Razimə İsmayılova - ZEVS ALLAHLAR PANTEONUNUN DON JUANIDIR
Tarix: 2019-10-01 11:51:30
Oxunma: 2830
Yazı ölçüsü
Yunan mifologiyasında insanlarla tanrılar sanki bir evin içərisində yaşayırlar. Tanrılar insanlarla eynidir, onlara bərabərdir. Tanrılar da insanlar kimi sevinə, kədərlənə bilir, insanlar kimi yeyib-içir, törəyə, xəyanət edə, evlənib boşana bilirlər. Bu dediklərimiz yalnız yunan mifologiyasına aiddir. Mifin beşiyi Şərqdirsə, paytaxtı Afinadır. Mif tanrıları oyuncaq kukla kimi insanları əlində oynadır, onlarla kefi istədiyi kimi davranır. İnsanlarla kefi istədiyi kimi davrananlardan biri də Zevsdir. Zevs yunan allahıdır, adı hind-avropa mənşəlidir, isminin mənası “işıqlı səma” deməkdir. Allahların və insanların atası Zevs taleyindən qaçmaq üçün hər cür oyuna əl atır. Metida ilə Feditanı yada salaq. Hər ikisi ilahədir, su stixiyasına bağlıdılar. Su stixiyası ilə bağlı olan bir qadınla ilişki Zevsin taxt-tacına təhlükədir.
Metida ilə olacaq uşağının onu devirəcəyindən xəbər tutan Zevs Metidanı tırtıla çevirib udur və onun müdrikliyini qazanır. Bir müddət sonra Zevsin kəlləsindən öz yaraq-yasağı ilə Afina doğulur. Bundan acıqlanan Hera isə Hefesti ərsiz doğur. Eyni motivli süjetdə isə Heranın hiyləsi ilə Semela ölür, lakin uşağı xilas edə bilir. Uşaq çox zəif olduğuna görə Zevs onu öz ayağına tikir.
Zevs Fetidanı sevir, lakin kəhanətdə deyilib ki, Fetida ilə birgə olsa, yenə onu taxtdan salacaq bir uşaq dünyaya gələcək. Tale təkrarlanır, axı, Zevs özü də bir vaxtlar atası Kronu devirərək taxtı ələ keçirib. Özü də bu bir dəfə yox, bir neçə dəfə baş verib. Deməli, mif nə vaxtsa Zevsi taxtdan devirəcək. Tanrıların məsləhəti ilə Fetidanı qəhrəman Peleyə ərə verirlər. Zevs Fetidanı ələ keçirə bilməyin yollarını Peleyə öyrədir. Peley ilə Fetidanın toy məclisinə bütün tanrılar çağrılır. Yalnız nifaq ilahəsi Erida məclisə dəvət olunmur. Bundan qəzəblənən Erida həmişəki işini görür – nifaq salır. Eridanın gətirdiyi almanın üzərində “ən gözələ” yazısı var. Zevsin planı işləyir. Bu titul üzərində ilahələr savaşa çıxır. Zevs bir alma ilə üç ilahəni Hera, Afina və Afroditanı zərərsizləşdirir. İlahələr məsələnin həlli üçün Zevsə müraciət edirlər. Baş Olimp tanrısı bu işdən boyun qaçırır, məsələnin həllini daha bir qurbanına - Parisə tapşırır. Kimdir Paris? Paris Priamın oğlu, Troya şahzadəsidir. Paris, haradasa, Edipdir. O da Edip kimi öz ölkəsini məhv edəcək. Priam da Lay kimi öz oğlunu öldürməyi tapşırır. Lakin uşaq sağ qalır. İda dağının ətəklərində Mauqli sayağı yaşayan uşağı sonralar Ağelay taparaq böyüdür. Bundan sonra ilahələr Parisin yanına gedir və öz hədiyyələri ilə onu ələ almağa çalışırlar. Hera Parisə bütün Asiyanı, Afina hərbi şöhrət, Afrodita isə gözəl Yelenanı vəd edir. Paris Afroditanın təklifini eşidən kimi qəbul edir. Almanı Afroditaya uzadır. Bundan sonra Hera və Afina Parisə və troyalılara nifrət edir. Paris bu addımı ilə bilmədən Troyanın məhvinə imza atır, 10 illik müharibənin başlanğıcını qoyur.
Yunan mifologiyasında 10 rəqəminin xüsusi simvolikası var. Giqantomaxiya - allahlarla nəhənglərin savaşı on il davam edir. Troya müharibəsi on il sürdükdən sonra sona çatır. Poseydon Peleyi on illik səyahətə göndərir, Odissey öz doğma İtakasına on il sonra qayıda bilir. On rəqəmi sakraldır, kosmik rəqəmdir, bütün sayları özündə saxlayır. Mifologiyada kosmos xaosdan doğur. Buna görə də mümkün ki, bütün təkrarların hesabı bununla bağlıdır. Bu rəqəm özündə qayda, qanun, qüvvəni bildirir. Romalılarda 10 rəqəmi “X” işarəsi kimi tamlığı, bütövlüyü bildirir.
Paris Yelenanı unutmasına baxmayaraq, Afrodita onun yadına salır. Və beləliklə, Paris Yelenanın ardıyca Spartaya yollanır. Mifologiya olacaq bədbəxtlikləri öncəgörlər vasitəsilə personajlarına çatdırmaqla onlara şans verir, lakin personajlar öncəgörlərə inamamaqda israrlı olur. Budur, Yelena Troyadadır. Sparta ilə Troya savaşı başlayır. Artidlərə söylənilir ki, yalnız bu yürüşdə Axillesin iştirakı ilə Troyanı ala və məhv edə biləcəklər.
Kimdir Axilles? Axilles qəhrəman Peleylə ilahə Fetidanın oğludur, Zevsin ehtiyyat etdiyi o ərəndir. Absurd olan tərəf odur ki, qısa müddət ərzində Axilles böyüyüb yetkin bir igidə çevrilir. Bu hadisə ilə “Kitabi Dədəd Qorqud”un “Basatın Təpəgözü öldürdüyü boy” arasında paralellər aparmaq mümkündür. Orada Sarı çoban pəriyə tamah salır. Pəri “bir il tamam olanda əmanətini gəl al” - deyir. Vaxt yetişəndə çoban ət parçası tapır. Bu ət parçasına vurduqca o, elə hey böyüyür. Axilles də eləcə saatbasat böyüyür. Polifemlə oxşarlıqları budur ki, hər ikisinin bədəninə ox, nizə batmır, bıçaq kəsmir. Düzdür Fetida Axillesi Skits çayının sularında çimizdirir. Lakin bu qədər sürətlə böyüməsinin səbəbi açıqlanmır. Axillesin zəif yeri dabanı idisə, Polifemin zəif yeri gözü idi. Əgər Zevs Metidanı udmaqla müdriklik qazanırsa, belə çıxır ki, Fetidanı udsaydı gücü, qüdrəti iki dəfə artardı. Zevs Troya savaşı vasitəsilə Axillesdən gələ biləcək təhlükədən sovuşur.
Yunan miflərində maraqlı məqamlardan biri də tanrıların qohumluq əlaqələridir. Burada bacı-qardaş ilişkiləri nonsesdir. Mif tanrılara hər cür zövqü yaşamağa imkan verir. Zevs allahlar panteonunun Don Juanıdır. Mif bu ilişkiləri yaratmasaydı, yunan panteonu bu cür zəngin olmayacaqdı. Fetidadan Afina, Femidadan ilin fəsillərini idarə edən orlar, Evnomiyadan Qanun, Din, Ədalət və Sülh yarandı. Zevs üçün Evrinoma sevinc ilahələrini, öz bacısı Demetra Persefonanı (Aidin arvadı), Leto Appolon və Artemidanı, digər bacısı Hera Aresi doğmuşdur. Zevsin öləri qadınları Maya Hermesi, Semela Dionisi, Alkmena Heraklı dünyaya gətirmişdir. Maraqlı cəhət odur ki, mif insestə toxunmur. Bunu normal qarşılayır. Halbuki, tarixə baxsaq, insestə çox ciddi tabular qoyulmuşdu. Ən parlaq misal kimi, Avstraliya qəbilələrini göstərə bilərik (bax: Z.Freyd “Totem və tabu”).
Nəyə görə mifologiyada allahlara, tanrılara insestə icazə verilir. Adətən, belə izah verilir ki, tanrı öləri insandan yüksəkdir, siz öləri insanlarsınız, sizi idarə edən qaydalar və s. sizə aiddir. Fövqəl insanların, tanrıların insesti onu göstərir ki, onlar sizin dünyanızın adamları deyillər. Bütün bunlara rəğmən, mifologiya sakral qatda dayanır və bu kimi məsələlər mifologiyanı narahat etmir. Yunan miflərinə Zevsin sevgi macəraları romanı kimi də baxa bilərik.
Mifologiya, hətta səmavi dinlərə qədər yüksələ bilmişdir. Biz İslam, İncil və Tövratda mifoloji motivlər görə bilərik. Mif dindən daha qədimdir, ona görə də din bir çox nəsnələri mifdən götürmüşdür. Mifologiya ensiklopediyanı xatırladır, mündəricatında isə hər şey barəsində bir mif var. Dünyanın yaranması, məhv olması, insanların yaranması, tabular və s. Miflər siyasətdən tutmuş məişətəcən hər nəsnəyə cavab verməyə çalışıb. Mif ilk düşüncə forması olub təbiətin və dünyanın dərk olunmasıdır. Dünyada elə bir xalq yoxdur ki, onun mifologiyası, əsatiri olmasın. Şərq xalqlarının mifologiyası isə tarixinə görə daha əski zamanlara gedib çıxır. Ən çox tədqiq olunan, öyrənilən mifologiya yunan mifologiyası olsa da, tarix baxımından o özü bir çox məqamlarda Şərq mifologiyasından bəhrələnib. Lakin yunan mifologiyası işarələrlə, simvollarla daha zəngindir. Yunan mifologiyası elmə yönəlikdirsə, Şərq daha çox fəlsəfi yöndədir. Yunan panteonu politeist idisə, Şərq monoteist idi. Yunan panteonu insani hisslərlə bağlı hedonist, orgiyaçı idisə, Şərq mifologiyası daha çox patriotik idi.
Sovet və gürcü rejissoru, senaristi, dramaturqu, rəssamı, heykəltəraşı və Qabriadze teatrının yaradıcısı Revaz (Rezo) Levanoviç Qabriadze 1981-ci ildə Tbilisidə Marionet Teatrının əsasını qoyub. Bir çox filmlərin müəllifi...
"Teatro.az" sənət portalı Rusiyanın tanınmış teatr, kino və televiziya rejissoru Kirill Serebrennikovun yəhudi jurnalist Maşa Xiniçə verdiyi müsahibəni təqdim edir.
Kirill Semyonoviç Serebrennikov 2012-ci ildən M...
Teatro.az sənət portalı yapon rejissor Tadasi Sudzukinin Rusiyanın "Mədəniyyət” qəzetinə verdiyi müsahibəsini təqdim edir:
Qısa arayış:
Tadasi Sudzuki işləri dünya teatrına çox böyük təsir edən, d&uum...
Teatro.az sənət portalı fransız əsilli Kanada rejissoru Rober Lepajın Rusiyanın “RİA novosti” informasiya agentliyinin müxbiri Vladimir Vyatkinə verdiyi müsahibəni təqdim edir.
Rober Lepaj teatr və kino rejissoru, a...
Teatro.az sənət portalı Beynəlxalq Teatr Olimpiadasının sədri, “Attis” teatrının yaradıcısı və rəhbəri, məşhur yunan rejissoru Teodoros Terzopulosun Rusiyanın “Vedomosti” qəzetinə verdiyi müsahibəni təqdim edir:
...
“1789” (1970)
Bu, 1964-cü ildə on parisli tələbə ilə birgə sənətdə kollektiv yaradıcılığa və gündəlik həyatda bərabərliyə inanan könüllü insanların icmasını - Günəş teatrını yaratmış Ariana Mnuşkinan...
Misteriya–buff tamaşası, 1918-ci il
Misteriya–buff
Mövzusuna, estetikasına, bədii həllinə görə ilk inqilabi tamaşadır. Mayakovskinin bu pyesini o vaxtkı xalq komissarı maarifçi Anatoli Lunaçarsk...
Teatro.az sənət portalı Rusiyalı teatrşünas Kristina Matvienkonun məqaləsini təqdim edir.
“2019 Teatr Olimpiadası” Arzamas jurnalı ilə birlikdə gündəlik olaraq “Günün tamaşası” layihəsini keç...
Yunan mifologiyasında insanlarla tanrılar sanki bir evin içərisində yaşayırlar. Tanrılar insanlarla eynidir, onlara bərabərdir. Tanrılar da insanlar kimi sevinə, kədərlənə bilir, insanlar kimi yeyib-içir, törəyə, xəyanət edə, evlən...
Bu gün biz dünyanın 10 ən yaxşı, ən prestijli teatrlarından danışacağıq. Hər bir teatr öz teatr ənənəsinə və unikallığına görə fərqlənir.
Onluğumuzun ilk sırasında La Skala teatrı yer alır.
La-Skala
La Ska...