Rejissor obrazı
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru, Əməkdar artist Nicat Kazımovun səhnə fəaliyyəti ilə tam tanışam desəm, yanılmaram. Onun yaradıcılığının 20 ili gözlərimin qarşısında keçib, çünki çalışdığı teatrın ədəbi-dram hissə müdiri kimi fəaliyyət göstərmişəm. 2008-ci ilə qədər teatrımızda rus bölməsi də fəaliyyət göstərirdi. Nicat müəllim hər iki bölmənin tamaşalarında rollar oynayır, hər iki bölmədə də tamaşalara quruluş verirdi. Ona tapşırılan bütün rollara böyük məsuliyyətlə yanaşmaqla yanaşı, obrazların bədii-estetik vizuallığını dəqiq ölçüdə təqdim edirdi. Tamaşa proseslərini izləyəndə də, bədii şura müzakirələrində də həmişə demişəm ki, Nicat müəllim sanki qurulu saatdır. O, rolları dinamik oyunu, həm də temporitmi gözləyərək, elə tərzdə ifa edirdi ki, obrazın bütün psixofizioloji gerçəkliyi tamaşaçıya çatırdı. Onun yaratdığı hər bir obrazın elmi əsası və təcrübi çözümü vardı. O, bunu quruluşçu rejissor kimi çalışdığı aktyorlara da təşviq edir.
Nicat Kazımov, quruluşçu rejissor kimi, boş səhnəyə aktyor gətirsə belə, oyunu elə tərzdə qurur ki, diqqət mərkəzinə düşür. Onun kütləvi səhnələrində əlli nəfər iştirak etsə də, epizodda və ya şəkildə mizan-məkan baxımından bir nəfər də kölgədə qalmır. Bu, rejissorun böyük insanpərvərliyi, həm də böyük istedadıdır. Onun quruluşunda bütün tamaşalar dinamika üstündə qurulur ki, bu da təcəssümün bir udum su kimi “içilməsinə” səbəb olur. Sözsüz ki, bu prosesdə Nicatın qavrama qabiliyyəti və emprikanın sirlərinə dərindən bələd olması da nəticənin uğuruna təsir göstərir.
Bir rejissor zirvə nöqtəsinə o zaman çatır ki, təcəssüm etdiyi əsərin qəhrəmanı öz fəaliyyəti ilə sekulyarlıq qazanmış bir OBRAZ olsun, eyni zamanda, onun təcəssümü hamını heyrətləndirsin. Gənclər və İdman Nazirliyinin orijinal bir layihəsi olan “Tarixin canlı səhifələri-2. Qadın hökmdarlar” (2014) rekonstruksiya bu baxımdan çox səciyyəvidir. Bu kompozisiyada Nicatın istedadının başqa tərəfləri üzə çıxdı: təbii pavilyonda qurduğunu ekran vizullağına çevirmək istedadı.
Aktyorlar açıq səhnədə çıxış edirlər. Nicat müəllim bunu canlı görüntü kimi ekranlaşdıra bilərdi, lakin mövzunun, tarixi faktların təsirliliyini artıqmaq üçün köməkçi vasitələrdən məharətlə istifadə etdi: musiqi dramaturgiyasından, bir də ekran effektlərindən (özü də ikiqat, üçəm, bəzən dördlük). Belə bir yaradıcılıq üsulu kompozisiyanı bədii televiziya filminə bənzədir, effekliliyini artırırdı. Xüsusilə, Ölkənin Birinci Vitse Prezidenti, Birinci xanım- Mehriban xanım Əliyeva ilə bağlı epizodlar və süjetlər çox diqqətçəkən və heyrətamiz idi. Tamaşaçıya ciddi, eyni zamanda, dünya səviyyəli müdrik bir xanımın obrazı orijinal şəkildə təqdim edilirdi. Tamaşaçı heyrətamiz əməlləri ilə, əfsanəvi qəhrəman obrazına bənzəyən canlı və müasir bir şəxsiyyət xanımla tanış olur. Bu bədii-sənədli-tarixi obraz özünün bənzərsizliyi ilə tamaşaçı qəlbini riqqətə gətirirdi. Bəli, belə bir xanım obrazına təcəssüm vermək cəsarət və istedad tələb edir. Bax, bu da Bizim Nicat Kazımovda var! Əlbəttə, dünya humanitar siyasət arenasının yüksək təbəqəsində qərar tutan xanım Əliyevanın mükəmməl bədii obrazını tam dəqiqliyi ilə yaratmaq, onu bədii-sənədli obraza çevirmək mümkün deyil, lakin bu yaradıcılığın humanistliyini və tamaşaçıya çox ciddi faktlar ötürümünü nəzərə alarıqsa, o zaman rejissor və təşəbbüsçülərə, təşkilatçılara təşəkkür etməyə borcluyuq.

Nicat müəllim çox çevik iş qabiliyyətinə malikdir. O, bütün canı ilə, qanı ilə tamaşa təcəssümü üzərində işləyir. Vaxt olub ki, Nicat müəllim öz maliyyə imkanları ilə quruluş vəsaitinə dəstək olub... Məsələ Nicat müəllimin nə gətirməsində deyil, üzərində yaradıcılıq işi apardığı tamaşanın daha uğurlu, daha baxımlı olması üçün hər bir detalı incəliklərinə qədər həll etməyə çalışmasındadır. Söz yox ki, bütün rejissorlar nəticənin uğuruna can atırlar... Nicat müəllim hər yerdə eyni məsuliyyətlə çalışır. Sonda kimin nəyə qadir olduğunu, nəyin nə olduğunu biz də görürük. Hörmətli həmkarımızın teatrdan kənar bütün layihələri həm ona, həm də teatrımıza hörmət gətirib. Rəsmi dövlət tədbirlərində rejissorluğu, Milli Teatrda, Moldova Respublikasında quruluş verdiyi tamaşalar, ən məşhur layihə olan İngiltərə şou-konsert layihələrindəki fəaliyyəti həmişə həm mütəxəssislər, həm də teatr ictmaiyyəti tərəfindən çox sevinc və hörmətlə qarşılanmışdır.
Böyük Britaniyanın paytaxtı London şəhərində keçirilən ənənəvi “Vindzor Kral Atçılıq Şousu”nda Əməkdar artist Nicat Kazımovun hazırladığı “Xarı bülbül” adlı xüsusi şou-kompozisiya kraliça II Yelizavetanın doğum şərəfinə həsr olunsa da, əslində Azərbaycanın tarixi həqiqətləri özünün nikbin notları ilə öz əksini tapır. Belə bir məsuliyyətli kompozisiyanın təcəssümünü vermək üçün istedadlı olmaq kifayət deyil, həm də siyasi baxımdan dünyagörüşü lazımdır. Nicat Kazımov bunun da öhdəsindən ləyaqətlə gəldi. 2018-ci ildə Böyük Britaniyada II Yelizavetannın şərəfinə təşkil olunmuş Vindzor Kral At Şousunun rejissoru kimi “Hərbi əməkdaşlıq sahəsində xidmətlərinə görə” medalı, 2019-cu ildə “Azərbaycan Respublikası Sərhəd Mühafizəsinin 100 illiyi” yubiley medalı ilə də təltif edildi.
Ümumiyyətlə, Nicat Kazımovun istedadının açılmamış qatları var. Bu qatların açılması teatr sənətində dərin iz buraxacaqdır. Bir vaxtlar Nicat müəllimin rejissurasına, hətta mürəkkəb quruluşlu və ruhu sarsıdan musiqi dramaturgiyası ilə tamaşaçıların böyük rəğbətini qazanmış “Pəri Cadu” tamaşasından sonra belə, barmaqarası baxanlar da olub. Tamaşa istehlakının sayı, eyni zamanda, tamaşaçların və KİV-in maraq dairəsi nəzərə alınarsa, Nicat Kazımov heç də uzun illərin təcrübəli rejissorlarından geri qalmır. Artıq onun da bu sahədə iyirmi beş illik təcrübəsi var. Nicat ifada mürəkkəbliyi sevir, lakin nə edirsə-etsin, anlaşılır.
Nicat müəllimin məşqlərində çox olmuşam, fikir mübadiləsi aparmışam. Onun ən çox xoşuma gələn cəhəti səmimiliyidir. Dinləyir, düzəliş lazımsa edir, lazım deyilsə də, bunun mübahisəsini etmir, alternativ variant tapır. Onun daxili ideya və mövzularla qaynayıb daşır.
Nicat müəllimin, bir insan kimi yaxşı xüsusiyyətlərindən biri də budur ki, heç kəs və heç nə onun qarşısını ala, həvəsdən sala bilmir. O, bir traktor kimi qarşısına çıxan hər bir maneəni vurub dağıdır, irəlyə doğru addımlayır.
Rejissor təcəssümü
Nicat Kazımovun ən uğurlu yaradıcılıq işlərindən biri Ə.B.Haqverdiyevin “Pəri Cadu” faciəsidir. Belə ağır faciəyə quruluş verməklə, o, özünü çox ağır sınaq qarşısında qoydu. Bu faciə ilə bağlı tarixdən bir sıra faktlar bəllidir...
Deyək ki, hörümçək torundan (tavana qədər qurulmuş kəndir hörgüsündən) dünya teatrlarında istifadə olunub. Bunu Nivcatın üzünə vurmayanlar arxasınca deyirdilər. Bəs, Nicat müəllimin tamaşaların plastik həllini verməsinə nə deyirsiniz? Nəyi öyrənibsə, onu kamilləşdirib. Buna görə də qurduğu etüdlər, rəqslər, kölgə oyunları tamaşaçını valeh edir. Ağaxan Salmanlının “Möcüzəli pillələr” tamaşasının finalı kölgə oyunu üstündə qurulub. Bu oyun fasiləsiz dəyişən mənzərələrdən ibarətdir: Bakı şəhərinin, Milli Bayrağın, Qız qalasının, dənizin, gəminin, insanların və s. təsvirindən ibarətdir. Kölgə oyunu slayd göstərisindən ibarət deyil, bütün təsvir hərəkətlidir, yəni fasiləsiz hərətkətdən ibarətdir. Heç bir vasitədən və əşyadan istifadə etmədən belə bir plastik həlli canlı insan bədəni ilə yaratmaq heç də asan məsələ deyil.
Teatrımızda hazırladığı tamaşaların məşqi və təhvili zamanı müəyyən fikirlər söyləmiş, iradlarımı bildirmişəm. Lakin heç vaxt onun istedadına və şəxsiyyətinə toxunan bir söz deməmişəm. Həmişə onun fitri istedadına güvənərək fikirlərimi demişəm. Bilmişəm ki, Nicat məni duyur, o da mənim kimi, yalançı boyalarla illüziya yaradanlardan fərqlidir. Əgər o, hansısa bir görüntünü səhnə təcəssümünə çevirirsə, onu mütləq öz fantaziyasından keçirir, ona yenilik qatır. Məsələn, “Pəri Cadu”da işlədilən hörümçük toru. Heç kəs Nicat müəllim kimi bu toru təcəssümə uğratmayıb – toru personaja çevirə bilməyib . Finalda obrazlar elə bir jestlə tora yapışıb slayda çevrilirlər ki, tamaşaçı heyrətlənməyə bilmir. Hədsiz fiziki elementlər üzərində qurulmuş bu tamaşa, ağır faciə olmasına baxmayaraq, maraqla baxılır.
“Ana qaz” və ya ilk dəfə açıqlanan hadisə
İstedadlı insan mənim ürəyimdir, nəfəsimi istəsə verərəm, təki pessimizmə qapılıb geri çəkilməsin, çünki mən bunun ağrısını çox yaşamışam.
Gənc Tamaşaçılar Teatrına təzə ədəbi-dram hissə müdiri təyin olunmuşdum, repertuar tamaşalarını diqqətlə izləyirdim. Günün birində Nicat Kazımovun Rəsul Rzanın “Ana qaz” şeirinin motivləri əsasında səhnə redaksiyasını işlədiyi və quruluşçu rejissoru olduğu tamaşanın növbəti nümayişi idi. Mən, o zaman teatrın direktor müavini Nailə Bünyadzadə və pedaqoq Nigar Əzimova zalda idik...
Tamaşanın motivi, dramaturgiyası, baş verən faciə ruhumuzu elə sarsıtdı ki, hər birimizin gözündən yaş gilələndi. Görüntü sətiraltı mənalarla gah 90-cı il yanvar hadisələrini, gah da Qarabağ Şəhidlərini xatırladırdı. Buna baxmayaraq, o zaman teatrımızda tez-tez baş verən üsyankar hadisələrə bənzər bir hadisə baş verdi. Valideynlər arasında xoşagəlməz replikalar eşitdik. Mən onlara hörmətlə cavab versəm də, bir də xəbər gəldi ki, bir dəstə teatrın qarşısında toplanıb, etiraz aksiyası keçirir. Biz üçümüz tələsik ora qaçdıq. Valideynləri həm sakitləşdirdik, həm də tamaşanın bədii dəyəri, məziyyətləri barədə şərh verdik. Onlar sakitləşib uzaqlaşsalar da, teatrın direktoru Kamal Əzizov məni kabinetinə çağırıb əsəblə dedi: “Sən hara baxırsan? Belə biabırçı tamaşa olmaz, özü də bura dövlət teatrıdır. Bir hissəli tamaşa göstərmək ixtiyarımız yoxdur. Tamaşanın bağlanması barədə raport hazırla.”
Nə qədər müdafiə mövqeyində dayansam da, Kamal müəllim razılaşmadı. Ona bir söz demədən, kabinetindən çıxan kimi Mədəniyyət Nazirliyinə yollandım. O zaman incəsənət idarəsinin rəisi, Əməkdar İncəsənət xadimi Əliqismət Lalyevin qəbuluna getdim. Vəziyyəti, tamaşanın məziyyətlərini izah etdim. “Əgər bəhanə tamaşanın bir hissəli olmağıdırsa, onu iki hissəsli etmək, Nicat üçün çətin bir şey deyil, lazım gələrsə, mən də kömək edərəm”. Nicatın heç kəsin köməyinə ehtityacı olmadığını bilsəm də, müdaifə xatirinə bunu dedim. Çox xahiş etdim ki, bu məsələyə müdaxilə eləsin. Əliqismət müəllim elə mənim yanımdaca telefonu götürüb, direktor Kamal Əzizova zəng elədi. Sonra Nicat da nazirliyə gedib, nə danışıblar bilmirəm. Amma mənim hərəkətim Kamal Əzizovun xoşuna gəlmədi. Teatra çatan kimi məni yenidən yanına çağırdı. Niyə Nicatı müdafiə etdiyimi soruşdu. Dedim: “Kamal müəllim, əvvəla Nicat çox istedadlıdır, ona dəstək olmaq lazımdır ki, teatrımız üçün iş görsün. İkincisi, mən onu yox, teatrımızı müdafiə etdim. Öyrədilib üstümüzə salınmış bir neçə tamaşaçı bu tamaşanın bağlandığını biləndən sonra bütün mətbuata yayacaqlar ki, zəif tamaşa hazırlayıblar, biz bağlatdırdıq. O zaman teatrın vəziyyəti necə olar? Bütün mətbuat bu məsələyə qarışar...” Kamal müəllimin qaşları çatıldı, keçib stulunda oturdu. “Yaxşı, onda bu tamaşanı iki hissəli edin!”-dedi. Mənim heç bir köməyim və müdaxiləm olmadan Nicat müəllim bu tamaşanı iki hissəli tamaşaya çevirdi. Və uzun illər teatrımızın ən çox oynanılan tamaşalarından biri oldu. Bunun bir səbəbi Nicat Kazımovun istedadı ilə bağlı idisə, digər bir səbəbi teatrın aktyorlarının böyük istedadla, böyük məhəbbətlə bu alleqoriyanı tamaşaçılara ötürmək bacarığında idi.
Bu hadisəni yazmaqda məqsədim budur ki, istedadları, yaxşı tamaşaları müdafiə etmək lazımdır. Bu gün biz belə bir qayğını teatrımızın direktoru hörmətli Naidə xanım İsmayılzadədən görürük və buna görə dərin təşəkkürümüzü bildiririk. Əgər mən o zaman raport yazsaydım, bu məsələ çox uzanacaqdı. Bax, ondan sonra Nicat müəllim daha inadla, bütün istedad və bacarığı ilə çalışmağa başladı, bir-birindən maraqlı tamaşalar hazırladı. O, həm kollektivin, həm nazirliyimizin, həm də tamaşaçıların rəğbətini qazandı. Bir ədəbi hissə müdiri kimi və mənə olan zənglərdən, fərdi görüşlərdən bilirəm ki, bir çox müəlliflər əsərlərinə Nicatın quruluş verməsini arzulayırlar. Çünki Nicat hər bir tamaşa üzərində canı ilə, qanı ilə çalışır, onun müasirliyini, mövzu və ideya aktuallığını təmin edir.

“Leyli və Məcnun” və təmiz hafizə
Nicat Kazımovun hafizəsinin təmizliyi onun qavrama qabiliyyətinə elə bir güc-qüvvət verib ki, qarşısında heyrətlənməmək mümkün deyil. “Leyli və Məcnun” tamaşamız dahi Füzulinin eyniadlı poemasının motivləri əsasında hazırlanmışdır. Bu tamaşanın məşqlərində şahidi olurdum ki, Nicat müəllim hər hansı mizan və ya jestikulyasiya üçün düzəliş zamanı həmin obraza aid qəzəlləri də əzbərdən deyir, sonra ifaçıdan təkrarının icrasını tələb edirdi. Adi halda nəsrlə yazılan hər hansı bir əsəri dəfələrlə dinlədikdən sonra onu əzbərləmək olar. Lakin əruz vəznində olan bir tamaşanın bütün qəzəllərini əzbərdən bilmək hər kəsə nəsib olan qavrama qabiliyyəti deyil. O, eyni zamanda, iştirakçının sayından asılı olmadan, hər kəsin mizanını əzbərdən bilir, buna görə də yanlış addımlarda aktyoru mat qoyur.
Bu tamaşa elm sahibləri təfindən fərqli fikirlərə səbəb olsa da, tamaşaçı əzbərdən bildiyi bu mövzunu teatrımızın təqdimatında, Nicatın quruluşunda, istedadlı kollektivimizin ifasında könül xoşluğu ilə qəbul etdi. Tamaşa zamanı tamaşaçıların gözlərindəki yaşı görüb biz də kövrəlirdik. Axı, o, bizi qəbul edib! Deməli, biz teatr olaraq məqsədimizə çatmışıq!
Nicat müəllim bizdən hər hansı bir irad eşidəndə gülümsəyib. Başa düşmüşəm ki, O, özünə, işinə, hər şeydən öncə isə daxili imkanlarına güvənir. Biz tənqid etsək də, etməsək də, Nicatın yaradıcılığında gizli bir sirr var: həmişə tamaşaçı rəğbəti aurasında xumarlanır, onun təcəssüm verdiyi tamaşalar həmişə teatrlarda ən çox seyrçi rəğbəti qazanan tamaşalardan olur və KİV tərəfindən xoş sorağı gəlir.
Mən əminəm ki, Nicat yaxın gələcəkdə yeni tamaşaları ilə hamını heyrətləndirəcək. Təkcə Gənc Tamaşaçılar Teatrının deyil, Azərbaycanın teatr tarixinə artıq adını yazmış Əməkdar atrist Nicat Kazımov bu tarixin daş yaddaşını dəlib, orada özünü və yaratdıqlarını əbədi məskunlaşdıracaqdır.
Rafiq Rəhimli,
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının ədəbi-dram hissə müdiri
Müəllifin digər yazıları
25 aprel 2025‑ci il tarixində Azərbaycan Dövlət YUĞ Teatrının səhnəsində CHARACTERS Müasir Dramaturgiya Festivalı və EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsinin birgə təşkil etdiyi Azərbaycan dilinə pyes tərcüm...
l hissə
İnstinktiv davranışlar dramaturji mətnə qarşı
İrland mənşəli Britaniya dramaturqu, ssenaristi və rejissoru Martin Makdona geniş tamaşaçı kütləsinəqısametrajlı “Altıaçılan” ...
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayevin başqa işə keçirilməsi və teatrdan ayrılması xəbərini hər kəs çox müəmmalı qarşıladı. Nə baş verir? Kifayət qədər teatr təcrübə...
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
4 aprel "Xurşidbanu Natəvan" 19:00
5 aprel "Sənsiz" 19:00
6 aprel "Ölülər" 19:00
11 aprel "Müfəttiş" 19:00
12 aprel "Müfəttiş...
CHARACTERS Müasir Dramaturgiya Festivalı və EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi Azərbaycan dilinə pyes tərcümələri müsabiqəsinin nəticələrini elan edib. Qeyd edək ki, müsabiqənin şərtlərinə əsasən, 19...
Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Teatr sənəti fakültəsi Teatrşünaslıq kafedrasının təşkilatçılığı ilə “İncəsənətdə postmodernizm dövrü və sonrası” mövzusun...
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “Pillə 3” Tələbə Tamaşaları Festivalına tamaşa qəbulu elan edir.
2025-ci il 26-30 may tarixlərində baş tutacaq festival tələbələri yaradıcılığa ruhlandırmaq, onlara sənət...
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
1 mart-"Qarabağnamə"-"İ.Əfəndiyev"-12:00
1 mart-"Ah bu uzun Sevda yolu"-"Ə.Əmirli"-19:00
2 mart-"Bir qalanın sirri"-"Ə.Təhmasib"-...
Filosof, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, fəlsəfə elmləri doktoru Niyazi Mehdi vəfat edib.
Bu barədə mətbuata onun ailə üzvləri məlumat verib.
Qeyd ed...