Noyabrın 18-dən 23-dək İstanbuldakı Beynəlxalq İncəsənət festivalı çərçivəsində Millətlər Teatrı, Yevgeni Vaxtanqov adına Teatr və “Balet Moskva” teatrı öz tamaşalarını göstərəcək.
İstanbuldakı Beynəlxalq İncəsənət festivalının 2019-cu il proqramına 4 rus tamaşası daxil edilib. “Balet Moskva” Teatrı “Müasir rəqs”/ “Ən yaxşı tamaşa” nominasiyası üzrə “Qızıl Maska” - 2017 laureatı olan “Bütün yollar Şimala aparır” tamaşasını Türkiyədə nümayiş etdirəcək. Maskulin mövzuları tədqiq edən xoreoqraf Karin Pontes tamaşanı aktyorların improvizasiyası üzərində qurub.
“Millətlər Teatrı” isə İstanbulda iki tamaşa ilə çıxış edəcək: 2018-ci ildə “Qızıl maska”nın Long Listinə daxil olmuş “Sirk” (rejissor Maksim Didenko) və “Russian Case” proqramının iştirakçısı və 2018-2019 mövsümündə “Qızıl maska” mükafatına namizəd olmuş “İran konfransı” (rejissor Viktor Rıjakov) tamaşaları.
Vaxtanqov Teatrı Türkiyəyə 2014-cü ildə “Ən yaxşı rejissor işi”, “Ən yaxşı geyim üzrə rəssam işi” nominasiyaları üzrə “Qızıl Maska” larueatı olmuş “Yevgeni Onegin” (rejissor Rimas Tuminas) tamaşası ilə gəlir.
Tamaşalarla yanaşı, festival çərçivəsində Rusiya teatrı mövzusunda mühazirələr və müasir xoreoqrafiya üzrə master-klasslar keçiriləcək.
“Qızıl Maska” İstanbul Beynəlxalq İncəsənət Festivalında ikinci dəfədir ki, iştirak edir. 2018-ci ildə burada Millətlər Teatrının “Hamlet/Kollaj” (rejissor Rober Lepaj”) tamaşası göstərilmişdi və İstanbul Beynəlxalq Teatr Festivalının mükafatına layiq görülmüşdü.
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...