5 günlük “4.4 Qısa Tamaşalar Festivalı”nda 4 gündə oynanılan 22 tamaşanın hər biri özündə 44 günün yükünü daşıyır.
22 tamaşadan ilk 3-lüyə layiq görülən tamaşalar:
III Yer - “Sonuncu görüş” - iki sevgili, iki bir-birini sevən insan tamaşanın əsas personajlarıdır. Doğrusunu desəm, tamaşa başladıqdan sonra, rejissor Tərlan Abdullayevin bizə çatdırmaq istədiyi fikirləri, bəzi fraqmentləri anlamaq çətin idi mənim üçün - personajların dialoqu, əsgər çəkməsi və çəkmə içərisində qızılgül.. Ancaq sonradan biz bu dialoqlara öyrəşirik, hər dəfə oğlanın qıza verdiyi qızılgül və çəkmə bizim üçün doğmalaşır.
- Necəsən?
- Elə həmişəki kimi.
- Bilirəm, həmişə belə deyirsən, ancaq yaxşı deyil heç nə. Yaman narahatam sənin üçün.
Hər gün axşam idmanı üçün yürüşə çıxan sevgililər dayanmadan qaçırlar. Söhbətləşirlər, hal-əhval tuturlar bir-birlərindən. Ta ki, sevgililər ayrılanadək bu qaçış davam edir: “Mənim orada olmağım mütləqdir və mənim orada olmağım, bilirsən, nə qədər əhəmiyyətlidir” deyən oğlan öz sevgilisini tək qoyanadək. Bundan sonra bizə çəkmənin niyə orada olduğu bəlli olur. Dayanmadan irəli gedən döyüşçüdən sona qalan sadəcə bu çəkmə və qıza bağışlanan yalnız qızılgül olur.
II Yer - “44” – Zaur Əliyevin qurduğu bu tamaşanı sadəcə izləmək yetərlidir ki, biz hadisələrin axarından həm zövq alaq, həm də müharibənin acı tərəfini yaşayaq bir daha.
İki gənc, iki sevgili bağçada yan-yana əyləşiblər. Onların rəqsi musiqi sədaları ilə müşayiət olunur və biz bu iki gəncin bir-birlərinə necə bağlı olduqlarını görürük. Onların rəqsi insanı alıb uzaqlara aparır, biz də bir anlıq dalırıq onların harmoniyasına. Ancaq birdən ildırımlar, atəş səsləri... Sevgililər ayrılır, oğlan döyüşə gedir, həlak olur, qız isə onun yolunu gözləyir. Lakin düşmən qızın yaşadığı yerə də basqın edir, qız da mərmilərə tuş gəlir. Sonda isə sevgililərin ruhları rəqs etməyə başlayır və əyləşdikləri stullar bizi Zəfərə aparan 44 günün nə qədər günahsızın da həyatını məhv etdiyini göstərir.
I Yer - “Qonşu” – Xeyir və Şər – bizə Avestanın, eynilə digər bütün dinlərin təlqin etdiyi məfhumlardır. Xeyir və Şər əslində yoxdur. Xeyir Şərə görə Şər, Şər isə özünə görə həmişə Xeyirdir. Nihad Qulamzadənin müəllifi və rejissoru olduğu tamaşada iki tərəf görürük: öldürülən insanlar və qəsbkar insanlar, pis insanlar və yaxşı insanlar.
Öz qonşuluğunda yaşayan azərbaycanlı ailəsini öldürərək onların varına-mülkünə sahib çıxan erməni ailəsi, müharibənin başladığını eşitdikdən sonra təşvişə düşür. Gözlərinin ağı-qarası bircə övladları var ki, onu da məcburi olaraq döyüşə aparırlar, lakin oğlan fərarilik edir, döyüşdən qaçır. Döyüşdən qaçmaq da, bilirik ki, mərdlik hesab olunmur. Tamaşanın sonunda validenləri qətlə yetirilən, öz evindən didərgin düşən azərbaycanlı əsgər ata-baba yurduna qayıdır. Ona bəlli olur ki, əslində bu evdə yaşayan ailə onun valideynlərini qətlə yetirərək bu mülkə sahib çıxıblar. Finalda erməni ailəsi məhv edilir və əsgər, öz baba yurdunu yenidən qururaq bizlərə qələbənin necə möhtəşəm bir hiss olduğunu göstərir.
44 günlük II Qarabağ Müharibəsinə həsr olunmuş bu 22 tamaşaların arasında önəmli və oxşar məqamlardan biri də onların bir-birinə olan məna bağlılığıdır ki, bu, həm mövzunun eyni olmasından irəli gəlir, həm də müharibənin insanların beynində çizdiyi izlərdən. Bu həyatda təsadüflərin olmadığına inanırıqsa, onda məncə 44 günün sadəcə iki 4 rəqəminin yanaşı gəlməsindən ibarət olmadığını da başa düşməliyik.
Dörd rəqəminin numeralogiyada anlamı sabitliyə istinad edir. Dörd fəsil, dörd istiqamət, dörd başlanğıc elementini bu rəqəm özündə birləşdirir. Dördün həyatımızda təkrarlanması öz köklərimizə dönüşün və əzmkarlığın ifadəsidir. 44 günlük müharibənin sonunda qazandığımız qələbə bizim öz köklərimizə - kimliyimizə, torpağımıza, millətimizə necə bağlı olduğumuzu sübut etdi.
Müharibə isə ölkələr, hökümətlər, ölkə içərisindəki toplumlar, inqilabçılar kimi böyük qruplar arasında gerçəkləşən silahlı münaqişədir. Bu münaqişələr istifadə olunan silahlara, məqsədlərə, tərəflərə və gerçəkləşdiyi yerlərə görə bir-birindən fərqlənir: kiber müharibələri, nüvə müharibələri və soyuq müharibələr, sivil və partizan müharibələri, dini və dünya müharibələri. Bizim müharibəmiz isə torpaq müharibəsidir, “Ana Torpağımız” uğrunda olan müharibədir. Bizim olanı özümüzə qaytarmaq üçün etdiyimiz müharibədir.
Məsələn, “Müharibənin qadın üzü yoxdur” – burada rejissor Emil Əskərov maraqlı bir məqamı bizim üçün qabardır: Gözəl geyinmiş, bəzənmiş bir qadın yemək boşqabına torpaq qoyur. İki sual ağlımıza gəlir bu zaman: 1. Nə üçün aktrisa elə davranır ki, sanki yemək masası ətrafında əyləşib? 2. Niyə yemək boşqabına torpaq qoyulur?
Onda biz öncə bu sualı çözməliyik: Nə üçün torpaq uğrunda müharibələr aparılır? Düşünürəm ki, Sənubər İsgəndərova bunu çox gözəl açıqlayır: yemək üçün. Daha çox resurslar, daha çox yemək əldə etmək üçün var müharibələr. Bu, qədim zamanlardan əcdadlarımızın bizə miras qoyduğu bir instinktdir. Biz sağ qalmaq istəyiriksə, yeməliyik. Biz yemək istəyiriksə, əkib-becərməliyik. Bunun üçün də bizə torpaqlar lazımdır. Öz torpağın yoxdursa, başqasından almalısan - ya pul, bəxşişlər vasitəsilə, ya hədiyyə olaraq, ya da işğalçılıq edərək. Ona görə də torpaq sağ qalmağımızın təməlində dayanan ən önəmli və lazımlı amildir.
Qəribədir ki, “başlanğıcımız torpaqdır və öləndən sonra da torpağa qayıdırıq, ona qarışıb, onunla bir oluruq”. Bunu da rejissor Nicat Mirzəzadənin “Dönüş” tamaşasından çıxış edərək söyləyə bilərəm.
Ancaq müharibə əslində oyundur, insanların başqa insan həyatları üzərində qurduqları oyunlardır müharibələr. O, insan ruhunu çirkləndirir, ləkələyir. İndiyədək neçə-neçə yaradıcılıq əsərləri - filmlər, tamaşalar, rəsmlər, musiqilər bizə müharibənin iç üzünü göstərməyə çalışıb. Bütün bu yaradıcılıq nümunələrinə baxanda insan gəlir gözlərimiz önünə: insanların hər hansısa səbəbə qurduğu müharibələr; insanların acı çəkdiyi müharibələr; şəhərlərin, kəndlərin yanaraq kül olduğu müharibələr və bundan əzab çəkən insanlar. Bu acıya səbəb yenə də insanladır.
Çox aforizmlər var – müharibənin tərəfini tutan, onun vacib olmasını dilə gətirən və bu fikirlərlə razılaşan insanlar da var. Ancaq zənnimcə, o müharibədə ki, insan həyatından söhbət gedir, o müharibə ki, adını tarixə qanla yazır, nə qədər xeyirə, tərəqqiyə yönəlik olursa olsun, həmin müharibə başdan-sona milyonlarla insanın qətli, cəsədi və cinayətkarlığı ilə doludur...
Və düşünürəm ki, Lev Tolstoyun bu deyimi bütün müharibələr üçün keçərlidir: “Müharibə o qədər ədalətsiz və pis bir şeydir ki, döyüşənlər içlərindəki vicdan səsini boğmağa çalışırlar.”
“Üzünü... Üzünü qaldır... Qaldır üzünü...”
Müəllifin digər yazıları
Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Teatr sənəti fakültəsi Teatrşünaslıq kafedrasının təşkilatçılığı ilə “İncəsənətdə postmodernizm dövrü və sonrası” mövzusun...
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “Pillə 3” Tələbə Tamaşaları Festivalına tamaşa qəbulu elan edir.
2025-ci il 26-30 may tarixlərində baş tutacaq festival tələbələri yaradıcılığa ruhlandırmaq, onlara sənət...
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
1 mart-"Qarabağnamə"-"İ.Əfəndiyev"-12:00
1 mart-"Ah bu uzun Sevda yolu"-"Ə.Əmirli"-19:00
2 mart-"Bir qalanın sirri"-"Ə.Təhmasib"-...
Filosof, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, fəlsəfə elmləri doktoru Niyazi Mehdi vəfat edib.
Bu barədə mətbuata onun ailə üzvləri məlumat verib.
Qeyd ed...
CHARACTERS Müasir Dramaturgiya Festivalı və EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi müasir pyeslərin (1950-ci ildən sonra yazılmış pyeslərin) Azərbaycan dilinə tərcümələrinin qəbulu davam edir və 01 mart 2025-...
AZƏRBAYCAN DÖVLƏT AKADEMİK MİLLİ DRAM TEATRI
1 fevral şənbə "İblis və..." H. Cavid 19. 00
2 fevral bazar "Şükriyyə" C.Zeynallı 19.00
3 fevral bazar ertəsi "Ağ-Qara" İ.Soltan Mingəçevir D&o...
Orta əsrlər müsəlman ölkələrinin poeziyası sirlərlə dolu bir kosmosdur, harada ki hər beyt bir ulduza bənzər; onu mütləq kəşf etmək gərək.
Ort...
“Dramla müqayisədə üstünlük nəyə görə şeirə və nəsrə verilir? Məhsulun bolluğuna və tirajın (oxucunun) çoxluğuna görəmi?” sualı 1984-cü ildə “Azərbaycan” jurnalınd...
Bu gün 20 Yanvar hadisələrinin 35-ci il dönümü ilə əlaqədar Bakı Uşaq və Gənclər Teatrı və Mingəçevir Dövlət Dram Teatrının birgə təqdimatında "VƏTƏN" kompozisiya-tamaşası Mingəçevirdə nümay...
Özbəkistanın paytaxtı Daşkənd şəhərində fəaliyyət göstərən Art House Xəmsə teatrı yanvarın 18-də 2025-ci ilin ilk premyerasını tamaşaçılara təqdim edib.Əlamətdardır ki, teatr yeni ildə tamaşaçılarını ilk dəf...