Respublikamızda xoreoqrafiya sənəti ənənələrinin qorunması və inkişaf etdirilməsi zərurətini nəzərə alaraq, Prezident İlham Əliyevin 30 aprel 2014-cü il 419 nömrəli sərəncamı ilə Bakı Xoreoqrafiya Akademiyasının yaradılması ölkəmizdə təhsilə və incəsənətə göstərilən dövlət qayğısının bariz nümunəsidir. Təhsil sahəsində gənc, istedadlı peşəkar kadrların yetişdirilməsi, teatr sənətinin müxtəlif sahələri üzrə beynəlxalq təhsil standartlarına uyğun dərsliklərin, dərs vəsaitlərinin, proqram və metodik tövsiyələrin yazılması və nəşri Xoreoqrafiya Akademiyasının professor-müəllim heyətinin bu sahədə apardığı elmi-yaradıcı və tədqiqat işlərinin nəticəsi kimi, təqdirəlayiqdir.
Belə nəşrlərdən biri də Bakı Xoreoqrafiya Akademiyasında Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Rafik Sadıxovun və Qabaqcıl təhsil işçisi, kulturologiya üzrə fəlsəfə doktoru, dosent Yeganə Əliyevanın həmmüəllifliyi ilə hazırlanan “Qloballaşma və müasir dünya teatrı (və ya teatr eskizləri)” adlı dərs vəsaitidir (Bakı: ADMİU, 2020, 160 səh.).
Nəşri yeni tədris ilinin başlanmasına təsadüf edən dərs vəsaitində müasir Avropa və Şərq teatrlarının inteqrasiya prosesi zəngin teatr faktları ilə, sənətşünas və mədəniyyətşünas təfəkkürünün işığında təhlilə çəkilir. Bir neçə hissədən ibarət olan kitabın “Şərqin “ideyalar” teatrının Avropa teatr məkanına inteqrasiyası” bölməsində “Müasir teatr məkanında mədəni dialoq”, ““Teatr coğrafiyası”: Teatr sakral Şərqdən başlayır”, “Eucenio Barbanın beynəlmiləl teatr antropologiyası” kimi eskizvari yazılarla yanaşı, “XXI əsrdə ənənəvi Şərq teatrı”, “Müasir Avropa teatrı”, “Qloballaşma dövründə slavyan xalqlarının teatrı” kimi konkret “coğrafiyalar”ın ayrı-ayrı nümayəndələrinə həsr olunan fəsillər də mövcuddur.
Kitabda XXI əsrdə ənənəvi Şərq teatrı müasir Hindistan və Yaponiya teatrları nümunəsində təhlil olunmuş, müasir Rus teatrının, Ukrayna, Belorus, Estoniya, Latviya və Litva teatrlarının yaradıcılıq yoluna nəzər yetirilmiş və bu ölkələrdə dünyəvi teatr prosesindən bəhrələnmə, rejissor və aktyor sənətlərində yeni yaradıcılıq üslubları, qarşılıqlı zənginləşmə prosesi, sənətdə fərdi və fərqli baxışlar, ənənə və novatorluq məsələləri öz əksini tapmışdır. Dərs vəsaitində teatral proseslər müasir zamana qədər izlənilmişdir ki, bu da tələbələrə müxtəlif xalqların teatrlarında gedən yaradıcılıq prosesini izləmək və Azərbaycan teatrı ilə müqayisə etmək inkanı verir.
Dərs vəsaiti tərtib edilərkən bu sahədə yazılmış müxtəlif xalqların elmi-nəzəri, tədqiqat işlərinə, tarixi mənbələrə müraciət edilib. Vəsaitdə həmçinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tədqiqatları ilə səsləşən cəhətlər də mövcuddur. Bu isə hər iki ali məktəbin teatrşünas kadrlarının tədris təminatına, yeni dərs vəsaitlərinin yazılmasına kömək edə bilər.
“Qloballaşma və müasir dünya teatrı (və ya teatr eskizləri)” kitabı müvafiq ixtisaslarda təhsil alan tələbələr, doktorant və dissertantlar, tədqiqatçılar, eləcə də, teatrla maraqlanan oxucular üçün nəzərdə tutulub.
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...