Rəcəb Məmmədov - Gənclərə dost deyən görkəmli alim
Tarix: 2020-04-04 12:41:07
Oxunma: 1634
Yazı ölçüsü
Bu gün, aprelin 4-ü görkəmli teatrşünas alim, sənətşünaslıq doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü İnqilab Kərimovun doğum günüdür.
İnqilab Saleh oğlu Kərimov (04.04.1931 – 22.07.2011) Azərbaycanın teatr tarixinə, tənqidinə və nəzəri məsələlərinə həsr olunmuş bir çox elmi, eləcə də bədii əsərlərin müəllifidir. Respublikada peşəkar teatrşünaslığın yaradıcılarından olan İnqilab Kərimov, Azərbaycan Teatr İnstitutunda yenicə açılmış teatrşünaslıq fakultəsinin ilk məzunlarından idi. Seçdiyi sənətə bütün varlığı ilə bağlı olan İnqilab müəllim, hələ gənc yaşlarından həmkarları arasında çalışqanlığı, işinə ciddi, vicdanlı, məsuliyyətli münasibəti, fəal vətəndaşlıq mövqeyi, milli təəssübkeşliyi ilə hörmət qazanmışdı. 1957-ci ildən taleyini Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun Teatr, kino və televiziya şöbəsi ilə bağlayan İnqilab Kərimov həmin şöbənin müdiri vəzifəsinədək yüksəlmişdi. O, 1963-cü ildə “Sovet Azərbaycanının gənclər teatrı” adlı namizədlik dissertasiyasını, 1988-ci ildə isə Moskvada “Azərbaycan teatrının yaranması, təşəkkülü və inkişafı problemləri (XIX əsrin sonu, XX əsrin əvvəlləri)” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək sənətşünaslıq doktoru alimlik dərəcəsi almışdı. 2001-ci ildə Azərbaycan MEA-nın müxbir üzvü seçilmişdi.
İnqilab Kərimovun pedaqoji fəaliyyəti də diqqətə layiqdir. O, 1968-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində teatr tarixi, teatr tənqidi və dram nəzəriyyəsi fənlərini tədris edirdi. Bu gün respublikamızda incəsənət sahəsində çalışanların böyük əksəriyyəti onun tələbələridir. Onlarla gənc alim, onun rəhbərliyi altında həyata vəsiqə alıb. O, hər şeydən öncə, ünsiyyətdə olduğu gənclərin insani keyfiyyətlərinə qiymət verir, onların savadlı olduqları qədər, mədəni, ləyaqətli, nəcib olmalarını arzulayırdı.
İnqilab Kərimov Azərbaycan teatrının müxtəlif problemlərinə həsr olunmuş 200-ə yaxın elmi əsərin, o cümlədən 30-a yaxın monoqrafiya və kitabın müəllifidir. Elmi əsərlərindən bir neçəsi rus dilində çap olunub. Onun “Abdulla Şaiq və teatr”, “Ağadadaş Qurbanov”, “Azərbaycan Dövlət Dram Teatrı”, “Əbdürrəhim bəy Haqverdiyev və teatr”, “Cəfər Cabbarlı adına Kirovabad Dövlət Dram Teatrı”, “Gənclik və gözəllik teatrı”, “Sənət yolu, dostluq yolu”, “Nəriman Nərimanov və teatr”, “Azərbaycan teatrının təşəkkülü və inkişafı”, “Türkiyə və Azərbaycan teatr əlaqələri”, “Şuşa-Ağdam teatrı”, “Azərbaycan teatrı 125”, “Azərbaycan teatr tarixi” və sair əsərləri bu gün də teatrsevərlərin maraqla oxuduğu kitablardır.
İnqilab Kərimov ayrı-ayrı universitet, institut və digər məssisələrdə fəaliyyət göstərən elmi və bədii şuraların, eləcə də Azərbaycan Yazıçılar Birliyinin, Teatr Xadimləri İttifaqının, Respublika Maarifçilik Cəmiyyətinin üzvü olmuşdur.
İnqilab müəllimin vəfatından doqquz ilə yaxın vaxt keçsə də, biz – onun sənət yoldaşları, tələbələri, öz təbirincə desək, gənc dostları bu gün onun təcrübəsinə, müdrik məsləhətlərinə daha böyük ehtiyac duyur, çoxsaylı əsərlərindən bəhrələnirik.
12 mart tarixində Azərbaycan Dövlət YUĞ Teatrının “Birinci akt” tamaşasının premyerası baş tutub. A.P.Çexovun “Albalı bağı” pyesi əsasında hazırlanmış “Birinci akt” YUĞ teatrının banisi, Əməkdar incəsən...
Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Teatr sənəti fakültəsi, Teatrşünaslıq kafedrasının təşkilatçılığı ilə “Teatr 2.0: Ruh və kod” mövzusunda beynəlxalq tələbə elmi konf...
10 mart – Milli Teatr Günündə CHARACTERS Müasir Dram Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə keçiri...
CHARACTERS Teatrı və Fluxus Space incəsənət qalereyası İsmayıl İmanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edirlər.
Tamaşa ağ durnaların qərb populyasiyasının son nümayəndəsi olan Omidi...
Şair xalq! Bu sözü bizə kənardanmı deyiblər, yoxsa özümüzmü söyləmişik bilmirəm. Ancaq onu bilirəm ki, bu sözdə böyük həqiqət payı var. Biz hamımız əlimizə qələm alı...
CHARACTERS Müasir Dramaturgiya Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə müsabiqənin ilkin nəticələrini açıqlayı...
Ötən gün Azərbaycan Teatr Xadimləri İttifaqında “Baxış-6” festivalı çərçivəsində rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda Anton Pavlovi&...
28 fevral 2026-cı il tarixində Şuşa Dövlət Musiqi Dram Teatrında Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü və “EMEDİA GROUP” Media Təşkilatının təşkilatçılığı ilə inklüziv və autizm spektrli uşaqların iştirakı i...
Şuşa Dövlət Musiqili Dram Teatrında Azərbaycan İncəsənət Məktəbi MMC-nin təşəbbüsü və "EMEDİA GROUP" Media Təşkilatının təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq həssas kateqoriyalı gəncin ifasında sürreal...
Yorğun adamın sayıqlamaları
“İçimizdəki köləni damla-damla sıxıb çıxarmaq lazımdır”
Anton Çexov
Planlı yaşamaqdan yorulmuşam – demək istədim, xatırladım ki, heç vaxt planlı yaşamam...