Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının «QONAQ TEATR» layihəsi 2023-cü ilin may ayından etibarən təqdim olunur. Layihənin məqsədi bu il yubiley yaşı tamam olan teatrların (əsasən bölgə teatrlarının) tamaşalarını İttifaqın səhnəsində göstərməklə onların fəaliyyətini işıqlandırmaqdan, yeni yaradıcılıq axtarışlarına şərait yaratmaqdan, milli mədəniyyət məkanında baş verən yaradıcılıq proseslərini fəallaşdırmaqdan ibarətdir.
Ötən teatr mövsümündə dörd teatr – Ağdam, Şəki, Mingəçevir və Sumqayıt Dövlət Dram teatrlarının kollektivləri tamaşalarını İttifaqın böyük səhnəsində təqdim ediblər. Yeni mövsümdə isə növbəti dörd teatrın – Qazax və Lənkəran Dövlət Dram teatrlarının, İrəvan Dövlət Azərbaycan Dram Teatrının və Naxçıvan Dövlət Milli Musiqili Dram Teatrının tamaşalarının İttifaqda göstərilməsi nəzərdə tutulub. 25 sentyabrda Qazax Dövlət Dram Teatrı İttifaqın qonağı olub.
Layihə çərçivəsində növbəti qonaq bu il bərpasının 50 illiyini qeyd edən Lənkəran Teatrıdır. 16 oktyabr 2023-cü il tarixdə saay 18.00-da teatr "Cəmilə" (Çingiz Aytmatov) romantik dramını Bakı tamaşaçılarına təqdim edəcək. Tamaşanın quruluşçu rejissoru İmran Əli Qurban, quruluşçu rəssamı Tərlan Sadıqov, bəstəkarı Azər Hacıəsgərlidir.
Zəngin tarixi olan Lənkəran Dövlət Dram Teatrı 18 yanvar 1891-ci ildə fəaliyyətə başlayıb. Teatrın ilk tamaşası Nəcəf bəy Vəzirovun "Oddan-alova" ("Yağışdan çıxdıq, yağmura düşdük") komediyası olub.
1930-cu ildən Hüseyn Ərəblinskinin adını daşıyan Lənkəran Teatrına uzun illər Respublikanın Əməkdar artisti Süleyman Səlimbəyov rəhbərlik edib. 1949-cu ildən Xalq Teatrı kimi fəaliyyət göstərən Lənkəran Teatrı 6 dekabr 1973-cü ildən bərpa olunaraq Dövlət Teatrı kimi fəaliyyətini davam etdirib. Bu tarixdə teatrın səhnəsində Mirzə İbrahimovun "Yaxşı adam" komediyası göstərilib.
Həmin vaxtdan Nəcəf bəy Vəzirovun adını daşıyan Lənkəran Dövlət Dram Teatrına Respublikanın Əməkdar incəsənət xadimi Məbud İsmayılzadə (1981-ci ilə qədər) rəhbərlik edib. 1976-cı ildə gənclərin estetik tərbiyəsində səmərəli fəaliyyətinə və Mixail Musiyenkonun "Nəsillər, eşidin" əsərinin tamaşasına görə teatr "Respublika gənclər mükafatı"na layiq görülüb.
Repertuarında Azərbaycan və dünya dramaturgiyasının klassik və müasir nümunələrinin yer aldığı Lənkəran Teatrı bu gün də fəaliyyətini davam etdirir, Azərbaycanda və onun hüdudlarından kənarda qastrol səfərlərində olur, bir çox beynəlxalq teatr festivallarda ölkəmizi uğurla təmsil edir.
Azərbaycan səhnəsinə maraqlı tamaşalar bəxş edən Lənkəran Dövlət Dram Teatrının kollektivinə uğurlar arzusu ilə
Aida Qafarova
Azərbaycan Teatr Xadimləri İttifaqının məsul katibi
Müəllifin digər yazıları
12 mart tarixində Azərbaycan Dövlət YUĞ Teatrının “Birinci akt” tamaşasının premyerası baş tutub. A.P.Çexovun “Albalı bağı” pyesi əsasında hazırlanmış “Birinci akt” YUĞ teatrının banisi, Əməkdar incəsən...
Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Teatr sənəti fakültəsi, Teatrşünaslıq kafedrasının təşkilatçılığı ilə “Teatr 2.0: Ruh və kod” mövzusunda beynəlxalq tələbə elmi konf...
10 mart – Milli Teatr Günündə CHARACTERS Müasir Dram Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə keçiri...
CHARACTERS Teatrı və Fluxus Space incəsənət qalereyası İsmayıl İmanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edirlər.
Tamaşa ağ durnaların qərb populyasiyasının son nümayəndəsi olan Omidi...
Şair xalq! Bu sözü bizə kənardanmı deyiblər, yoxsa özümüzmü söyləmişik bilmirəm. Ancaq onu bilirəm ki, bu sözdə böyük həqiqət payı var. Biz hamımız əlimizə qələm alı...
CHARACTERS Müasir Dramaturgiya Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə müsabiqənin ilkin nəticələrini açıqlayı...
Ötən gün Azərbaycan Teatr Xadimləri İttifaqında “Baxış-6” festivalı çərçivəsində rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda Anton Pavlovi&...
28 fevral 2026-cı il tarixində Şuşa Dövlət Musiqi Dram Teatrında Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü və “EMEDİA GROUP” Media Təşkilatının təşkilatçılığı ilə inklüziv və autizm spektrli uşaqların iştirakı i...
Şuşa Dövlət Musiqili Dram Teatrında Azərbaycan İncəsənət Məktəbi MMC-nin təşəbbüsü və "EMEDİA GROUP" Media Təşkilatının təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq həssas kateqoriyalı gəncin ifasında sürreal...
Yorğun adamın sayıqlamaları
“İçimizdəki köləni damla-damla sıxıb çıxarmaq lazımdır”
Anton Çexov
Planlı yaşamaqdan yorulmuşam – demək istədim, xatırladım ki, heç vaxt planlı yaşamam...