ola bilər. İnsanlardan müsahibəgötürmək? O da olar. Bəs kimlərdən? Bəlkəqazilərdən? Bəlkə Bərdədəki əhalidən? Mən sual verə-verə, sənədli tamaşanın pyesi üçün materialları kimdən toplayacağımı, nəyəfokuslanacağımı düşünürəm. Hekayəmin qəhrəmanı özünü çox gözlətmir. Onunla təsadüfən aztəminatlı ailələrdən olan yaşlı qızlar üçün keçdiyim dram məşğələlərindən qayıdanda tanış oluram. Sözümüz evin, uşaqların ehtiyaclarından keçib Qarabağ müharibəsinəgəlir. Mənə Xocavənddən olduğunu, 7 yaşında ikən bir gün axşam təcili evlərindən çıxmalı olduqlarını, səhər qayıdacağına inanaraq sadəcəmətkəb çantasını götürüb getdiyi evlərindən danışır. Dayısının ona aldığı SSRİ dövründəistehsal olunan iki əkiz gəlinciyi, nənəsinin qoşa mis aşsüzənini, xalı-xalçanı qoyub tərk etdikləri evlərinə nəhayət ki, 40 yaşlarında geri döndüyünü danışır. Necə?! 30 ildən sonra Xocavənddəki evə ayaq basmaq? Görəsən, uşaqlığını yarımçıq qoyub gəldiyi evə girəndə ilk nəyi axtarıb? Hansı hissləri, düşüncələri keçirib? 60 dəqiqəlik yolumuz mənim tamaşa üçün ideyamı dəqiqləşdirməyimə səbəb olur: 30 il əvvəl evindən çıxmış fərqli yaşlardakı qadınların 30 il sonra fərqli yaşda geri dönüşü. 30 ildə nəbaş verib?! Ömrün yarımçıq qalmış hekayələrinin susduğu torpağa dönmək necə bir hissdir? Dönüşdə post-travmatik stress pozuntusu səbəbindən mühit özü travma tətikləyicisinə çevrilə bilirmi?
Qadına tamaşa fikrimi səsləndirirəm. “Mənəmüsahibə verə bilərsənmi?” deyə soruşuram. Razılaşır. Mənə Xocavənddə evlərinə ilk dəfəgedərkən çəkdiyi videonu yollayır: Kamera əlindədir. Yanında kiməsə şəstlə cığırı, yolu, təbiəti izah edir. Addımları məğrurdur. Yaxınlaşdıqca evlərinin divar hissəsi görünür. Kamera titrəyir. Səsi əsir. Qəhərlənir. Əli gücsüzləşir. Yanındakı şəxs bir az da geciksə, telefon düşəcək. Telefonu ondan alıb onu çəkirlər. Evinə doğru gedir. Ağlayır. “Budur bizim evimiz!” Kadr bitir.
Mən isə birinci hissəni burada, Qarabağ hekayələrinin pyes ideyasının tapılmasında bitirib dayanıram. Növbəti hissədə sənədli tamaşanın pyes materialının formalaşdırılması vədramaturji mətnin hazırlanması prosesi ilə tanış olacağıq.
Aynur Zərrintac
ADMİU-nun İnklüziv Drama fənninin müəllimi
Ritual Teatr və Yaradıcılıq Laboratoriyasının təsisçisi və rejissoru
Böyük Britaniyanın York Universitetinin Magistr üzrə Teatr Rejissorluq ixtisasının məzunu
Müəllifin digər yazıları
Yaşar Qarayev dramla bağlı araşdırmalara faciə janrından, bu janrla bağlı araşdırmaya isə “Nə üçün Şərq ədəbiyyatında faciə janrı gec meydana çıxır?” sualından yol alır. Bu suala cavab axtararkən ilk istinad nö...
19 mart tanınmış teatr xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəcəb Məmmədovun 65 yaşı tamam olur. Bu münasibətlə Teatro.az sənət portalı olaraq, hörmətli Rəcəb müəllimi təbrik edir, ona cansağlığı arzulayır və sənət dost...
12 mart tarixində Azərbaycan Dövlət YUĞ Teatrının “Birinci akt” tamaşasının premyerası baş tutub. A.P.Çexovun “Albalı bağı” pyesi əsasında hazırlanmış “Birinci akt” YUĞ teatrının banisi, Əməkdar incəsən...
Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Teatr sənəti fakültəsi, Teatrşünaslıq kafedrasının təşkilatçılığı ilə “Teatr 2.0: Ruh və kod” mövzusunda beynəlxalq tələbə elmi konf...
10 mart – Milli Teatr Günündə CHARACTERS Müasir Dram Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə keçiri...
CHARACTERS Teatrı və Fluxus Space incəsənət qalereyası İsmayıl İmanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edirlər.
Tamaşa ağ durnaların qərb populyasiyasının son nümayəndəsi olan Omidi...
Şair xalq! Bu sözü bizə kənardanmı deyiblər, yoxsa özümüzmü söyləmişik bilmirəm. Ancaq onu bilirəm ki, bu sözdə böyük həqiqət payı var. Biz hamımız əlimizə qələm alı...
CHARACTERS Müasir Dramaturgiya Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə müsabiqənin ilkin nəticələrini açıqlayı...
Ötən gün Azərbaycan Teatr Xadimləri İttifaqında “Baxış-6” festivalı çərçivəsində rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda Anton Pavlovi&...
28 fevral 2026-cı il tarixində Şuşa Dövlət Musiqi Dram Teatrında Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü və “EMEDİA GROUP” Media Təşkilatının təşkilatçılığı ilə inklüziv və autizm spektrli uşaqların iştirakı i...