“İntəhası”ını Respublikanın Əməkdar artisti, teatr və kino aktyoru
Rasim Cəfər deyəcək.
Cavid Təvəkkül 2010-cu ildə Rasimi yaratdı. İntəhası... Rasimi 2007-ci ildə Asif Rüstəmov Anar kimi yaratmışdı. Cavid bir az özünəməxsus əlavələr elədi, nələrisə dəyişdi...
Yunus Əmrə deyir ki, əgər sən tam dağılmasan, heç kim səni yenidən inşa etməyəcək. İntəhası... adamda gərək dağılmaq istəyi, iradəsi ola. Və yaxud dağıtmaq. Çünki Nitşe də deyir ki, yeni məbəd tikmək üçün köhnəni alt-üst etmək lazımdır.
İzləyiciyə nə göstərsən, onu da izləyəcək. İntəhası... gərək adına, özünə layiq nələrsə göstərəsən.
Tamaşanın ən maraqlı hissəsi “paklon”dur. İntəhası... belə tamaşalarda paklona qədər dözmək olmur.
Dünya salamat olsaydı, incəsənətə də ehtiyac olmazdı. İntəhası... incəsənət ruhun ehtiyacıdır, nə qədər salamat da olsa, ruh bir səbəb tapacaq.
“Vallah, biz Kanna düşə bilərik”. İntəhası... Kann bizə düşmür... Biz çox ağıllı zadlar düşünürük.
Musiqi narkotik kimidir, insanı uyuşdurub aldadır. İntəhası... adam bu aldanmaqdan zövq alır. Ümumiyyətlə, insan yalana vurğundur, onsuz yaşaya bilməz. Heç kim aldatmasa da, özü özünü aldadacaq.
“Uşaqlar ağlarsa, ağlasın onların gözündə su var, göz yaşı hələ ki, yoxdur…” İntəhası... o suyu da israf etmək olmaz, onun hər damlası bir zərdir.
Günəş işığını görmək istəyən birinci gözünü silməlidir. İntəhası... gərək əvvəlcə bunu başa düşəsən, problemin gözündə olduğunu anlayasan və ən əsası günəş işığı sənə lazımdırmı? Bunu dəqiqləşdirmək gərək.
İradə olan yerdə çıxış yolu da var. İntəhası... bir də görürsən, hər şey var, istək yoxdur.
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...