TEATRO

TEATRO

sənət portalı

post-title

“Qulluqçular” tamaşası nümayiş olunacaq

Noyabrın 28-də “YARAT” Müasir İncəsənət Mərkəzində Jan Jenenin məşhur “Qulluqçular” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq. 

Tamaşanın rejissoru, xoreoqrafı və musiqi tərtibatçısı S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının truppa müdiri, rejissor Raulə Türkkan, Rəssam-dekoratoru Viktoriya Lerman, işıq üzrə rəssamı Kərim Əsgərov, kostyum üzrə rəssamı Əməkdar mədəniyyət işçisi Olqa Abbasova, səs rejissoru Nəzrin Məcidova, rejissor köməkçisi Lana Afoninadır. 

Rus dilində təqdim olunacaq tamaşa absurd janrda hazırlanıb və 18 yaşdan yuxarı tamaşaçılar üçün nəzərdə tutulub.  

Səhnə əsərində Madam rolunu Olqa Arsentyeva, Solanjı Milana Sokolenko, Kleri isə İnna İmranova oynayır. Azərbaycanın Əməkdar artisti Nigar Ramazanova və Aysel Verşuren Kölgə rolunda səhnəyə çıxırlar. 

Tamaşada iki bacının həyatından bəhs olunur. Qulluqçular – Solanj və Kler bacıları öz acı talelərinin öhdəsindən gəlməyə çalışırlar. Onlar öz sahibələrinə qulluq etməkdən yorulublar və həyatlarının qalan hissəsini mətbəxdə keçirmək istəmirlər. Bacılar təkcə öz işlərinə, sahibləri “Madam”a deyil, həm də bir-birlərinə nifrət edirlər. Öz talelərinə nifrət edən qulluqçular, “Madam”ı və ya bir-birlərini “oynamaqla”, bu oyunda öz talelərinin öhdəsindən gəlməyə çalışırlar. Onlar kimi istəsən oynamağa hazırdırlar, bircə özləri olmasın!

Load Time (S) : 0.007326