16 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının «QONAQ TEATR» layihəsi çərçivəsində Lənkəran Dövlət Dram Teatrının «Cəmilə» (Çingiz Aytmatov) romantik dramı tamaşaçılara təqdim olundu. Tamaşa Lənkəran Dövlət Dram Teatrının bərpasının 50 illiyi münasibəti ilə oynanıldı. Teatr Xadimləri İttifaqının böyük səhnəsində göstərilən tamaşada müharibənin insanların taleyinə vurduğu zərbələrdən bəhs olunur. Tamaşanın quruluşçu rejissoru İmran Ali Qurban, quruluşçu rəssamı Tərlan Sadıqov, bəstəkarı Azər Hacıəsgərlidir.
Tamaşadan əvvəl Azərbaycan Teatr Xadimləri İttifaqı Sədrinin vəzifə səlahiyyətlərini icra edən Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov səhnəyə çıxıb, tamaşaçıları salamladı və Xankəndinə Azərbaycan bayrağının taxılması münasibəti ilə hamını təbrik etdi.
Sonra o, Lənkəran Dövlət Dram Teatrının keçdiyi zəngin inkişaf yolundan danışdı, teatrı yubileyi münasibəti ilə təbrik etdi. Qeyd etdi ki: «Repertuarında Azərbaycan və dünya dramaturgiyasının klassik və müasir nümunələrinin yer aldığı Lənkəran Teatrı bu gün də fəaliyyətini davam etdirir, Azərbaycanda və onun hüdudlarından kənarda qastrol səfərlərində olur, bir çox beynəlxalq teatr festivallarda ölkəmizi uğurla təmsil edir».
Azərbaycan səhnəsinə maraqlı tamaşalar bəxş edən Lənkəran Dövlət Dram Teatrının kollektivinə uğurlar arzulayan Hacı İsmayılov milli teatr sənətinin inkişafındakı xidmətlərinə görə və bərpasının 50 illik yubileyi münasibəti ilə teatrı İttifaqın Fəxri fərmanı ilə təltif etdi. Tədbirdə həmçinin teatrın bərpasında xüsusi xidmətləri olan aktyorlar - Xalq artisti Qabil Quliyev Fəxri fərmanla, Xalq artisti Böyükxanım Əliyeva və aktrisa Şahrud Mehdiyeva «Qızılgül» mükafatı ilə təltif olundular. Sonda tamaşanın uğurlu quruluşuna görə gənc rejissor İmran Ali Qurban İttifaqın Fəxri fərmanına layiq görüldü. Təltif olunanlar göstərilən diqqətə görə Teatr Xadimləri İttifaqına dərin minnətdarlıqlarını bildirdilər.
Aida Qafarova
Azərbaycan Teatr Xadimləri İttifaqının məsul katibi
Müəllifin digər yazıları
Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Teatr sənəti fakültəsi Teatrşünaslıq kafedrasının təşkilatçılığı ilə “İncəsənətdə postmodernizm dövrü və sonrası” mövzusun...
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “Pillə 3” Tələbə Tamaşaları Festivalına tamaşa qəbulu elan edir.
2025-ci il 26-30 may tarixlərində baş tutacaq festival tələbələri yaradıcılığa ruhlandırmaq, onlara sənət...
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
1 mart-"Qarabağnamə"-"İ.Əfəndiyev"-12:00
1 mart-"Ah bu uzun Sevda yolu"-"Ə.Əmirli"-19:00
2 mart-"Bir qalanın sirri"-"Ə.Təhmasib"-...
Filosof, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, fəlsəfə elmləri doktoru Niyazi Mehdi vəfat edib.
Bu barədə mətbuata onun ailə üzvləri məlumat verib.
Qeyd ed...
CHARACTERS Müasir Dramaturgiya Festivalı və EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi müasir pyeslərin (1950-ci ildən sonra yazılmış pyeslərin) Azərbaycan dilinə tərcümələrinin qəbulu davam edir və 01 mart 2025-...
AZƏRBAYCAN DÖVLƏT AKADEMİK MİLLİ DRAM TEATRI
1 fevral şənbə "İblis və..." H. Cavid 19. 00
2 fevral bazar "Şükriyyə" C.Zeynallı 19.00
3 fevral bazar ertəsi "Ağ-Qara" İ.Soltan Mingəçevir D&o...
Orta əsrlər müsəlman ölkələrinin poeziyası sirlərlə dolu bir kosmosdur, harada ki hər beyt bir ulduza bənzər; onu mütləq kəşf etmək gərək.
Ort...
“Dramla müqayisədə üstünlük nəyə görə şeirə və nəsrə verilir? Məhsulun bolluğuna və tirajın (oxucunun) çoxluğuna görəmi?” sualı 1984-cü ildə “Azərbaycan” jurnalınd...
Bu gün 20 Yanvar hadisələrinin 35-ci il dönümü ilə əlaqədar Bakı Uşaq və Gənclər Teatrı və Mingəçevir Dövlət Dram Teatrının birgə təqdimatında "VƏTƏN" kompozisiya-tamaşası Mingəçevirdə nümay...
Özbəkistanın paytaxtı Daşkənd şəhərində fəaliyyət göstərən Art House Xəmsə teatrı yanvarın 18-də 2025-ci ilin ilk premyerasını tamaşaçılara təqdim edib.Əlamətdardır ki, teatr yeni ildə tamaşaçılarını ilk dəf...