Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Qusar Dövlət Ləzgi Dram Teatrında həyata keçirdiyi layihə başa çatıb.
Layihə çərçivəsində, bölgə teatrlarını inkişaf etdirmək və onları Bakı teatrlarında gedən proseslərə yaxınlaşdırmaq məqsədi ilə rejissor Abdulla Elşadlı Qusar Dövlət Ləzgi Dram Teatrına ezam edilib. Layihənin yekunu olaraq, dekabr ayının 1-də Cəlil Məmmədquluzadənin "Eşşəyin itməkliyi" povestinin motivləri əsasında Abdulla Elşadlının quruluşunda "-sız; -Siz; -sUz; -Süz" (SUS) tamaşasının təhvili və ictimai baxışı baş tutub. Epik üslubda hazırlanan tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı Bədəl Bədəlov, musiqi tərtibatçısı isə Abdulla Elşadlıdır.
Rolları truppanın üzvləri Tofik Mustafayev, Yalçın Qaraxanov, Bədəl Bədəlov, Yeganə Kərimova, Ramella Mahmudova, Pirverdi Pirverdiyev, Tacir Şahbazov, Yura Kərimov, Samir Babayev, Elnur Hacıyev, Bağır Əhmədov, Malik Ramazanov ifa edirlər. Tamaşadakı zonqların müəllifi - gənc teatr rejissoru və şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı Ümüd Abbas Nihanidir.
Səhnə əsəri həm teatr ictimaiyyəti, həm də tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Tamaşadan sonra müzkirədə qonaqlar da öz fikirlərini söyləyiblər:
Ümüd Abbas Nihani (Tamaşada zonqların müəllifi, Sumqayıt Dövlət Dram Teatrının quruluşçu rejissoru):
Bu tamaşanın quruluşu prosesi mənim həyatımda bir ilk idi. İlk dəfə idi ki, hansısa tamaşaya zonq yazırdım. Maraqlı olduğu qədər də, çətin oldu. Çünki eyni zamanda əsərinə zonq yazdığın müəllifin dilini tutmalısan. Mirzə Cəlilin dilində yazmaq onu başa düşməkdən daha çətin idi. Hələ Abdullanın daha ağır tələbi var idi. "Zonqlar əruzda yazılmalıdı". Bilənlər bilir ki, əruz vəznində yazmaq çox çətindi. Buna görə də ciddi bir iş ərsəyə gəldi. Nə qədər öhdəsindən gəldiyimi tamaşaçı daha yaxşı bilər. Amma tamaşaya baxanda çox zövq aldım. Quruluş və imkansızlığın içindən doğan yaradıcılıq tamaşaya zəhmət qarışıq bir gözəllik, duyğu verirdi.
Tural Qara (Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru):
Bu tamaşaya baxdıqdan sonra yalnız bunu deyə bilərəm - rejissor! rejissor və yenə də rejissor! Rejissor olduqda istənilən truppada möcüzə yaratmaq olar. Mən Mirzə Cəlilin bu povestinin bu formada yozumunu düşünməzdim. Düşünürəm ki, gələcəkdə mən qursam bu əsəri necə qurardım - gözümün qabağına ancaq dəmir yolunda əlində çamodan yatıb qalmış yazıq Məhəmmədhəsən əmi gəlir.
Ərtoğrul Kamalov (Azərbaycan Dövlət Akademik Musiqili Teatrının quruluşçu rejissoru, BakuTv-nin xüsusi müxbiri):
Mən artıq Abdullanın ikinci tamaşasına baxıram. Bundan əvvəl Lənkəran Dövlət Dram Teatrında Əbdürrəhim bəy Haqverdiyevin, Mixail Bulqakovun və Səbuhi İmanovun mətnləri əsasında "The Müqəssir" tamaşasını izləmişəm. Hər ikisində az rast gəlinən yeni düşüncə, yeni teatr forması və mətnə yeni yanaşma gördüm. Mən özüm rejissor olaraq forma dəlisiyəm. Ona görə də yeni formalar mənim diqqətimi çox çəkir. Abdullanın tamaşalarında da bu var. Hal hazırda Azərbaycan teatrı üçün problemli dərəcədə önəmli bir şey də var Abdullada - aktyorla iş. Baxırsan ki, hər xırda jestə qədər o aktyorlarla işləyir, aktyor tam formanı öz əyninə geyinib o formanın içində rahat var olur. Abdullanı təbrik edirəm və növbəti tamaşalarını gözləyirəm. Bütün tamaşalarına sevə-sevə, qaça-qaça gələcəm. O, yenilikçidir. O, bizə çox tanış olan mətnlərə standartlardan kənar yozum verir. Onun tamaşaları özü bir yeni mətndir.
Tamaşadan sonra çıxış edən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Teatr sektorunun müdiri, teatrşünas Vəfa Novruzova bildirdi ki, bu tamaşa mənim üçün artıq tamaşaçı salonuna daxil olanda başladı. Vağzalın səsi, anlaşılmayan səslə "Danabaş-Məşhəd-Kərbəla reysinə miniyin başa çatması" elanı, sonra isə Kassirin zibil qabından tapdığı kitab (bəlkə bu "Anamın kitabıdır"?" - bilmək olmaz), kənd sakinlərinin əllərində çamodan çıxıb ziyarətə getməzdən qabaq dilək ağacına parça bağlaması və birdən gözlənilmədən başlayan "Danabaşların xoru":
“Qurbanın olum ey ürəyim dinmə sənallah,
Lal ol və danışma”!
Bu xor, bu qarmaqarışıqlıq sən demə bayaqdan dəmir yolunun üstündə biz içəri girəndən yatıb qalmış, əlində Həzrəti Abbasa məktub Məhəmmədhəsən əminin yuxusu imiş. O, yuxudan ayılır və səhnəyə əyri-üyrü üzləri olan maskalar, kənd sakinləri daxil olur. Başlayır fars, qrotesk komediya. Amma bir initlti var - sona aparan leytimotiv inilti. Abdulla Mirzə Cəlilin yumorunu tutmuşdu. O, Azərbaycan milli teatrının kökləri ilə Avropa teatr ənənələrini qarışdırmış və nəticədə çox maraqlı bir tragi-fars ortaya çıxmışdı. Bu formada tamaşa, bu formada var olma Ləzgi Teatrının səhnəsində birinci dəfə idi. Və çox qəribədir - aktyorlar öhtəsindən gəldilər bu formada var olmanın. Bu teatrı tanıdığım son 18 ildə hələ mən belə tamaşa görməmişdim. Bir sözlə, təbrik edirəm!
Sonda Vəfa Novruzova tamaşanın qəbul olunduğunu və gələn il paytaxt tamaşaçıları qarşısında oynamaq üçün Qusar Teatrının Bakıya qastrol səfərinin təşkil ediləcəyini söylədi.
Müəllifin digər yazıları
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti İnformasiya Texnologiyaları İnstitutu və Azərbaycan Texniki Universiteti ilə birgə “Müasir incəsənət məkanında süni intellekt: problemlər və perspektivlər” mö...
Ritual Teatr və Yaradıcılıq Laboratoriyası Azərbaycan tarixinin 1-ci və 2-ci Qarabağ müharibələrini sənədli teatr kontekstində səhnələşdirmək məqsədilə 30 illik hekayələrin toplanması üçün qrup müzakirəsi təşkil edir. Layih...
CHARACTERS Müasir Dramaturgiya Festivalı və EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi müasir pyeslərin (1950-ci ildən sonra yazılmış pyeslərin) Azərbaycan dilinə tərcümələrinin qəbulu ilə bağlı müsabiqəni a...
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “İncəsənətdə postmodernizm dövrü və sonrası” mövzusunda tələbə elmi konfransı keçiriləcək.
Teatr sənəti fakültəsinin Teatrşünaslıq kafedrası t...
(Aydın Talıbzadənin “Faciə: janriçi mutasiyalar” dərsdənkənar oxu vəsaiti əsasında)
Azərbaycan ədəbiyyatşünaslığında faciə janrının sistemli tədqiqi 1960-cı illərdən başlayaraq aktuallaşmı...
AZƏRBAYCAN DÖVLƏT AKADEMİK MİLLİ DRAM TEATRI
1 yanvar “ Nindza tısbağalar və kapitan Cekin macəraları” – 14:00
2 yanvar “Nindza tısbağalar və kapitan Cekin macəraları” – 16:00
7 yanvar “Cənnət v...
Müsahibim Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru, Əməkdar artist Nicat Kazımovdur.
- Nicat müəllim, ilk sualımı sizə bir aktyor kimi ünvanlamaq istəyirəm. Elə bir arzuladığınız obra...
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə 2025-ci ilin martın 10-dan 17-dək Milli Teatr Gün&uum...
18 dekabr saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında gənc yazıçı-dramaturq Ülviyyə Heydərovanın "İnanıram" monopyesi rejissor Leonid Kletsin quruluşunda təqdim olunacaq.
“Şöhrət” ordenli...
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin yaradılmasının 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova giriş sözü ilə açar...